Türkiyə Respublikasının Antalya şəhərindən Hakan Yağmur da Prezident İlham Əliyevə müraciət edib.
“Qarabağın azadlığı üçün göstərdiyiniz əzmkarlıq, qətiyyət və cəsarət Azərbaycan xalqı kimi bizi də qürurlandırdı.
Sizi kimi qardaşlarımız olduğu üçün biz xoşbəxtik. Azərbaycan xalqı isə Sizin kimi Lideri olduğuna görə xoşbəxtdir. Və hamımız ona görə xoşbəxtik ki, eyni qanı daşıyır, eyni tarixə malikik, ürəklərimiz eyni həyəcanı paylaşır.
Mən Türkiyə Respublikasının vətəndaşı olaraq ən səmimi hisslərlə bildirirəm ki, canımızla, qanımızla Sizlərin yanında olmaqdan qürur duyuruq.
Heç bir qarşılıq gözləmədən hər zaman Azərbaycan xalqının yanındayıq. Bütün cəbhələrdə Sizinlə çiyin-çiyinə dayanmaq, əlimizdən gələni etmək bizim borcumuzdur.
Sizə və Azərbaycan xalqına sonsuz sevgi və ehtiramımı çatdırmaq istəyirəm. Unutmayaq ki, bizlər bazara qədər deyil, məzara qədər qardaşıq.
Zəfər Azərbaycan xalqınındır!” - deyə H.Yağmur Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com