Ərdoğan Bakıya gəlir – Türkiyə Prezidenti hərbi paradda iştirak edəcək... - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.
Qeyd olunub ki, hazırda Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlməsi üçün hazırlıq işləri görülür. Türkiyə KİV-ləri səfərin 9-10 dekabrda baş tutacağını yazır.
"RİA Novosti" isə mənbəyə istinadən yazır ki, Türkiyə Prezidentinin dekabrın 10-u Bakıda baş tutacaq hərbi paradda iştirak edəcəyi gözlənilir.