Bazar ertəsi günü, 11 may 2026
     

Cənubi Azərbaycan şairləri Anardan nə umur?..

Image


Xəyal Rza: “Deyirlər ki, o, Güney Azərbaycan təmsilçisi kimi təqdim olunmasın”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan Komissiyasının rəhbəri Sayman Aruza qarşı iddialar səngimək bilmir. Bir neçə gün əvvəl 198 güneyli yazar AYB sədri Anara Cənubi Azərbaycan Komissiyasının rəhbəri Sayman Aruzla bağlı müraciət edib, eyni zamanda bəyanat yayıblar.

Güneyli yazarların yaydığı bəyanatda Sayman Aruzun “Güney Azərbaycan şöbəsi” adı ilə həyata keçirdiyi fəaliyyətin ədəbi birliyin inkişafına xidmət etmədiyi, bu şəxsin Güney yazarlarını təmsil etmədiyi vurğulanıb.

“...Müzakirə olunacaq”

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza da Güney Azərbaycan ədəbiyyatçılarının Sayman Aruzla bağlı müraciətini şərh edərkən demişdi ki, onunla bağlı yaxın günlərdə iclas keçiriləcək. “Qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq”-deyə o bildirmişdi.

198 nəfərin ardınca Güney Azərbaycanın tanınmış yazarlarından olan “Yol”, “Cahan” jurnalları və “Yarpaq” qəzetinin baş yazarı Eyvaz Taha AYB-nin Güney Azərbaycan Komissiyasının rəhbəri Sayman Aruz ətrafında baş verənlərlə bağlı AYB sədri Anara açıq məktub göndərib.

“Son dövrlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Cənubi Azərbaycan şöbəsi ictimaiyyətin diqqət mərkəzinə gəlmişdir. Şöbənin fəaliyyəti müxtəlif qələm sahiblərinin narazılığına səbəb olmuş, nəhayət, onun idarəçilik tərzinə qarşı Güneydən 183 (əvvəl 183 nəfər müraciət etmişdi, sonra onların sayı 198 oldu-İ.S) imzanın etiraz səsi ucalmışdır. Mən Azərbaycan Yazıçılar Birliyinin üzvü olaraq, təfərrüata varmadan məsələyə müəyyən prinsipial mövqedən toxunmaq istəyirəm:

1. Şübhəsiz, Cənubda dilimizə, düşüncəmizə və mədəniyyətimizə hərtərəfli qayğı göstərmək həyati önəmə malik olmuşdur. Belə bir vəziyyətdə Cənubi Azərbaycan şöbəsinin mübahisə mövzusuna çevrilməsi ilk baxışdan vaxt itkisi kimi qiymətləndirilə bilərdi. Lakin nə yazıq, bu bir simptomdur; yoluxucu xəstəliyin kiçik əlaməti. Öz-özlüyündə əhəmiyyətsiz görünən bu mövzu böyük bir qurumun adı ilə bağlı olduğundan reaksiyaları labüd edir. Əslində Balaş Azəroğlunun oturduğu mütəvazi kürsünün ağır simvolik çəkisinin qorunmasından söz gedir.

2. Bir neçə il öncə Cənubi Azərbaycan şöbəsinin müəyyən bir şəxsə (Sayman Aruz nəzərdə tutulur) tapşırılması hamımızı təəccübləndirmişdi. Çünki bu təşəbbüs on milyonlarla Güney azərbaycanlıya, eləcə də güneyli yazarlara qarşı təhqir mahiyyəti daşıyırdı. Vaxtilə adı Güneyin ciddi yazarları sırasında çəkilməyən birisinin birdən-birə nəhəng Güneyin təmsil məqamında oturması sanki planlaşdırılmış bir ədalətsizlik kimi rezonans doğurdu. Lakin təəssüf ki, bu rezonans Xaqani küçəsindəki Yazıçılar Birliyinin qapısını “döyə” bilməmişdi...”

Güneyli yazarların Sayman Aruza qarşı narazılığının bir neçə əsas səbəbi olduğu bildirilir. Bu səbəblər ümumən ədəbi mühit, etimad və reputasiya, həmçinin idarəçilik və şəffaflıqla bağlıdır.

Bir müddət əvvəl mediada belə bir iddia yayıldı ki, Sayman Aruz “saxta fəxri fərman, diplom” biznesi ilə məşğuldur. Yəni onun “Fəxri Fərman” adı ilə 150 manata saxta sənədlər satdığı iddia olunur. AYB-dən isə bu iddianın araşdırılacağı bildirilib.

Ekspertlərə görə, son vaxtlar ədəbiyyatçı və tədqiqatçılar, xüsusilə Güney azərbaycanlı yazarlar birgə bəyanatla çıxış edərək bildiriblər ki, Sayman Aruzun “Güney Azərbaycan şöbəsi” adı altında qurduğu struktur ədəbi birliyi inkişaf etdirməkdən daha çox, onu “şəxsi nüfuz dairəsinə”, “məhdudlaşdırıcı struktura” çevirməkdədir.

Onlar hesab edirlər ki, bu cür idarəçilik ədəbi mühiti “havadan kənarlaşmış”, “içiçəçilik”lə yüklənmiş bir quruluşa dönüb və burada bərabərlik, ədalət və şəffaflıq yoxdur.

Bir çox tənqidçi və yazıçı qeyd edir ki, Sayman Aruz və ona bağlı qruplar - ictimai debatlarda, şəxsi münasibətlərdə, sosial şəbəkə və media məkanında - tənqidçiləri təhqir etmə, söyüşlə susdurma, zorla “susdurma” metoduna əl atırlar.

Bu, ədəbi mühitin azad müzakirə və fikir pluralizmi imkanlarını ciddi şəkildə zədələyir və bir çoxlarının ona qarşı soyuq münasibətinə səbəb olur. Bu iddialar mediada və sosial mediada yer alır.

E.Taha da daxil olmaqla, bəs güneyli yazarlar AYB sədrindən nə istəyirlər?

Ümumiyyətlə, AYB S.Aruzla bağlı iddiaları, müraciət və bəyanatı araşdırırmı, onunla bağlı məsələyə baxıbmı?

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza “Bakı-Xəbər”ə bildirdi ki, hələ bu məsələyə baxılmayıb. “Hələ o məsələyə baxılmayıb. Güneyli yazarlar deyirlər ki, o, (Sayman Aruz-İ.S) Güney Azərbaycan təmsilçisi kimi təqdim olunmasın. Onlar bu barədə istəklərini bildirməklə yanaşı müəyyən əsaslar gətirirlər və bütün bunlar da müzakirə olunacaq”-deyə X.Rza bildirdi.

S.Aruzla bağlı hansı qərarın verilə biləcəyinə gəlincə, X.Rza bildirdi ki, bu məsələ araşdırılacaq, kimin haqlı, kimin haqsız olduğu müəyyən ediləcək və nəticəyə əsasən də qərar veriləcək.

Barəsində səsləndirilən iddialara isə. təəssüf ki, hələ Sayman Aruz hər hansı bir münasibət bildirməyib. Yaxşı olardı ki, o özü bütün bu məsələlərə aydınlıq gətirsin.

Bu məsələdə kimin haqlı, kimin haqsız olduğu, onun haqqında yayılan iddiaların, səsləndirilən fikirlərin də nə dərəcədə əsaslı olub-olmadığını demək çətindir, çünki bu, araşdırma tələb edən bir məsələdir. Bütün hallarda, 200-ə yaxın güneyli yazarın birləşib onun fəaliyyətinə etiraz etməsi, AYB sədrindən bu məsələyə qiymət verməsini tələb etməsi təsadüfi xarakter daşımır. İndiyə qədər AYB-nin Güney Azərbaycan şöbəsi ətrafında bu qədər qalmaqalın olduğunu xatırlamırıq. Amma indi Güney Azərbaycan Komissiyasına rəhbərlik edən bir şəxsə qarşı iddialar, ittihamlar, etirazlar səngimək bilmir. Bəzi ekspertlərə görə, AYB rəhbərliyi güneyli yazarların istəyinə uyğun addım atacaq və S.Aruzu vəzifəsindən kənarlaşdıracaq...Gözləyək görək.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

11.05.2026 / 15:19
Avropa Putinin keçmiş kansler Şröder üzərində qurduğu "vasitəçi" tələsini ifşa etdi – Berlindən yeni təklif gəldi...

11.05.2026 / 14:43
ABŞ-ın təklifinə İrandan sərt reaksiya - məcbur qalsaq, döyüşəcəyik...

11.05.2026 / 14:27
Bakıda marketdən elektron siqaretlər oğurlayan şəxs saxlandı

11.05.2026 / 14:02
“Qırxdan sonra…” filmi qadın taleyinə və sənətin görünməyən tərəflərinə işıq salır

11.05.2026 / 13:48
Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlanfı

11.05.2026 / 13:05
İran XİN: “ABŞ əsassız tələblərində israr edir”

11.05.2026 / 12:54
İran XİN Avropaya xəbərdarlıq etdi: “Təhriklərə aldanmayın”

11.05.2026 / 12:38
Kinematoqrafçılar İttifaqının yeni sədri kim olacaq?

11.05.2026 / 12:33
Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

11.05.2026 / 12:07
Gürcüstan Pravoslav Kilsəsi bu gün 142-ci Patriarxını seçəcək

11.05.2026 / 11:17
WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

11.05.2026 / 10:40
8 ildir nəvələrinə özü baxır-Səbəb?

11.05.2026 / 10:00
Rəsmi Seul: Hörmüzdəki hücum cavabsız qalmayacaq

11.05.2026 / 09:31
AFP: “Nərgiz Məhəmmədi zaminə buraxılıb”

11.05.2026 / 09:13
Netanyahu: “Müctəba Xameneyi sağdır, amma atasının gücünə əsla sahib deyil”

11.05.2026 / 08:53
Tramp İranın ABŞ-ın sülh planına cavabını rədd etdi

11.05.2026 / 08:14
Tramp: “İran 47 ildir ABŞ və dünyanı aldadır”

10.05.2026 / 22:19
İrandan Britaniya və Fransaya Hörmüz xəbərdarlığı – cavab verəcəyik...

10.05.2026 / 21:28
Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb

10.05.2026 / 20:45
Hantavirusun ilk qurbanı quşları tədqiq edən alim imiş…

10.05.2026 / 20:20
ABŞ indi də Kuba ilə “məşğul olmaq” niyyətindədir - Tramp belə deyir…

10.05.2026 / 20:04
İspaniya hantavirus aşkarlanan gəmidən təxliyyələrə başladı

10.05.2026 / 19:34
Kreml Ermənistanın Zelenskinin antirusiya çıxışına qəsdən şərait yaratdığını iddia etdi - izahat verməlidirlər...

10.05.2026 / 18:52
Tehran ABŞ-ın son təklifinə cavab verdi...

10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri

10.05.2026 / 18:25
Kiyevdən Putinə cavab gədi - Zelenski görüşə hazırdır...

10.05.2026 / 18:02
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım etdi - FOTO

10.05.2026 / 16:45
İran XİN: “AEBA-nın işi siyasi mesajlar yox, yoxlamadır”

10.05.2026 / 16:17
Paşinyandan tarixi Qarabağ etirafı – “Orada məktəb, bağça, fabrik inşa etdikmi? Xeyr, çünki bizim deyildi”... VİDEO

10.05.2026 / 15:57
Heydər Əliyevin adı ilə bağlı Naxçıvan turu... - VİDEO

10.05.2026 / 13:33
"Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir" - Nazir

10.05.2026 / 13:20
"Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik" - Prezident

10.05.2026 / 13:17
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

10.05.2026 / 13:16
"Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq" - Prezident İlham Əliyev

10.05.2026 / 13:12
Prezident: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq"

10.05.2026 / 13:09
"Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək" - Prezident

10.05.2026 / 13:06
Prezident: "Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

10.05.2026 / 13:04
"Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur" - Prezident

10.05.2026 / 13:03
Prezident Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - FOTO

10.05.2026 / 12:56
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı oldu - FOTO

10.05.2026 / 12:33
Ceyhun Bayramov: "Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir"

10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - FOTO

10.05.2026 / 11:58
Qeyri-adi yetənəyi ilə məşhurlar siyahısına düşən soydaşımız - Günay Həsənova

10.05.2026 / 11:50
"Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var" - Ceyhun Bayramov

10.05.2026 / 11:36
Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO

10.05.2026 / 11:14
Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm"

10.05.2026 / 11:10
Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışdı

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:56
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ