Cümə günü, 16 oktyabr 2026
     

İlham Əliyevə GENERALİSSİMUS rütbəsi verilsin

Image


“Ey fərqli dillərdə danışdığımız,fərqli coğrafiyada yaşadığımız bəşəriyyət…Bu balaca körpələr gecə yuxusunda ikən Ermənistan ordusu tərəfindən ballistik raket ilə qətlə yetirilənlərdir…”
Türkiyə Milli Müdafiə Nazirliyinin “Tvitter” vasitəsilə yaydğı müraciətindən…

Salam əziz vətən, salam! Uzun illər sızıldayan yaralarına, dəyən zərbələrə necə tab gətirə bildin? Sən Allah, “övladlarım məni darda qoydu, (?)”-düşünmə. Zaman lazım idi. Fürsət axtarılırdı. Meydanda tək idik. Haqq səsimizə dəstək verən tapılmırdı. İndi, vaxt-vədə yetişdi, Vətən! Gözün aydın olsun! Yaralarına məlhəm qoyan igidlərin  tarixin yaratdığı imkanı əldən vermədilər! Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı oğul Əliyev xalqa verdiyi vədi, götürdüyü öhdəlikləri cəsarətlə, bacarıqla və şövqlə, qürur hissi ilə yerinə yetirir. Hamımızın gözü qarşısında bir əlini səmavi kitaba, digər əlini xalqın iradəsini ifadə edən konstitusiyaya qoyqraq içdiyi and reallaşır. Sənin iffətinə toxunanlardan qisas alınır, VƏTƏN! Gözün aydın olsun, başını uca tut, Vətən!

Füzulin, Cəbrayılın, Zəngilanın, 130-dan çox kəndlərin azad olundu. Qəm çəkmə,”Ağ Atlı” Oğlan qisasını alır və alacaq. Sinənə çəkilən dağın əvəzi ödənilir, 30 il ərzində qoynunda “at oynadan”, səngər qazan, əlləri övladlarının qanına batan düşmənin qanı indi çox hayıf ki, çəmənlərinə tökülür. Cəsədləri çöllərində qarğalara yem olur. Hələ bu harasıdır!? Əsirlikdə olanlar, sənə qarşı döyüşdən imtina edənlər var. Bu döyüşə başçılıq edən, komandanlıq edən ərənlərin var olsun, Vətən!

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində uzun illər davam edən  Beynəlxalq hüquqa zidd hərəkətlərini dünya ictimaiyyətinə və siyasi elitasına təfərrüatı ilə çatdıran Övladın İlham Əliyev sənə  misilsiz xidmətlərinə, içdiyi anda sadiq qaldığına, geniş erudisiyasına görə ən böyük və ən ali  hərbi rütbəyə- GENERALİSSİMUSa layiqdir! Bunu gerçəkləşdir, Vətən!

Oxuduğuma görə 5 əsr ərzində dünyada 65 generalissimusa sahib çıxanlar olub. Fransanın gələcək kralı 18 yaşlı 3-cü Henrix də bu rütbəni daşıyıb. Təsəvvür edin 18 yaşlı Fransa kralı!

Meksikadan Xose Morelos (1765-1815), Niderland hersoqu Artur Vellinqton (1769-1852), Kolumbiyadan Xuan Berbeo (1739-1795), daha məşhurlardan Çan Kayşi (Çin 1887-1975), Rusiyadan 1694-cü illərdə F.Y.Romodanovskiy, İ.İ.Buturlin və s., Aleksandr Suvorov, İ.V.Stalin generalissimus- ən böyük, ali hərbi rütbəsinə layiq görülüblər.

Bir vətəndaş və müharibə veteranı kimi çox istərdim ki, Müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə GENERALİSSİMUS rütbəsi verilsin.

Ya Rəbb! Ali Baş Komandanı, ordumuzu xətalardan, hər cürə bəlalardan, bəd nəzərdən hifz et!

Vətənsiz yaşamaq olmur…

Ürəksiz yaşamaq mümkün olmadığı  kimi,vətənsiz də yaşamaq olmur. Vətən məhəbbəti,ona sədaqət nümayiş etdirmək hər bir vətən övladının şərəf, namus işidir. Vətənin və dövlətin ağır günündə bacardığın bir işdən yapışmaq Ilahi hüzurda ibadətə bərabər tutular. Vətən uğrunda canını fəda etmək,tarixdə iz qoyub könüllərdə yaşamaq vətənə olan sevgidəndir.

Bu yaxınlarda hərbi hospitalların birində təbib xərəyində qana bulaşmış, əynindəki mundirin sapına qədər islanmış, barıt və mərmi tüstüsünə qatışıq qoxusu olan adi bir Azərbaycan döyüşçüsünün gətirildiyinin şahidi oldum. Palata qapısı bağlanmamış ayaq üstə zorla duran digər yaralı özünəməxsus çevikliklə ayağa qalxıb “yerini sanki ona verəcəkdi”- deyə düşündüm. Həkim və tibb bacıları yorğun olsalar da yaralı əsgərin ağrılarına məlhəm qoymadan rahat ola bilmirdilər. Hamı bir nəfər kimi döyüş fədailərinin yanından çəkilmirdi. Bizim bir yerdə daha güclü olduğumuzu əyani şəkildə gördükcə sevinirdim. Həkim personalı az qala canlarından kəsib, əsgər canına “qaynaq”etməyə hazır idilər. Diqqətimi çəkən, vətən uğrunda ölməyə hazır olan bu gənclərə yüksək hörmətin və diqqətin olması idi. Gecələr yaralı igidlərimizin çarpayısının yanından bir addım da kənara çəkilməyən bu peşəkar həkimlərin oturduqları yerdəcə mürgülədiklərini görəndə kövrəldim…

Hərbçilərimizin, həkimlərin və hər birimizin şən, uğurlu günləri işğal olunmuş əraziləri misqal-misqal azad edəndə başlayır.

Bu gün, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının hamıya görk olacaq həyacanlı müraciət və müsahibələrinin, dünyanı haqq və ədalətə, insan hüquqlarına sarı səsləyən ”Düzlən” komandasının, məntiqli, siyasi və diplomatik çıxışlarının əsas məqsədi Qarabağla bağlı hamıya bəlli faktları təkrar-təkrar dünya auditoriyasına çatdırmaqdan ibarətdir.

Əziz həmvətənlər! Axı, hamıya, bütün dünya ictimaiyyətinə bəlli olan işğal, terror, soyqırımla müşayət olunan və insanlığa qarşı hamıya bəlli faktların heç vaxt sübut edilməsinə ehtiyac duyulmamışdır. Bir şey bəllidirsə onu sübut etməyə ehtiyac varmı? Əlbəttə yox! Bu, hüquq normasının tələbidir. Ona görə də VƏTƏN harayı, vətən uğrunda verilən itkilər hamımızı narahat edir. VƏTƏN-ANA, ”ANA VƏTƏN” deyiriksə bu çətin anda, dar ayaqda anamızın yanından kənara çəkilməyə haqqımız yox! Yağı düşmənləri torpaqlarımızdan “İTİ QOVAN kimi QOVMALIYIQ”. Vətən uğrunda döyüşü bitirməsək bu dərd dünən doğulan körpələrimizə”MİRAS”qalacaq. Rəbbimizin hüzurunda məyus görkəmdə qalacağıq.

Bir ərəb zərb məsəlində deyildiyi kimi: “Kafiri də özbaşına buraxsan, cəhənnəmə getməz, Zəbanilər-cəhənnəm mələkləri onu sürükləyərək atəşə atarlar”

Vətən könlümüzün əsir düşdüyü yerdir. Onu unutmaq özünü və aləmləri yaradan Allahı inutmaqdır. Vətən həsrətini, onun dərd və iztirablarını çəkmək çox xəstəliklərin dərmanıdır. Vətən xətrinə bu xəstəliklərə tab gətirmək də hər övlada nəsib olmur ki!

Bu gün,sevindirici haldır ki, hər birimiz VƏTƏN, YURD,doğma ocaq  uğrunda canımızdan keçməyə hazırıq. Həqiqi qəhrəmanlıq və kişilik budur. 30 ilə yaxın müddət ərzində etiraf edək ki, işğaldan qurtulmağı vasitəçilik edən beynəlxalq qurumlardan gözləmişik. Onlara inandıq. Nankor çıxdılar. Dövlət Başçısının sözünə qüvvət olaraq daha 30 il gözləməyə səbrimiz yox! Daha beynəlxalxalq normalara, Cenevrə konvesiyasına yox, XALQIN bütün normalardan üstün qüvvəyə malik İRADƏSİNin tələbinə uyğun davranmalıyıq. Bu xalqın tələbidir! Tarixən Azərbaycan PASİFİST tərafdarı olub, müharibəni istəməmişik. Amma indiki müharibəninəsas leytmotivi ərazilərimizi, işğal olunmuş yurdlarımızı insanlığa qənim kəsilmiş vəhşilərdən təmizləməkdən ibarətdir. Deyildiyi kimi: HAQQ uğrunda CİHADDIR! Allah ordumuza dayaq olacaq.!

Ölkə hüdudlarından kənarda olduğum və yad dildə çətin danışdığım anlarda, sərbəst fikrimi ifadə edə bildiyim VƏTƏNİMİ ürək ağrısı ilə xatırlamışam. Belə anlarda VƏTƏN daha şirin olur, VƏTƏNin hər şeydən üstün və müqəddəs olduğunu bir daha anlamışam. İnsanın şərəf və ləyaqəti  də vətənə olan sədaqətin və vətənpərvərlik ruhunun həddi ilə ölçülürmüş!. Vətəni sevmək və vətənə sədaqət müqəddəs borcumuz-vəzifəmizdir!

Doğma ana kimi qoynunda böyüyüb ərsəyə gəldiyimiz, havasından udduğumuz, suyundan qurtum,qurtum içdiyimiz, min-bir nemətini daddığımız doğma yurdumuza hələ çox borcluyuq.

Bu yurdun hər bir ocağının tüstüsü də şirindir

Vətən insanlara və insanlığa hörmət olan yerdir. Harda Allahın yaratdığı canlı, şüurlu varlığa və İlahi dəyərlərə nifrət varsa, orda vətən yoxdur. Ermənilərin Azərbaycana, türklərə, dünya müsəlmanlarına qarşı nifrəti və niyyəti bəllidir :Ya tamamilə, ya da qismən məhv etmək! Həyasızlığın və alçaqlığın dərəcəsinə baxın! Bu, beynəlxalq səviyyəli-transmilli mütəşəkkil cinayətkar qrup və dəstələrin hərəkət və hərəkətsizlikləri bütöv bəşəriyyət üçün təhlükə mənbəyidir. Bu gün, bu azğınlara “DUR”deyilmirsə regonda hər hansı bir təhlükəsizlikdən danışmaq əbəsdir! ERMƏNİLƏR mövcud regionda “SÖNDÜRÜLMƏMİŞ OCAQ” qədər təhlükəlidir.

Bəzən “uşaqlığın harada keçmişsə, ora vətəndir”-deyirlər. Bu fikirdə həqiqət var. Vətən sevgisinin sərhədi olmur. “Sevgidən doydum” -deyən də yoxdur. Vətən sevgisinin sərhədi (məncə) doğulduğun yerdən başlayır… Vətənə sevgisi olmayanın deməli, vətəni də yoxdur. Belələri küləyin sovurduğu səhra qumuna bənzər…  Vətən yadları və ona arxa çevirənləri qəbul etmir. Keçmişimiz və gələcəyimiz də vətənlə bağlıdır. Ona görə də VƏTƏN uğrunda ölmək şərəfdir! Bu amalla ölənlər HƏMİŞƏYAŞAR və ÖLMƏZ ŞƏHİDLƏRDİR! Onlar kəfənə bürünmədən, yuyulmadan torpağın ağuşuna tapşırılarlar.

Allahdan Vətən uğrunda canını fəda edənlərə cənnətin uca məqamını arzulayıram!

Ordumuza, bizə mənəvi dəstək verən, lazım gələrsə döyüşməyə hazır olan qardaş ölkələrə Aləmlərin Rəbbi dayaq olsun! Xalqın duaları inşəallah qəbul olunar! Amin!

Şəmsəddin ƏLİYEV
polize.az xəbər saytının şef redaktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ