30/11/2020 00:25
728 x 90

Həqiqətən də Paşinyan bu qədər hərbi iflasdan sonra niyə istefa vermir... Prezident Əliyevin mülahizəsinə sual məntiqi ilə cavab...

Seyid Camal Əzimbəyli: “Erməni cəmiyyəti mənəviyyatsız olduğuna görə Paşinyanı istefaya məcbur etmir”

img

“Mən təəccüblənirəm, necə olub ki, belə alçaldıcı məğlubiyyətdən sonra o, indiyə qədər istefa verməyib”. Bunu Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində deyib.

Ölkə başçısı qeyd edib ki, Paşinyan hakimiyyəti ilk dövrlərdə müəyyən vədlər verib: “Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra birinci ildə onlar bizə və bildiyimə görə vasitəçilərə də vədlər verirdilər, ikinci ildə isə artıq açıq şəkildə özlərinin əsl niyyətlərini nümayiş etdirdilər ki, onlar bircə qarış belə torpaq verməyəcəklər və üstəlik, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdilər. Yeri gəlmişkən, bu sözləri onların müdafiə naziri deyib. Hazırda o, müdafiə naziri kimi həm öz xalqının, həm də dünya ictimaiyyətinin nəzərində tamamilə hörmətdən düşüb. Mən təəccüblənirəm, necə olub ki, belə alçaldıcı məğlubiyyətdən sonra o, indiyə qədər istefa verməyib. Erməni tərəfin aqressiv davranışı və onların beynəlxalq hüququ kobud şəkildə pozması, Cenevrə konvensiyalarını pozması və hərbi cinayətlər törətməsi, əlbəttə, onların nizamlama məsələsini konkret müzakirə etməyə hazırlaşmasından xəbər vermir”. 

Əslində, sözügedən alçaldıcı məğlubiyyətdən sonra həm müdafiə naziri, həm də baş nazir istefa verməli idi. Çünki Ermənistanın üzləşdiyi acınacaqlı məğlubiyyət ortadadır. Maraqlıdır, bütün bu biabırçı məğlubiyyətə görə Paşinyan niyə istefa vermir? Erməni xalqı niyə onu buna məcbur etmir?

  • “...işğalçı ölkədə qeyri-müəyyənlik dərinləşir”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bunun müxtəlif səbəbləri var: “Əvvəla erməni milləti mənəviyyatsız bir cəmiyyətdir. İstefa mədəniyyəti mənliyi, ləyaqəti, tarixi, dövlətçilik ənənələri olan xalqlarda olur. Ermənilərdə isə bunların heç biri yoxdur. Ermənistanın nə dövlətçilik ənənələri var, nə də qədim tarixi. Onlar tarixən köçəri olublar. Ancaq harada məskunlaşıblarsa, sonra ora iddia etməyə başlayıblar. Çünki bunlar xəstə düşüncəyə, psixologiyaya sahibdirlər. Bunlarda ləyaqət, mənəviyyat deyilən məfhum yoxdur. David Tonayanda az da olsa əsgər şərəfi olsaydı, o, məğlubiyyətini, bu işi apara bilmədiyini etiraf edib istefa verərdi. Həmçinin, Paşinyan da bu addımı atmalı idi. Çünki bütün bu baş verənlərə görə o, siyasi məsuliyyət daşıyır. Erməni cəmiyyəti də mənəviyyatsız olduğuna görə Paşinyanı istefaya məcbur etmir. Hansı ki, sözügedən məğlubiyyət timsalında onun istefa verməməsi çox təəccüblüdür. Burada siyasi səbəblər də var. Siyasi səbəblər onunla bağlıdır ki, indiki çətin dövrdə məsuliyyəti heç kəs üzərinə götürmək istəmir. Əvvəlki klan da Emənistanda nüfuzunu itirdiyi üçün, hakimiyyətə gəlmək şansı elə də böyük deyil. O üzdən, işğalçı ölkədə qeyri-müəyyənlik dərinləşir”.

Şərqşünas onu da qeyd etdi ki, proseslərin gedişi Paşinyan hakimiyyətinə yaxşı sonluq vəd etmir.

Vidadi ORDAHALLI

Son xəbərlər