“Böyük iftixar hissi ilə, böyük sevinc və fərəhlə Ordumuzun, xalqımızın zəfərini, qələbəsini, qələbə əzmini duyub, ulu öndərimiz Heydər Əliyevin xalq üçün qurub xalqa ərməğan etdiyi Azərbaycanın keşiyində durmağı özünə şərəf sayan bütün Azərbaycan xalqının bu günlərdə qibləgahına çevrilmiş Qarabağımızdakı uğurlarınıza görə Sizi təşkilatım adından təbrik edirəm.
Bütün millətimizə yaşatdığınız bu sevinc və fərəh hissinə görə Azərbaycan Respublikasının vətəndaşı kimi Sizin apardığınız xarici və daxili siyasəti tam dəstəkləyir, dünya ictimaiyyəti və dövlətlərində Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına qazandırdığınız güclü dövlət imicinə görə Sizə dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm.
O sevinc və fərəhi ki, Azərbaycan xalqına yaşada bildiniz hər açılan səhəri böyük ruh yüksəkliyi ilə açırıq. Buna görə daim uğurlarınız, uğurlarımız bol olsun. Uca Allahımız haqq işimizdə dövlətimizə daim yar olsun”.
Bu sözləri Bakı şəhərinın Xəzər rayonundan “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin direktoru Çingiz Ramazanlı Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com