Cümə günü, 09 oktyabr 2026
     

Bayram Hacızadə - 50 - FOTO

Image


Bu günlərdə R.Mustafayev adına İncəsənət Muzeyində Azərbaycanın görkəmli karikaturaçı rəssamı Bayram Hacızadənin 50 illiyinə həsr olunmuş fərdi sərgisi açılıb. Sərginin rəsmi hissəsini giriş sözü ilə açan Muzeyin direktoru Çingiz Fərzəliyev rəssam və sərgi haqqında qısa məlumat verərək, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini cənab Ədalət Vəliyevi kürsüyə dəvət etdi.

Nazir müavini rəssamın həyat və yaradıcılığı haqqında ətraflı çıxış etdi. Sonra söz Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimova verildi. Ağali müəllim rəssamın karikatura sənətinə həsr olunmuş kitabları barədə sərgi iştirakçılarını qədərincə bilgiləndirdi... Onun ardınca çıxış edənlər: Xalq rəssamı (qrafik rəssam) Arif Hüseynov, Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Əməkdar incəsənət xadimi, rəssam Arif Əziz çıxış edərək Bayram Hacızadənin şəxsiyyəti, insani keyfiyyətləri, elmi- tədrisi və yaradıcı xüsusiyyətləri, o cümlədən də rəssamlıq fəaliyyətindəki səciyyəvi əlamətləri və təbii ki, yaradıcılığının ana xətti olan karikatura sənəti barədə danışdı. Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar incəsənət xadimi Rafiq Kərimovun çıxışı isə öz xüsusiliyi ilə hamını təsirləndirdi. Rafiq müəllim ilkin olaraq İttifaqın sədri, Xalq rəssamı Fərhad Xəlilovun ezamiyyətdə olması ilə əlaqədar bu tədbirdə iştirak edə bilməyəcəyindən təəssüfləndiyini çatdırdı. Sonra sədrin Bayram Hacızadəyə ünvanladığı təbriki oxudu... Ardınca rəssama şəxsi münasibətinin təzahürü olan simvolik hədiyyəsini təqdim etdi. Bununla da kifayətlənməyən Rafiq müəllim Bayram Hacızadəyə həsr etdiyi, iştirakçıları duyğulandıran, poema xarakterli yüksək bədii dəyərli şeirini dərin emosional bir şəkildə oxudu.

Sonda yubilyar - Əməkdar incəsənət xadimi, professor Bayram Hacızadə çıxış edərək özünün şəxsiyyətinə və sənətinə verdikləri qiymətə görə çıxış edənlərə və sərginin açılışında iştirak edənlərə ürəkdən təşəkkürünü bildirdi... Arayış. “Bayram Kamal oğlu Hacızadə 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə “Kirpi” satirik jurnalında və dövri mətbuatda karikaturaçı kimi çıxış etməyə başlamışdır. 1987-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2004-cü ildən “Kirpi” satirik jurnalında Baş məsləhətçi vəzifəsində çalışmışdır. 2005-ci ildən “Biz və karikatura” jurnalının təsisçisi və baş redaktorudur. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü və karikatura bölməsinin sədridir. Əsərləri respublikada və xaricdə keçirilən beynəlxalq müsabiqələrdə qızıl, gümüş və bürünc medallara, xüsusi mükafatlara və fəxri diplomlara layiq görülmüşdür. 2006-cı ildə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri seçilmişdir. Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasında Azərbaycan qrupunun rəhbəridir. 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 2008-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru vəzifəsində çalışır. 2008-ci ildən “Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısı, “Molla Nəsrəddin” - Azərbaycan layihəsinin rəhbəridir. 2008-ci ildən “Cartunion” Beynəlxalq Karikaturaçılar Klubunun (ABŞ) üzvüdür. 2009-cu ildə Azərbaycan Rəssamlar İttifaqının rəyasət heyətinə üzv seçilmişdir.

2009-cu ildən Təbriz Karikatura Birliyinin, 2017-ci ildən Türkiyə Karikaturaçılar Assosiasiyasının fəxri üzvüdür. 2018-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilmişdir. Bakı, Ərdəbil, Əskişəhər, Kiyev, Minsk, Yekaterinburq, İstanbul, Hayfa, Poltava, Təbriz və Barselonada fərdi sərgiləri təşkil olunmuşdur”.

***

Nəcib eksponatlarla zəngin sərginin istər ekspozisiyası, istər kompozisiyası, həmçinin salon boyu yerləşdirilən əsərlərin ölçü simmetriyaları, mövzu müxtəlifliyi və mahiyyət ardıcıllığı, süjetli əsərlərin düzüm tamamlanması və s. vacib gözoxşayan məziyyətləri, ümumən isə bütövlükdə tərtibatı o qədər zərif və incəliklə həyata keçirilmişdi ki, elə ilk görünüşdən tamaşaçıların könlünü

oxşayırdı...

Mən buradakı ayrı-ayrı əsərlər haqqında təhlillər aparmayacağam. Çünki sərgi haqqında çox nəfis və çox yüksək poliqrafik keyfiyyətlə tərtib və çap olunmuş kataloqun mətnini işləyən dövrümüzün görkəmli alim-sənətşünası, Əməkdar incəsənət xadimi hörmətli Ziyadxan Əliyev müəllif və əsərləri barədə o qədər həssas və dəqiq analizlər, təhlillər aparmışdır ki, qeyri bir fikir söyləməyə ehtiyac qalmamışdır... Mən bu yazını sadə bir mətn yox, rəssam Bayram Hacızadə və yaradıcılığı haqqında tutarlı bir elmi-publisistik monoqrafiya adlandırardım... Heç şübhəm yoxdur ki, Ziyadxan müəllim bu əsəri mətbu orqanlarda çap etdirmişdir...

Lakin rəssamın əsərlərində mənim cüzi də olsa sezdiyim milli sənətimizin on min illər öncə daş, qaya, divarlar və gil lövhələr (tabletlər) üzərində işlədikləri xətti-cizgi, eyni zamanda orta əsr dolğun rəngkarlıqla zəngin miniatür sənətinin elementlərindən ayrı-ayrı detal kimi istifadə etməsi, düşünürəm ki, müəllifin işlərinə özünəməxsus daha bir yenilik, daha bir gözəllik gətirmişdir...

***

Millətimizi, xalqımızı, dövlətimizi və bütövlükdə Azərbaycanımızı öz dəyərli sənəti və əsərləri ilə dünyada təmsil edən dünya səviyyəli bu rəssam – Bayram Hacızadə nəinki onlarla dünya şəhərlərində fərdi sərgilər açmış, eyni zamanda Avropa, Amerika, Asiya, Avstraliya qitələrinin ən qüdrətli dövlətlərinin paytaxt və digər şəhərlərində təşkil olunan karikaturaçı rəssamların dünyəvi sərgilərində müvəffəqiyyətlə çıxış etmiş, yüksək əyarlı medallar, mükafatlar və s. qiymətli hədiyyələrlə təltif olunmuşdur...

Karikatura sənətinin zirvəsinə qalxmış bu rəssamın sənətinin səciyyəvi xüsusiyyətlərdən biri də odur ki, o öz təxəyyülünün məhsulu olan fantastik, mistik və real həyati mahiyyətli əsərləri ilə yanaşı, görkəmli elm, ədəbiyat və incəsənət korifeylərinin əsərlərindəki tip-tipaj, obraz və personajların həyatına da öz prizmasından yanaşmış və böyük nailiyyətlər əldə etmişdir… O bu obrazların daxili aləminə nüfuz edərək, tənqidin satira-yumor, sarkazm və s. ədəbi janrlarından, eyni zamanda, rəssam yaradıcılığında insan hiss və duyğularının məhsulu olan gülüş anlayışının karikaturaya aid bütün çalarlarından məharətlə istifadə etmişdir. Həmçinin ədəbi gülüş anlayışına da özünəməxsus şəkildə reaksiya vermişdir. Görünür bu da onun hələ gənc yaşlarından ədəbi-bədii mühitlə qaynayıb-qarışması ilə əlaqədar olmuşdur ki, bu da sənətkara daha böyük uğurlar gətirmişdir…

Bayram Hacızadə yaradıcı təxəyyül sahibi olaraq yüksək bədii-estetik, düşündürücü sənəti ilə yanaşı, həm də dəyərli bir elmi təfəkkür qabiliyyətli düşüncə insanı kimi də fəaliyyət göstərmiş, qüdrətli sənətindən heç də geri qalmayan bir sənətşünas-alim kimi də özünü sınamış, bu sahəyə aid 10-dan artıq sanballı elmi, elmi-publisistik və tarixi kitab ərsəyə gətirmişdir.

Dünya şöhrətli bu karikaturaçı rəssamın rəmzi təsdiq möhəsi və mənim bu kiçik qeydlərimin möhürbəndi olaraq, bəzi görkəmli şəxslərin Bayram Hacızadə və onun ölkəmizə şöhrət gətirən sənəti barədə fikirlərini təqdim etməyi özümə borc bilirəm. Piter Nyuvandekin, Federasiyasının baş katibi: “Bayram Hacızadənin Azərbaycan karikaturasının 100 illik tarixinə həsr olunmuş kitabı bir şah əsərlər toplusudur! Azərbaycan rəssamlarının karikaturaları “beynəlxalq dil” üslubunda çəkilmişdir. Əsərlərin heç birinin izahına ehtiyac yoxdur, onların özləri danışır. Bu cür kitablar ölkələr, xalqlar və rəssamlar arasında əlaqələri daha da möhkəmləndirməyə xidmət edir”.

Şahram Rezai, dünya və İran karikaturasının tanınmış simalarından biri: “Bayram Hacızadənin - bu böyük və dəyərli müəllimimizin sayəsində dünya Azərbaycan karikatura tarixi, eləcə də müasir Azərbaycan karikatura sənəti ilə tanış oldu”.

Bəxtiyar Vahabzadə, Xalq şairi: “Keçmiş Sovet cəmiyyəti tənqidi sevmir, buraxılmış ciddi nöqsanlar şişirdilmiş statistik nəticələrin arxasında gizlədilirdi. Rüşvətxorluq xəstəliyinə tutulan partiya funksionerləri, idarə rəhbərləri ölkəni aclığa, səfalətə sürükləyirdi. Ərzaq növbələrinin ucu-bucağı görünmürdü. Bayram Hacızadə o çağlarda da, indi də istedadının gücü ilə çatışmazlıqlara qarşı öz obrazlarını qoyur, incə anları obrazlaşdıraraq cəmiyyətdəki əyintilərə ustalıqla gülür”.

Tahir Salahov, SSRİ Xalq rəssamı: “Bayram Hacızadə görkəmli Sovet-rus rəssamı Boris Yefimovdan sonra bütün post-sovet məkanında karikaturanı tədqiq və tədris edən, bu janrın inkişafında və cəmiyyətdə tanınmasında ciddi fəaliyyəti ilə seçilən ikinci şəxsdir”.

Ziyadxan Əliyev, alim-sənətşünas, Əməkdar incəsənət xadimi: “Qrafikanın bədii-texniki ifadə imkanlarına bələdçiliyini hər bir əsərində nümayiş etdirən Bayram Hacızadənin satirik lövhələrində istər cizgi “oyunları”na, istərsə də rənglərin rəmz daşıyıcılığı ilə əyaniləşdirilməsində nəhayətsiz estetik çalarlara rast gəlmək olar. Əksər əsərlərində tünd xətlərə əlavə olunan və təsvirin psixoloji

çoxqatlılığının üzə çıxarılmasında yardımçı olan incə cizgilər rəssamın özünəməxsus bədii tapıntılarındandır. Bəzən belə qoşalaşdırmalar əsərlərin ofort və ya ksiloqrafiya texnikasında işləndiyi təəssüratını yaratsa da, əslində bu, onun dəzgah qrafikası texnikalarının bədii xüsusiyyətlərindən yaradıcılıqla faydalanmasının nəticəsidir”.

Bunlardan başqa Ukrayna, İsrail, Rusiya, Türkiyə, İspaniya, ABŞ, Belarus, Almaniya, Fransa, İtaliya, Kipr, Bolqarıstan, Makedoniya, Çin, İran və digər ölkələrdən olan onlarla qüdrətli rəssam Bayram Hacızadənin yaradıcılığı haqqında çox dəyərli fikirlər söyləmişlər… Hətta rusiyalı rəssam Mixail Zlatovski “Bu cür xeyirxah bir adama heykəl qoymaq üçün elə indi vəsait toplamağı təklif

etməklə Azərbaycan mədəniyyətinə bu cür mücahidi olmasına görə qibtə edirəm” demişdir. Onun bu fikrinə istinad edən ABŞ rəssamı Andrey Feldşteyn “Hər bir ölkəyə belə bir fədakar gərəkdir, ancaq bu halda heykəl qoymaq azdır, təcili belə bir adamın klonlaşdırılmasına başlamaq lazımdır” deyərək, öz emosiyalarını bu cür büruzə vermişdir…

***

Çox hörmətli Bayram müəllim!

Sizianadan olmağınızın 50 illiyi münasibətilə jurnalistlər və sənətşünaslar adından səmimi-qəlbdən təbrik edirəm. Sizə bundan sonrakı Tanrının bəxş etdiyi həyatınızda da bahar təravətli, çiçək ətirli bir ömür, ecazkar yaradıcılığınızda isə daha da uca zirvələr fəth etmənizi arzu edirəm. Tanrı Sizi qorusun!

Binnət HÜMBƏTOĞLU
ARİ və AJB üzvü



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ