“Mediadan gün ərzində baş verən hadisələri izləyirik. Sizin, çox dəyərli Azərbaycan xalqının, qardaşlarımızın hər zaman yanındayıq. Hər kəs bilir ki, Qarabağ Azərbaycandır. Sizin də dediyiniz kimi, Azərbaycanın mülki erməni xalqı ilə heç bir işi yoxdur.
Cəza evində olsam da, könüllərimiz birdir və əmr gözləyirəm. Sizi və hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirəm. İzniniz və əmriniz olarsa, cəbhənin ən ön xəttində və ehtiyac duyulan istənilən yerdə vuruşmağa hazıram. Bu torpaqlarda mənim kimi daha neçə-neçə insan vardır.
Biz bir millət, iki dövlətik. Qardaş xalqlarıq. Türkiyə xalqı mənəvi olaraq hər zaman Azərbaycan xalqının yanındadır. Allah şəhidlərimizə rəhmət eləsin, vuruşan əsgərlərimizə kömək olsun.
...Zəfər yürüşünüz mübarək olsun!
Allah Sizin və qardaş Azərbaycan xalqının dayağında dursun, zəfərlər Sizin və bizim olsun. Allaha əmanət olasınız, cənab Prezident”.
Bunu Türkiyə Respublikasının Alanya şəhərindən Adəm Şimşək Prezident İlham Əliyevə müraciətində yazıb.
Baki-xeber.com