çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

AMEA-nın akademikləri də Mehdiyevin üzündən problem yaşayacaq...

Image


İlqar Orucov: “...Nizamnamə seçkinin 3 ildən bir keçirilməsini tələb edir”

1945-ci ildə təsis olunan Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ayrı-ayrı vaxtlarda müxbir üzvləri və həqiqi üzvlərin seçkisi keçirilib. Müxbir üzvlərin və həqiqi üzvlərin sonuncu seçkisi 2017-ci ildə olub.

AMEA-nın prezidenti İsa Həbibbəyli deyib ki, akademiyanın əsas məqsədlərindən biri də həqiqi və müxbir üzvlüyə seçkilərin keçirilməsidir: “Uzun müddətdir həqiqi və müxbir üzvlüyə seçkilər keçirilmir. Fikrimcə, yanvardan sonra bu məsələyə baxmaq olar”.

Son 30 ildə AMEA-da həqiqi və müxbir üzvlüyə seçkilərin keçirilməsinə Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti, hazırda barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev rəhbərlik edib. R.Mehdiyevin icazəsi olmadan hansısa bir alim, elm xadiminin namizədliyi irəli sürülə bilməzdi. Təbii ki, daha çox onun istədiyi adamlar müxbir üzv və akademik seçilə bilməzdi. Bir sözlə, bu prosesi Mehdiyev idarə edirdi, onun razılığı olmadan kimsə seçki keçirməyə cürət etməzdi.

Çoxlarının yadında olar, 2006-cı ilin sonlarına yaxın AMEA-da həqiqi və müxbir üzvlərin seçkiləri keçirilirdi. Akademiyanın Rəyasət Heyətinin binası qarşısında böyük bir təlatüm vardı, jurnalistlər, alimlər kimlərin seçiləcəyini səbrsizliklə gözləyirdilər. Seçki isə Mehdiyevin gecikməsi səbəbindən yubanırdı. Orada alimlər deyirdilər ki, qutudan əsl alimlərin adlarından çox Mehdiyevin etimadını qazanmış adamların adları çıxacaq. Yəni seçki prosesinin onun tərəfindən idarə olunduğu və məhz istədiyi adamların seçiləcəyi deyilirdi. Və deyilənlər də oldu. Böyük ajiotajla keçirilən həqiqi və müxbir üzvlərin seçkisində Mehdiyev neçə-neçə tərəfdarını akademik, müxbir üzv etdi, neçə-neçə ləyaqətli alim haqqı çatan titullardan məhrum qaldığı üçün ürəyini tuta-tuta akdemiyanın binasını tərk edirdi.

İndi Mehdiyevdən sonra AMEA-da həqiqi və müxbir üzvlərin seçilməsi düyünə düşüb.

“AMEA-ya kurasiyanı məhz Ramiz Mehdiyev həyata keçirirdi”

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, bu seçkilər AMEA-nın nizamnaməsi ilə tənzimlənən bir prosedurdur. “Nizamnamədə AMEA-nın həqiqi və müxbir üzv seçkilərinin keçirilmə proseduru və seçki qaydası, eyni zamanda orada seçkinin neçə ildən bir keçirilməsi açıq şəkildə öz əksini tapıb. Yəni bu prosedur AMEA-nın nizamnaməsi ilə tənzimlənən bir prosedurdur. Nizamnaməyə nəzər salanda görürük ki, müxbir və həqiqi üzvlərin seçkisi 3 ildən gec olmayaraq keçirilməlidir. Seçkidə iştirak, seçki prosesi bütövlükdə nizamnamədə əks olunub və nizamnamə seçkinin 3 ildən bir keçirilməsini tələb edir. Eyni zamanda elmi müəssisə və təşkilatlar tərəfindən namizədlərin irəli sürülməsi nəzərdə tutulub. Nizamnaməyə əsasən, namizədlər irəli sürüldükdən sonra seçkilər gizli səsvermə yolu ilə həyata keçirilir. Seçkidə akademiyanın üzvləri gizli səs verməklə bu quruma yeni üzvlər seçirlər.

AMEA-da həqiqi və müxbir üzvlərin seçkilərinin gecikməsinin nə ilə bağlı olduğunu bilmirəm. Biz bəzən belə gecikmələri görmüşük. Müstəqilliyimizin ilk illərində də belə gecikmələr olub, bu, zaman-zaman özünü göstərib. Bu daha çox nizamnamədə müəyyən təkmilləşmənin aparılması ilə bağlı olub və sair. Amma hazırda seçkilərin nə üçün gecikdiyinin səbəbini bilmirəm. Bununla bağlı AMEA rəhbərliyi tərəfindən rəsmi açıqlama verilsə daha yaxşı olar”.

Vaxtilə bu məsələyə R.Mehdiyevin qeyri-rəsmi rəhbərlik etməsi məsələsinə münasibət bildirən İ.Orucovun sözlərinə görə, o, AMEA prezidenti olmazdan əvvəl Prezident Administrasiyasının rəhbəri idi: “AMEA-ya kurasiyanı məhz Ramiz Mehdiyev həyata keçirirdi. Biz bir neçə dəfə bu istiqamətdə tənqidi fikirlərimizi ifadə etmişik. Bu seçkilərin də gecikməsinin sırf Ramiz Mehdiyevlə bağlı olması barədə məlumatım yoxdur. AMEA-nın kurasiyası Administrasiyanın müvafiq şöbəsi tərəfindən həyata keçirilir. Ona görə də, bu prosesin nə zaman həyata keçirilməsi, təbii ki, AMEA-nın öz səlahiyyəti daxilindədir. Bu proses akademiyanın ümumi yığıncağında nizamnamədən irəli gələn tələblər çərçivəsində həyata keçirilməlidir.

Bu işlər onun həbsi ilə bağlı ola bilərmi? Təbii ki, Ramiz Mehdiyevin çox ciddi dövləti cinayətlərdə təqsirləndirilməsi ilə bağlı artıq istintaq başladılıb. Bilirsiz ki, ev dustaqlığı ilə onun həbsinə qərar verilib, müvafiq istintaq gedir. Təbii ki, istintaqdan sonra Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən azad edilməsi məsələsinə baxıla bilər. Düşünürəm ki, kifayət qədər ciddi ittihamlardır. Əslində AMEA üzvlüyündən azad edilməsi məsələsi də nizamnamədə əks olunub. Baxmayaraq ki, müxbir və həqiqi üzvlər seçki yolu ilə seçilir. Amma nizamnamədə müvafiq prosedurlar var ki, hansı hallarda şəxslər AMEA-nın müxbir və həqiqi üzvlüyündən xaric oluna bilər...”

İ.Orucov qeyd etdi ki, kifayət qədər ciddi olan bu ittihamlar sübut olunacağı təqdirdə R.Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən uzaqlaşdırılması məsələsi hüquqi çərçivədə gerçəkləşəcək. “Bütövlükdə bunlar hamısı müvafiq sənədlərlə tənzimlənir, uyğun prosedurlar məhz nizamnamə çərçivəsində həllini tapmalıdır və tapacaq”-deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ