Cümə günü, 09 oktyabr 2026
     

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nəzdində Kino İnkişaf Mərkəzi necə dönüş yaradacaq…

Image


Yusif Şeyxov: “Hesab edirəm ki, bu mərkəz filmlərin daha geniş səviyyədə nümayiş olunmasını həyata keçirəcək”
Zülfiyyə Eldarqızı: “Bu mərkəz zərurətdən yaranıb”
Cavid Təvəkkül: “Belə bir mərkəzin yaradılması çox yaxşı haldır”

 

Son illər ardıcıl olaraq filmlər çəkilsə də, onların təbliği, yayımı istiqamətində davamlı işlər həyata keçirilməyib. Məlum olduğu kimi, Azərbaycanda çəkilən filmlərin nümayişi paytaxtın bir neçə kinoteatrında, iri ticarət mərkəzlərindəki kino zallarında həyata keçirilir. Bakıətrafı kənd və qəsəbələrdə isə tamaşaçılara nə yerli, nə də xarici filmlər təqdim edilir.

Bakı kənd və qəsəbələrində vaxtilə fəaliyyət göstərən klubların əksəriyyəti öz fəaliyyətini dayandırdığı üçün, burada film nümayişi sahəsində ciddi problemlər var. Onu da vurğulayaq ki, yerli kanallarda son illər çəkilən bədii filmlərin də, demək olar ki, hamısı nümayiş etdirilmir. Tamaşaçı və kino arasındakı əlaqələrin bərpası istiqamətində son dövrlər dövlət tərəfindən müxtəlif işlər həyata keçirilir. Bu istiqamətdə görülən işlər genişmiqyaslı olmasa da, hər halda problemin aradan qaldırılmasına yardımçı olur.

Aprelin 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin müvafiq əmrinə əsasən yaradılan Kino İnkişaf Mərkəzi kino yayımı, kinoteatrların açılması və s. məsələləri həll edəcək.

İdarədən mətbuata verilən məlumata görə, yeni yaranan qurum Bakı şəhər və ətraf qəsəbələrdə mədəniyyət müəssisələrində yeni kinoteatrların yaradılması və onların işinin təkmilləşdirilməsi ilə məşğul olacaq.

Mərkəz Azərbaycan mədəniyyətini və incəsənətini daha geniş kütləyə çatdırmaq, həm də bu sahədə çalışan insanların yaradıcılıq potensialının üzə çıxarılmasına köməklik göstərmək, kinoteatrlarda insanların xarici və yerli, Azərbaycan reallıqlarını əks etdirən, milli qəhrəmanların həyatından bəhs edən, vətənpərvərlik mövzusunda olan kinofilmlərə marağını artırmaq məqsədilə yaradılıb.

Yeni mərkəzdə müasir filmlərin premyeraları, nümayişlər, müzakirələr, diskussiyalar, yaradıcı insanlarla, aktyor və rejissorlarla görüşlərin keçirilməsi nəzərdə tutulub.

Yeni yaradılan dövlət qurumunun kinonun gələcəyi üçün önəmli işlər görəcəyini düşünən kinoşünaslar bildirirlər ki, bu sahədə kifayət qədər çətinlik var və qayğıları mərkəz həll etmək iqtidarındadır. Kinoşünaslar qeyd edirlər ki, son illər Azərbaycan tamaşaçısının çox az bir qismi xarici filmləri kinoteatrlarda, kütləvi yayım məkanlarında izləyib. Bakı kənd və qəsəbələrinin yeni kinoteatrlarla, kino zalları ilə təmin edilməsinin vacib olduğunu düşünən kinoşünasların fikrincə, yeni yaradılacaq kinoteatrlar, bu sahədə görüləcək işlər böyük perspektiv vəd edir. Onların qənaətinə görə, bu gün rayonlarda fəaliyyət göstərən mədəniyyət idarələri, adidiyyəti regional qurumlar da yerlərdə kinoteatrların açılmasına təşəbbüs göstərməli və Azərbaycan filmləri ilə yanaşı, xarici filmləri də yaymaqda maraqlı olmalıdırlar.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı bizimlə söhbətində yeni yaradılan mərkəzin gələcəkdə böyük işlər görəcəyinə ümid edir. O qeyd etdi ki, bu mərkəz hələ bir neçə il əvvəl yaransaydı, mövcud problemlər aradan qalxardı. Onun dediyinə görə, bu qurum kino yayımı sahəsindəki çətinliklərin aradan qaldırılmasına dəstək olacaq. Z.Eldarqızının sözlərinə görə, bu gün Azərbaycanda kinoprokatın olmaması kino yayımının qarşısına sədd çəkən amillərdən biridir: “Hesab edirəm ki, yeni yaradılan mərkəz özünü doğruldacaq. Bilirsiniz ki, bu sahədə çətinliklər çoxdur və bu çətinliklərin də aradan qaldırılması böyük zəhmət tələb edir. Kino İnkişaf Mərkəzi dövlət tərəfindən yaradılan qurum olduğu üçün, kino sahəsinə daha ciddi və məsuliyyətlə yanaşacaq. Vaxtilə Bakı kəndləri və qəsəbələrində klublar fəaliyyət göstərirdi və sakinlər klublara gedərək Azərbaycan və keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarında istehsal edilən filmlərə tamaşa edirdilər. Hətta Sovet hökumətinin müvafiq dövlətlərdən alıb gətirdiyi filmlər də o kinoteatrlarda göstərilirdi. Ancaq son 20-25 ildir Bakı kənd və qəsəbələrində klublar fəaliyyət göstərmir. Bu da tamaşaçı və kino arasındakı əlaqələrin qırılmasına gətirib çıxardı. Bu gün isə düşünürəm ki, yeni yaradılan mərkəz mövcud problemlərin köklü həllini həyata keçirəcək. Çünki bu mərkəz zərurətdən yaranıb və onun yaranmasına çoxdan ehtiyac vardı”.

Mədəniyyət Nazirliyinin kino sektorunun müdiri Yusif Şeyxov da “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Kino İnkişaf Mərkəzinin yaradılması olduqca müsbət hadisədir. Y.Şeyxovun sözlərinə görə, mərkəz bu sahədə fəaliyyət göstərməklə problemin aradan qaldırılmasına təkan verəcək: “Bakıda və Bakıətrafı qəsəbələr, kəndlərdəki mədəniyyət evlərində klublar fəaliyyət göstərir. Həmin klublar müasir kino avadanlıqları ilə təchiz olunublar. Lakin burada kino nümayişi havadan asılı vəziyyətdə idi. İndi onun aradan qaldırılması sahəsində yaradılan mərkəzin fəaliyyətə başlaması təqdirəlayidir. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin müvafiq əmrinə əsasən yaradılan Kino İnkişaf Mərkəzi müsbət işlər gösrəcək. Son illər Azərbaycan kinosunun tarixində heç vaxt olmadığı qədər filmlər çəkilir. Bu gün dövlət və özəl kino şirkətləri tərəfindən komediyalar, melodramlar istehsal edilir. O filmləri Bakıdakı bir neçə kinoteatrda göstərməklə kifayətlənmək yəqin ki, düzgün olmazdı. Belə imkan varsa, ondan niyə istifadə edilməsin? Hesab edirəm ki, bu mərkəz filmlərin daha geniş səviyyədə nümayiş olunmasını həyata keçirəcək”.

Kinorejissor və kinossenarist Cavid Təvəkkül də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin müvafiq əmrinə əsasən yaradılan Kino İnkişaf Mərkəzinin gələcəkdə böyük işlər görəcəyinə ümid etdiyini deyir. C.Təvəkkülün sözlərinə görə, hazırda kino yayımı sahəsində mövcud olan boşluğu bu mərkəz doldura bilər: “Belə bir mərkəzin yaradılması çox yaxşı haldır. Dövlətin bu sahəyə dəstək verməsi olduqca müsbət bir işdir. Bakı qəsəbə və kəndlərində kinoteatrların açılması ilə bağlı görüləcək işlərin müsbət nəticə verəcəyinə inanıram. Düşünürəm ki, regionlarda fəaliyyət göstərən müvafiq şöbələrdə də belə mərkəzlər yaradılmalıdır. Çünki rayonlarda da kinonun təbliğinə böyük ehtiyac var. Bir neçə istisnanı nəzərə almasaq, demək olar ki, rayonlarda kino mərkəzləri yoxdur. Xarici və yerli filmlərin bölgələrdə də nümayişi vacibdir. Bu həm də ona görə vacibdir ki, kənd və qəsəbələrdə yaşayan gənclər, yeniyetmələr o filmlərə baxıb kinoya gəlsinlər”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ