Kursk Universitetinin dosenti Prezident İlham Əliyevə məktub yazdı – Böyük qələbəniz əsrlər boyu xatırlanacaq

img

“Vətən müharibəsində Böyük Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. 2020-ci il 10 noyabr hər birimizin həyatında müqəddəs gündür. Həmin gün xalqımızın sonsuz sevinc və iftixar günüdür, çünki əsl qəhrəmanlar nəslinin nümayəndələri olan igidlərimiz öz canları bahasına Vətənimizi qorudular və torpaqlarımızı erməni işğalçılarından azad etdilər.

Onların igidliyi, Vətən qarşısında borcuna sədaqəti və Vətən sevgisi qəlblərimizdə əbədi yaşayacaq. Onilliklər keçəcək, nəsillər dəyişəcək, lakin Azərbaycan tarixinə qanla yazılmış xalqımızın Böyük Qələbəsi əsrlər boyu xatırlanacaq.

Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi qarşısında dərin ehtiramla baş əyirik. Heydər Əliyev müasir Azərbaycanın banisidir. Siz, Heydər Əliyev ideyalarının sadiq davamçısı olaraq, Azərbaycanı Böyük Qələbəyə çatırdınız! Bu Qələbə Sizin çoxillik zəhmətinizin, çoxşaxəli və müdrik siyasətinizin nəticəsidir. Sizin sayənizdə Azərbaycan dünyanın lider dövlətlərinin də hesablaşdığı güclü dövlətə çevrilib. Biz Sizinlə fəxr edirik!

Sizə, doğmalarınıza və yaxınlarınıza cansağlığı, xoşbəxtlik, rifah arzulayıram!” Bu sözləri Rusiya Federasiyasının Kursk şəhərindən ictimai xadim, Kursk Cənub-Qərb Universitetinin dosenti Kərimov Qasım Xanbala oğlu Prezident İlham Əliyevə müraciətində vurğulayıb.

Baki-xeber.com

Son xəbərlər