Bakıdan “Avirtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti İsmail Şabani Kaşti Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“Sizi və Azərbaycan xalqını Azərbaycan torpaqlarının azadlığa qovuşduğu bu tarixi qələbə münasibətilə “Avirtel” şirkəti və şəxsən öz adımdan təbrik etməkdən şərəf hissi duyuram.
Siz böyük qətiyyət nümayiş etdirərək işğal olunmuş torpaqları azad etməklə yanaşı, həmçinin tarixi ədaləti bərpa etmiş oldunuz.
...Sizin rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusunun bu qələbəsi ilə biz hamımız Azərbaycan xalqının tarixinin ən şanlı səhifələrdən birinə şahidlik edir və bu qələbənin əldə olunması ilə regionda sülhün bərqərar olacağına əminik.
Vətən uğrunda canlarından keçən şəhidlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik.
Azərbaycan Respublikasının daha böyük gələcəyi və daha firavan həyatı naminə Zati-alinizə uzun ömür, möhkəm cansağlığı arzu edirik” - deyə İsmail Şabani Kaşti Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com