Rusiya Mərkəzi Bankı, Belçikada yerləşən beynəlxalq depozitar şirkət “Euroclear”a qarşı Moskva Arbitraj Məhkəməsində iddia qaldırdığını açıqlayıb.
“Euroclear” depozitar qurumunun Rusiya Mərkəzi Bankına zərər vuran qanunsuz hərəkətləri, eləcə də Avropa Komissiyası tərəfindən Rusiya Mərkəzi Bankının razılığı olmadan bankın aktivlərinin birbaşa və ya dolayı yolla istifadə mexanizmlərinin rəsmi şəkildə dəyərləndirilməsinə görə, Moskva Arbitraj Məhkəməsində dəymiş ziyanın ödənilməsi üçün “Euroclear”a qarşı iddia qaldırılır” - deyə bankın açıqlamasında bildirilir
Qeyd edilir ki, Mərkəzi Bank aktivlərini və qiymətli kağızlarını sata bilməməsi səbəbindən zərər çəkib.
Bir müddət əvvəl Rusiya Mərkəzi Bankı Avropa Komissiyasının Rusiya aktivlərindən onun razılığı olmadan “birbaşa və ya dolayı yolla” istifadə etmək cəhdlərinə etiraz edəcəyini bildirmişdi.
TAHİR