Cümə günü, 09 oktyabr 2026
     

Şəkidə “Sərhədsiz teatr” - III Beynəlxalq Teatr Festivalının önəmli özəllikləri…

Image


Aydın Xan Əbilov: “Beynəlxalq festivallar dünya teatr aləmində gedən proseslərlə teatr adamlarını yaxından tanış edir”

Mədəniyyət dünyanı sülh müstəvisində birləşdirməyə qadir olan zərif gücdür. Biz bu gücün təsirini ən böyük humanitar və mədəni tədbirlərin yaratdığı əks-sədanın timsalında çox görmüşük.  Ədəbiyyat, teatr, kino, musiqi insanları, xalqları, ölkələri bir-birinə yaxın edə bilir. Deyək ki, tarixən teatr mədəni əlaqələrin qurulmasında, şaxələnməsində müstəna rol oynayan bir sənət növünə çevrilib. Bu gün dünyada teatrın əsas hədəflərindən biri dünya insanlarının mədəni səviyyəsini yüksəltmək, onların estetik zövqünü formalaşdırmaqdır.  

Azərbaycan teatrı uzun illərdir dünya teatr sisteminə inteqrasiya yolunu tutub və beynəlxalq səviyyəli layihələrlə bu sahədə fəaliyyətini davam etdirir. Məlumdur ki, respublikamız son illər dünya miqyaslı idman, sosial-iqtisadi və siyasi tədbirlərin mütəmadi keçirildiyi bir məkan kimi tanınır. Keçirilən tədbirlər sırasında humanitar-mədəni tədbirlərin də öz yeri var. Ölkəmizdə davamlı olaraq beynəlxalq teatr festivalları keçirilir. Diqqətçəkən məqamlardan biri odur ki, beynəlxalq miqyaslı humanitar-mədəni tədbirlərin keçirilməsində Azərbaycan bölgələri də yaxından iştirak edirlər. Bu tədbirlərin reallaşmasında yerli icra hakimiyyəti orqanları da böyük rol oynayırlar. Hazırda ölkəmizdə “Sərhədsiz teatr” III Beynəlxalq Teatr Festivalı keçirilir. May ayının 19-da başa çatacaq festival “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə keçirilir.  

Onu da bildirək ki, festival Heydər Əliyevin anadan olmasının 95, Müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr edilib.

Festivalda İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri ilə yanaşı, bizim teatrlar da iştirak edirlər.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, milli və beynəlxalq mərhələ formatında keçirilən festivalda Azərbaycanın 19 teatr kollektivi bir həftə ərzində ölkəmizin müxtəlif şəhərlərində çıxış etməkdədir. Artıq festival çərçivəsində bir neçə teatr kollektivi öz tamaşalarını təqdim ediblər.

 “Sərhədsiz teatr” III Beynəlxalq Teatr Festivalı Azərbaycan teatrının beynəlxalq teatr aləminə inteqrasiya olunmasında nə kimi rol oynayır? Bu festivalın teatrlarımızın beynəlxalq əlaqələrinin gücləndirilməsində əhəmiyyətini necə xarakterizə etmək olar?

Teatrşünas Xəyalə Rais bizimlə söhbətində bildirdi ki, Azərbaycan teatrı ilə dünya teatrları arasında əməkdaşlıq mövcuddur. Onun sözlərinə görə, “Sərhədsiz teatr” Festivalı da, Azərbaycanda keçirilən digər teatr festivalları da beynəlxalq əlaqələrin inkişafında çox böyük rol oynayır. X.Raisin dediyinə görə, Beynəlxalq Teatr Festivalında bölgələrin iştirakı da əhəmiyyətsiz deyil: “Artıq üçüncü dəfədir ki, respublikamızda “Sərhədsiz teatr” Beynəlxalq Teatr Festivalı keçirilir və bu festivala yerli teatrlarla yanaşı, xarici ölkə teatrları da qatılırlar. Bu həm teatrların bir-birilə yaxınlaşmasında, onlar arasında qarşılıqlı əməkdaşlığın formalaşmasında, yaradıcılıq əlaqələrinin inkişafında, eləcə də aktyorların, rejissorların ünsiyyət qurmasında mühüm əhəmiyyət daşıyır. Bu festivalda teatrlar bir-birinin repertuarı, yaradıcılıq potensialı ilə də tanış olurlar. Belə deyək, hətta bir-birindən müəyyən qədər bəhrələnirlər də. Belə festivallar nə qədər çox keçirilsə, bir o qədər yaxşıdır. Çünki festivallar, mədəni tədbirlər xalqlar, dövlətlər, mədəniyyətlər arasında sıx əlaqə yarada bilir. Çox zaman festivallar yeni əməkdaşlıq perspektivi açır. Elə olur ki, bizim bir rejissorun işi hansısa bir xarici teatrın diqqətini çəkir və onlar Azərbaycan rejissoru ilə əməkdaşlıq etmək istəyirlər. Yaxud biz hansısa bir xarici rejissorun Azərbaycanda tamaşa qoymasını istəyirik. Beynəlxalq teatr festivalları Azərbaycan dövlətinin mədəniyyət siyasəti, mədəni dəyərlərə münasibətini dünyaya çatdırır. Xarici teatrlar bizim ölkəmizdə olarkən paytaxtımızla, bölgələrimizlə tanış olur, tamaşaçılarımızın alqışlarını qazanırlar. Onlar gedib öz ölkələrində Azərbaycanı tanıdırlar. Hesab edirəm ki, “Sərhədsiz teatr” Beynəlxalq Teatr Festivalına daha çox xarici ölkənin cəlb olunması məsələsi üzərində işlənilməlidir. Bu, teatrın həqiqətən də sərhədsiz bir sənət olduğunu subut edən bir faktor olardı. Düşünürəm ki, festivalın səviyyəsini daha da inkişaf etdirmək lazımdır. 6-7 yox, 50-60 xarici teatrın bu festivala cəlb edilməsi daha yaxşı olardı”. 

Картинки по запросу aydın xan əbilov

Kulturoloq Aydın Xan Əbilov qeyd etdi ki, Azərbaycanda belə bir festivalın keçirilməsi və burada xarici teatrların iştirakı bu sahənin inkişafına müsbət təsir göstərir: “Əslində, Azərbaycan teatrı çox unikal sənət hadisəsidir. Çünki həm Şərq, həm də Qərb teatr estetikasının ən maraqlı çalarlarını özündə birləşdirir. Bilirsiniz, qədim dövrlərdə, sonrakı mərhələlərdə bizim şəbih-dini, toy-məişət tamaşalarımız olub. Onlar bu gün də davam etdirilir. Ancaq Mirzə Fətəli Axundovdan sonra Azərbaycanda Avropa yönümlü teatr yarandı. Müasir dövrdə Azərbaycan teatrı kino, internet, sosial şəbəkə kimi sürət əsrinin dəyərləri ilə çarpışmaqdadır. Teatr artıq elitar bir sənət sahəsinə çevrilib. Yəni geniş kütləyə olmasa da, müəyyən təbəqələrə təsir edən bir sənətdir. Bu gün sərhədsiz teatr ənənəsi yalnız bizdə deyil, dünyanın bir çox ölkələrində, qonşumuz olan İran, Türkiyə, Gürcüstan, Rusiya kimi respublikalarda da var. Bu gün modern, postmodern, bir sözlə, yeni formatda teatrlar formalaşır və inkişaf edir. Teatrlar öz yaşamını, taleyini düşünərək yeni formatlarda tamaşalar ərsəyə gətirirlər. “Sərhədsiz teatr” da daha çox tamaşaçı cəlb etmək üçün çalışır. Azərbaycanda 3-cü dəfə keçirilən “Sərhədsiz teatr” Beynəlxalq Teatr Festivalı da tamaşaçılara nüfuz etmək, müasir teatr estetikasını təbliğ etmək, mədəniyyətimizi daha geniş aləmə çatdırmaq üçün keçirilir. Sevindirici haldır ki, son dövrlər Azərbaycanda bir neçə beynəlxalq teatr festivalı keçirilir. Məsələn, onlardan “Cırtdan” Beynəlxalq Kukla Uşaq Teatr Festivalının, “Sərhədsiz teatr” Festivalının və digərilərinin adlarını çəkə bilərik. Bu cür açıq ictimai-mədəni hadisələr Azərbaycan teatrının inkişafına müsbət təsir göstərir. Beynəlxalq teatr festivallarında iştirak edən aktyorlarımız, rejissorlarımız, qrimçilərimiz, işıqçılarımız, bir sözlə, teatrda fəaliyyəti olan hər bir kəs özü üçün təcrübə qazanır. Yəni beynəlxalq festivallar dünya teatr aləmində gedən proseslərlə teatr adamlarını yaxından tanış edir. Belə festivallarda teatr sənəti ilə bağlı geniş müzakirələr olur, fikir mübadiləsi aparılır, əməkdaşlıqların özülü qoyulur. Hesab edirəm ki, beynəlxalq teatr festivallarının keçirilməsi Azərbaycan teatrının inkişafına təkan verən amillərdən biridir”.

A.X.Əbilov təəssüflə bildirdi ki, bu gün Azərbaycan tamaşaçısı teatra elə də böyük həvəs göstərmir. O hesab edir ki, tamaşaçıların teatra qaytarılması indiki dövrdə çox vacibdir. Müsahibimiz qeyd etdi ki, uşaqları da teatrlara cəlb etmək lazımdır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ