şənbə günü, 15 avqust 2026
     

Tarixdə iz buraxanlar: Qasım bəy Zakir

Image


Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır.

Zakir ilk təhsilini Şuşada mollaxanada alıb, ərəb və fars dillərini öyrənib. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi və Hafiz kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olmaq imkanı verib. O, mollaxanada oxuduğu zaman adları çəkilən sənətkarların bədii irsini öyrənib. Şairin gəncliyi Qarabağda baş verən siyasi-hərbi hadisələr dövrünə təsadüf edir.

Qacarın 1705-ci ildə Qarabağa hücum edib Şuşanı mühasirə altında saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. hadisələr Qasım bəy Zakirin gənclik illərində gördüyü vəhşiliklər, eşitdiyi əhvalatlar idi. Bu hadisələr onun dünyagörüşünün formalaşmasına öz təsirini göstərib.

Qarabağ xanlığı Rusiyanın idarəçiliyinə keçdikdən sonra Qasım bəy Zakir çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulub, 1806-1813, 1826-1828-ci illərin Rusiya-İran müharibələrində iştirak edib. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstənin tərkibində olub, döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilib.

1829-cu ildə Zakirin oğlu xəstələnərək vəfat edir. Bu hadisə şairi dərindən kədərləndirir. Bu münasibətlə yazdığı bir şeirində o, oğlunun ölümündən doğan iztirablarını təsvir edərək bildirir ki, “Həmişə Yaqub kimi qəm çəkirəm, Yusifin gedişindən dəli kimiyəm, şam kimi yanıram, təkcə gecələr yox, gündüzlər də yanıram.” Şair ilin yay fəslini Şuşada, qalan fəsilləri Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirirdi. Zakir qaçaq düşmüş qardaşı oğlu Behbud bəy Cavanşiri evində saxladığına görə günahlandırılaraq həbs edilir. Bir il Şuşada saxlandıqdan sonra Bakıya sürgün edilən Zakir dostları Axundzadə, M.Kolubyakin, Qutqaşınlı və Orbelianinin köməyi ilə həbsdən azad olur, ancaq ömrünün sonunadək nəzarət altında yaşayır. Nəzarət altında yaşamaq şairin ömrünün son aylarında fərəhsiz ömür sürməsinin səbəblərindən biridir. Bunlardan biri də onun maddi ehtiyac içində yaşamasıdır.

Qasım bəy Zakirin satiraları əsas etibarilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə olub. Onun satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdayanlardır. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənməyib, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirib.

Qasım bəy Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət və dözümlülük, vəfada möhkəmlik bu hekayələrin bir qismində əsas məzmunu təşkil edir.

Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. O, “Aslan, qurd və çaqqal”, “Dəvə və eşşək”, “Tülkü və qurd”, “Tülkü və şir”, “Xain yoldaşlar haqqında”, “Sədaqətli dostlar haqqında” adlı təmsillərini yazarkən şifahi xalq yaradıcılığında geniş yayılan mövzulardan istifadə edib.

Azərbaycanın görkəmli satirik şairi Qasım bəy Zakir tənqidi realizmin təməl daşını qoyanlardan biri olub. Haqq-ədalət tərəfdarı olan şair daim cəmiyyətdəki eybəcərlikləri tənqid edib, xalqın maariflənməsi üçün əlindən gələni əsirgəməyib. Görkəmli dövlət xadimi Nəriman Nərimanov Qasım bəy Zakir haqqında danışarkən belə deyib: “Zakir “zülmət səltənətində” xalqa bəlanın haradan və kimlərdən gəldiyini görürdü.”

Qasım bəy Zakir xalqın gözünü açmaq, onları maarifləndirmək üçün satiranı ədəbi janrların ən münasibi hesab edib. Onun əsərləri müstəqil ədəbi cərəyana çevrilən satirik şeirin vuran qəlbi və düşünən beyni olub.

Qasım bəy Zakiri satira yazmağa təhrik edən amillər yaşadığı ictimai mühitdə baş verən hərc-mərclik, özbaşınalıq və qanunsuzluqlar idi. Zakir maarifçi satiranın banisi olmaqla da fərqlənirdi. O, xalqını cəhalətdə və zillətdə saxlayanların pozulan əməl və əxlaqına dözə bilmir, satiraları ilə onları ifşa və ittiham edirdi.

Bədii fikir tariximizdə XIX əsr Azərbaycan realizmi özündən əvvəlki əsrlərdəki realizmdən mahiyyət etibarilə fərqlənməklə qalmayıb, mühüm bir mərhələ kimi özünəməxsus yaradıcılıq prinsipləri ilə də seçilib. Bu realizmə “demokratik realizm”, “maarifçi realizm” də deyiblər və hər iki realizmdə müəyyən həqiqətlər var.

Zakirin realizmi qabaqcıl rus demokratik fikri ilə bərabər Qərbi Avropadakı mütərəqqi ideyaların güclü təsiri ilə də fərqlənirdi. Şairin yaradıcılığı bir də onunla seçilirdi ki o, yazdığı realist əsərlərində Azərbaycan həyatının bir çox tipik xüsusiyyətlərini ümumiləşdirməyi bacarıb, eyni zamanda satirik şeirlərin yeni nümunələrini – mənzum məktub, mənzum hekayə və təmsil janrlarını yaradıb. Böyük satirik avam kütlənin gözünü açmaq, onların savadlanmasına yardım etmək məqsədilə yorulmadan çalışıb. O, qələmini süngüyə çevirərək xalqı zülmət səltənətində saxlayan mürtəce qüvvələrə qarşı gülüşün bütün növlərindən – satira, istehza, kinayə və yumordan bacarıqla istifadə edib. Elə buna görə də özünün həyatı zillətdə keçib, düşmənlərinin sayı getdikcə çoxalıb, var-yoxu talan edilib, mülki zorla əlindən alınıb, oğlu və qardaşı oğlu öldürülərək həbsxananın divarları dibində quyulanıb. Ehtiyac içində yaşayan şair dostu M.F.Axundovdan maddi yardım istəyib. M.F.Axundov ona kömək etməklə bərabər, həm də Bakı sürgünündən qurtarıb.

Qasım bəy Zakirin yaradıcılığı maarifçi satiranın inkişafında ayrıca bir mərhələ təşkil edir. Şair öz əsərləri ilə cəmiyyətin sağlam yollarla inkişafına, xüsusilə maariflənməsinə və bu yolla cəhalətdən qurtularaq bəy, məmur özbaşınalığına qarşı çıxmalarına çalışıb. Onun bu istiqamətdə yazdığı satiralar, o cümlədən “Aslan, qurd və çaqqal”, “Tülkü və qurd” təmsilləri, “Dərviş və fəqir” mənzum hekayələri və başqa yazıları 1888-ci ildə Tiflisdə nəşr edilən “Ana dili” dərsliyinə salınıb.

Böyük satirik ictimai və siyasi məsələlərə də açıq gözlə baxıb, hər cür yaraların sağalmasına cəhd edib, məzlumun qanını içənlərə nifrət edib, onlara qənim kəsilb, xalqın nicatını yalnız maariflənməkdə görüb. İctimai haqsızlıqlara qarşı amansız və mübariz olmaq ruhu şairin maarifçi realist və satirik şeirlərinin diqqəti cəlb edən xüsusiyyətlərindəndir. Onun ifşaçı ruhda olan realizmi, kəskin satirası, yaradıcılığında xalq həyatına yaxınlıq, feodal təhkimçi mühitdə kütlənin elmdən uzaq tutulmasına qarşı çıxması, yaşadığı mühitdəki nöqsanlara dərin istehzalı münasibət onu müasirlərindən fərqləndirirdi. Şairin dost tutduğu mütəfəkkir yazıçı M.F.Axundova və eləcə də Axundovun ona olan müsbət təsirini də inkar etmək olmaz. Bu barədə Ə.Mirəhmədovun yazdıqları da çox maraqlıdır: “Bu iki yazıçı arasındakı dostluq onların öz yaradıcılıq inkişafına və ümumiyyətlə, Azərbaycanda maarifçi, realist ədəbiyyatın, demokratik fikirlərin get-gedə güclənməsinə mühüm təsir göstərib.

Görkəmli satirikin xalq qarşısındakı xidmətlərindən biri də odur ki o, M.P.Vaqifdən sonra Azərbaycan dilini daha yüksək pilləyə qaldırmağa çalışan ən böyük sənətkarlardan biri olub. O, dil məsələsinə yaradıcı sənətkar kimi yanaşıb, şeirin, sənətin xalqa xidmətini daim nəzərə alıb. Şair əsərlərini geniş xalq kütlələrinin başa düşdüyü bədii dildə yazıb. Məhz buna görə M.F.Axundov, F.Köçərli, Ə.Haqverdiyev, A.Şaiq və başqaları Azərbaycan dilinin incəliyindən, gözəlliyindən danışarkən Zakirin adını dönə-dönə çəkib.

Ana dili hər bir sənətkarın əlində fikrini və hissini dolğun, düzgün əks etdirmək üçün əsas silahdır. Zakir bu silaha yiyələnib, Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirib. Bədii söz elə deyilməlidir ki, orada sözün mənası da dərinləşsin. Şair belə bir bacarığa malik idi. Onun sadə Azərbaycan dilində yazdığı əsərlərin M.F.Axundovun heyrətinə səbəb olması təsadüfi deyil. O görürdü ki, Vaqifdən sonra şeirdə, sənətdə xalqa meyl güclənir. Xalqa doğru meyilin ən gözəl nümunəsi isə Azərbaycan xalq dilinin şeirdə, sənətdə üstün mövqe tutması idi. F.Köçərli yazırdı: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyi, həyatının mayasıdır. Ana südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir...”

“Açıq və aydın” dildə yazıb-yaradan Qasım bəy Zakirin leksikonunun əsasını və canını ümumxalq sözləri təşkil edir. O, Azərbaycan dilinin ən gözəl xüsusiyyətlərindən, incəliklərindən məharətlə istifadə edib, dildə olan məsələlərdən, idiomatik ifadə və frazeoloji birləşmələrdən, ayrı-ayrı sözlərin xalq dilində işlədilən məna çalarlarından bol, həm də yerli-yerində istifadə edib. Bütün bunlar şairin fikrini zənginləşdirib, sözün təsir gücünü artırıb, həm də onu obrazlı, təbii və sadə edib.

Qasım bəy Zakirin şeirlərində canlı danışıq dilinin bir sıra başqa xüsusiyyətləri də nəzərə çarpır. Məsələn, şair danışıq dilində olan əks mənalı qoşa sözlərdən istifadə edib: eniş-yoxuş, gecə-gündüz, gəl-get, əl-ayaq, alıb-satmaq və s. XIX əsrdə Azərbaycan ədəbiyyatında realizm bir ədəbi məktəb kimi formalaşmağa başlayıb və Zakir də bu ədəbi məktəbin ilk görkəmli nümayəndələrindən biri olub. O, XIX əsr realist ədbiyyatımızın inkişafına müsbət təsir göstərən və ona istiqamət verən maarifçi ziyalılardan olub.

Qasım bəy Zakir öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını mövzu, fikir, ideya cəhətdən zənginləşdirdiyi kimi, janr etibarilə də onu inkişaf etdirib. O, Azərbaycan dilinin bir çox gözəlliklərini şeirə, sənətə gətirib. M.F.Axundovdan sonra realist-demokratik ədəbiyyatımızın görkəmli nümayəndələri də yeri gəldikcə Zakir sənətinə müraciət ediblər. Yəni Qasım bəy Zakir görkəmli bir sənətkar kimi özündən sonrakı realist şeirimizin inkişafına müsbət təsir edib. Bu təsir S.Ə.Şirvani və eləcə də M.Ə.Sabir yaradıcılığında özünü göstərib.

XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Qasım bəy Zakirin ədəbi irsi xalqımızın mədəniyyət xəzinəsinə daxil olub. Onun yaradıcılığı orta və ali məktəb proqramlarında, dərsliklərində geniş yer tutur.

Böyük şair, görkəmli satirik Qasım bəy Zakirin maarifçilik fəaliyyəti sonralar onun xələfləri, o cümlədən dostu M.F.Axundov tərəfindən davam və inkişaf etdirilib. Həmin tarixi şəxsiyyətlərin, görkəmli ziyalıların elm, təhsil, maarifin inkişafı, dilimizin saflığı uğrunda apardıqları mübarizələrin məntiqi nəticəsidir ki, hazırda bu sahədə böyük irəliləyişlərin, inkişafın şahidi oluruq.

Tarixi şəxsiyyət Qasım bəy Zakir 1857-ci ildə dünyasını dəyişib. Şair Mirzə Həsən qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU

professor

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ