01/12/2020 22:26
728 x 90

UNICEF yatdı, yatdı, axırda azərbaycanlı uşaqların qətli barədə dişsiz bəyanat yaydı…

Fatimə Hacıbəyli: “UNICEF-in məlum bəyanatı Ermənistanın həyata keçirdiyi hərbi cinayətlərə göz yumduğunu göstərir”

img

UNICEF Dağlıq Qarabağda və onun hüdudlarından kənarda bir aydır davam edən döyüş əməliyyatları haqqında bəyanat yayıb. Bəyanatda qeyd olunur: On aylıq Narin; bir yaşlı Mədinə; 8 yaşlı Aysu; 9 yaşlı Viktoriya; 13 yaşlı Şəhriyar; 13 yaşlı Artur; 14 yaşlı Fərid; 15 yaşlı Fidan; 15 yaşlı Nigar; 16 yaşlı Orxan. Bunlar Dağlıq Qarabağ münaqişəsi zonasında və onun hüdudlarından kənarda bir ay ərzində döyüş əməliyyatları nəticəsində qətlə yetirilmiş 10 uşağın adları və yaşlarıdır. 11 yaşlı oğlanın və 12 yaşlı qızın adları hələ açıqlanmayıb”.

UNICEF-in ermənilərin öldürdüyü uşaqlarla bağlı yaydığı bəyanat yuxarıda qeyd etdiyimizdən ibarətdir. Bəyanatda Qarabağ ayrı dövət kimi təqdim olunur və uşaqların ermənilər tərəfindən öldürülməsi haqqında fikir bildirilmir.

 

  • “…onlar, sadəcə, bəyanat vermək xatirinə bəyanat yayıblar

Məsələ ilə bağlı fikir bildirən “Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, UNICEF BMT-nin strukturuna daxil olan fondlardan biridir: “Fondun baş direktoru və Azərbaycandakı nümayəndəliyi ermənilərin Azərbaycan uşaqlarına münasibətdə həyata keçirdiyi hərbi cinayətlərə və Ermənistanın öz uşaqlarını müharibəyə cəlb etməsinə ciddi, tutarlı bir münasibət bildirməyib. UNICEF-in Qarabağda öldürülən uşaqlarla bağlı bəyanatında ermənilərin vəhşiliyi, onların azərbaycanlı uşaqları qətlə yetirməsi haqqında bir söz deyilmir. Onlar, sadəcə, bəyanat vermək xatirinə bəyanat yayıblar. Ancaq bu bəyanatları ilə Ermənistanı müdafiə edirlər”.

Həmsöhbətimiz hesab edir ki, UNICEF-in məlum bəyanatı Ermənistanın həyata keçirdiyi hərbi cinayətlərə göz yumduğunu göstərir. Ümumiyyətlə, beynəlxalq təşkilatlar körpə, günahsız uşaqların qətlə yetirilməsinə susqunluq göstərir: “Başqa ölkələrdə nəsə olan kimi sərt mövqelər nümayiş etdirirlər. Ancaq bizdə isə yox”.

Günel CƏLİLOVA

Son xəbərlər