Cümə günü, 09 oktyabr 2026
     

Restoranlar mahnı və şeirləri səslənən şair və bəstəkarlara qonorar ödəməli olacaq…

Image


Gülüm Qiyasova: “Mahnı müəlliflərinə qonorar ödənilməsi ilə bağlı qəbul edilən rəsmi qərar hər bir mahnı müəllifi üçün böyük stimuldur”
Baba Vəziroğlu: “Bütün dünyada qayda-qanun belədir ki, mahnılara görə harada gəlir varsa, pul toplanırsa, oradan mahnı müəlliflərinə müəyyən qədər qonorar ödənilməlidir”
Sərdar Fərəcov: “Mən bu işə müsbət yanaşıram və alqışlayıram”

 

Bildiyimiz kimi, son illər bəstəkar və şairlər ifa olunan mahnılarına görə qonorar ala bilmirlər. Müasir bəstəkar və şairlərin əqli mülkiyyəti sayılan musiqili əsərlər şadlıq evlərində, kafe və restoranlarda, barlarda, eləcə də digər ictimai yerlərdə səsləndirilir. Bunun qarşılığında isə hələ də heç bir mahnı müəllifinə qonorar ödənilmir. Bu da təbii ki, bəstəkar və şairləri ciddi narahat edir. Onlar hesab edirlər ki, mahnı müəllifləri olduqları halda, ondan başqaları gəlir əldə etsələr də, onlar 1 manat da olsa pul almırlar.

Məlum olduğu kimi, dəfələrlə mahnı müəlliflərinə qonorar ödənilməsi məsələsi müzakirə olunub və bunun mexanizmləri təklif edilib. Mahnı müəlliflərinin narahatlığına, deyəsən, son qoyulur.

Məlumatlara görə, Nazirlər Kabineti tərəfindən “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” haqda qərara edilən dəyişikliklərdə qeyd edilib ki, şadlıq evləri, kafelər, restoranlar, barlar və digər obyektlərdə ifa olunan musiqilərə görə həmin obyektlərin mülkiyyətçiləri musiqi müəlliflərinə qonorar ödəyəcəklər.

Qeyd edilənə görə, veriləcək qonorar mahnı ifa edən musiqiçilər tərəfindən yox, məhz obyekt sahibləri tərəfindən ödəniləcək. Həmin obyektlər icarəyə verilibsə, məsələ anlaşma yolu ilə olacaq.

Yerli medianın yazdığına görə, restoran və şadlıq evi sahibləri isə heç cür bu qayda ilə razılaşmaq istəmirlər. Onlar qonorarın verilməsini başqa şəkildə ödəməyi planlaşdırırlar. Belə ki, yığılan məbləğ ay sonunda müəlliflər arasında bərabər sayda bölünəcək. Bu işə tətbiq ediləcək nəzarət mexanizminə gəlincə, bu, həmin obyektlərdəki kameralar vasitəsilə həyata keçiriləcək. Müəyyən olunacaq ki, neçə gün ərzində neçə mahnı və kimlərin mahnısı ifa olunub.

Müəllif Hüquqları Agentliyindən isə mətbuata verilən məlumata görə, şair və bəstəkarlara qonorar ödəniləcək. Bildirilir ki, musiqi əsərlərindən istifadəyə görə qonorar yığımı ilə agentlik deyil, “Azərbaycan Müəllifləri” İctimai Birliyi məşğul olur və artıq həmin quruma xəbərdarlıq məktubu göndərilib: “İctimai Birliyin müəllif hüquq subyektlərinə aid olduğunu nəzərə alaraq, məqalədə qeyd edilən məsələ ilə bağlı agentlik tərəfindən İctimai Birliyə xəbərdarlıq məktubu göndərilib və Nazirlər Kabinetinin 1997-ci il tarixli, 38 nömrəli qərarının müddəalarından irəli gələn tələblərin yerinə yetirilməsi, eləcə də əsərlərdən istifadəyə görə qonorar yığılmasının səmərəli şəkildə təmin olunması üçün tədbirlərin görülməsi tapşırılıb”.

Musiqiçi Gülüm Qiyasova bizimlə söhbətində bildirdi ki, mahnı müəlliflərinə qonorar ödənilməsi vacibdir və bu işin qanunla tənzimlənməsi müsbət haldır. Onun sözlərinə görə, Müəllif Hüquqları Agentliyinin hazırladığı təkliflər əsasında Nazirlər Kabinetinin 1997-ci il tarixli, 38 nömrəli qərarına edilən son dəyişikliklərin əsas məqsədi əsərlərdən istifadəyə görə qonorar ödənilməsi mexanizminin təkmilləşdirilməsidir. O qeyd etdi ki, bu qərarda bir sıra məsələlər, o cümlədən restoranlar, kafelər, barlar və şadlıq evlərində musiqili əsərlərdən istifadəyə görə müəlliflərə və hüquq sahiblərinə qonorarın hesablanması, kimin tərəfindən ödənilməsi və ödəniş qaydaları ilə bağlı məsələlər öz həllini tapıb: “Agentlikdən bildirilir ki, qurum tərəfindən cəmiyyətdə əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması üçün aparılan maarifləndirmə işləri çərçivəsində şadlıq sarayları və restoranlar üçün yaddaş kitabçası şəklində təlimat hazırlanıb. Bu çox müsbət haldır. Bilirsiniz ki, son 10-15 ildir müəlliflərə qonorar ödənilmir. Bu da qeyd olunan sahədə müəllif hüquqlarının pozulması ilə nəticələnib. Mahnı, musiqili əsər əqli mülkiyyətdir və bütün dünyada səsləndirilən əsərlərə görə qonorar ödənilir. Əlbəttə, bu, müəlliflərin öz yadıcılıq məhsullarının müqabilində gəlir əldə etməsi, yaşaması deməkdir. Bu gün bəstəkarların çoxu müğənnilərə mahnı sata bilmir, efirlər də mahnı almırlar. Bu da o deməkdir ki, o bəstəkar və şairin gəlir əldə etmək imkanları məhduddur. Ancaq mahnıları səsləndirilərkən onlara qonorar ödənilməsi sənətkarlara yeni yaradıcılıq stimulu verir. Hesab edirəm ki, mahnı müəlliflərinə qonorar ödənilməsi ilə bağlı qəbul edilən rəsmi qərar hər bir mahnı müəllifi üçün böyük stimuldur”.

Əməkdar mədəniyyət xadimi, tanınmış şair, bir sıra mahnı mətnlərinin müəllifi Baba Vəziroğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu olduqca müsbət haldır. Köhnə ənənənin bərpa edilməsini müsbət qarşılayan B.Vəziroğlu qeyd etdi ki, Sovet dövründə və dövlət müstəqilliyimizin ilk illərində müəlliflər yazdıqları mahnılara görə qonorar alıblar, lakin son illər onlara qonorar ödənilmir: “Bu məsələyə münasibətim müsbətdir. Bu, bir növ, mahnı müəlliflərinin halal zəhməthaqqının ödənilməsi deməkdir. Biz Sovet dövründə daha çox qonorar alırdıq, müstəqillik illərində də bir müddət aldıq, sonradan isə ala bilmədik. Bunun səbəblərini bilmədim. Bütün dünyada qayda-qanun belədir ki, mahnılara görə harada gəlir varsa, pul toplanırsa, oradan mahnı müəlliflərinə müəyyən qədər qonorar ödənilməlidir. Mahnının isə müəllifi bəstəkar və şairdir. Müğənni müəllif deyil. Bəzən görürsən ki, müğənnilər deyirlər ki, mahnının müəllifi mənəm. Müğənni var ki, mahnının bəstəsi özünə aiddir, o, qonorarı bəstəkar kimi ala bilər”.

Dünyasını dəyişmiş bəstəkar və şairlərin mahnılarına görə qonorar ödənilməsinin də yollarının olduğunu deyən B.Vəziroğlunun sözlərinə görə, bu qonorarı onların ailə üzvləri, varisləri ala bilər. “Qanunda dünyasını dəyişən mahnı müəlliflərinin də əsərlərinə görə qonorar ödənilməsi məsələsi var. Onların mahnıları səslənərsə, qonorar onların varislərinə, doğmalarına ödənilməlidir. Bu məsələ tam olaraq qanunda əks olunub. Qonorar ödənilməsi ənənəsi həm dünya, həm də Azərbaycan praktikasında var, sadəcə qalır onu reallaşdırmaq, həyata keçirmək. Müəllif Hüquqları Agentliyinin rəhbəri müəllif hüquqları ilə bağlı kamil mütəxəssisdir. Sadəcə, ona imkan verilməlidir ki, müəlliflərə qonorar ödənilməsini reallaşdırsın, müəlliflərin hüquqları pozulmasın. Bu mənada ki, mahnılardan əldə edilən gəlirləri restoranlar və müğənnilər mənimsəməsinlər. Əsərləri yaradan insanlar var, onlar kənarda qalır, ancaq başqaları qazanır. Mən müəllif olaraq öz əsərimi, mahnımı bazara çıxarmışamsa, əqli mülkiyyətimdən özüm də gəlir götürməliyəm. Bəs niyə ondan ancaq müəyyən adamlar bəhrələnməlidir? Mahnıdan gələn gəlirin bir hissəsi müəlliflərə verilməlidir. Məsələn, nə üçün bəstəkar Eldar Mansurov öz əsərindən, mahnısından gəlir əldə etməsin? Eləcə də şair Vahid Əziz nə qədər mahnıya söz yazıb, ancaq mahnılar səslənərkən ona qonorar verilmir. Ancaq bildiyimiz kimi, bu iş qanunla tənzimlənir və mahnı müəllifləri qonorar ala biləcəklər” - deyə B.Vəziroğlu qeyd etdi.

Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov da hesab edir ki, mahnı müəlliflərinə qonorar ödənilməsi ilə bağlı qərar olduqca müsbət bir hadisədir: “Bilirsiniz ki, bəstəkar və şair mahnı müəllifləri olduqları üçün onlara qonorar ödənilməlidir. Ancaq bizlər müəyyən yerlərdə mahnılarımız səslənərkən qonorar ala bilmirdik. Ancaq indi mahnılara görə bəstəkar və şairlərə qonorar ödəniləcək. Mən bu işə müsbət yanaşıram və alqışlayıram”. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ