Cümə günü, 09 oktyabr 2026
     

Dünyada ilk elektron xalça çeşniləri Azərbaycanda...

Image


Tural Səfərov: “Elektron çeşnilərin hazırlanması xalçaçılıq sahəsinin genişləndirilməsi ilə bağlıdır”
Kübra Əliyeva: “Elektron xalça çeşnilərinin hazırlanması olduqca əhəmiyyətli bir işdir”

 

Azərbaycan dövləti tərəfindən xalçaçılığın inkişafı üçün bir sıra tədbirlər həyata keçirilir. Bu gün ölkəmizdə xalçaçılıq sənayesinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində respublikamızın ayrı-ayrı yerlərində yeni xalça sexləri, zavodları açılıb və bir neçəsinin də açılacağı planlaşdırılır.

Dünyada ilk dəfə Azərbaycanda “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən elektron xalça çeşniləri hazırlanır. Bu barədə “Azərxalça” ASC-nin mətbuat xidməti məlumat yayıb.

“Azərxalça” ASC-nin mətbuat xidmətinin rəhbəri Tural Səfərov “Bakı-Xəbər”ə bildirdi ki, xalça çeşidlərinin elektronlaşmasının bu sahənin inkişafında əhəmiyyətli rolu olacaq. T.Səfərovun sözlərinə görə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tarixi və orijinal Azərbaycan xalçalarının istehsalı uğurla davam etdirilir: “Dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin elektron variantının hazırlanması ilk dəfə olaraq məhz ölkəmizdə həyata keçirilir. Xalçaçı-rəssamlar tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılır. Daha çox dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir. Hər bir çeşni özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. Çeşni kağızı üzərində xalçanın ölçüləri, sıxlığı, arğac və əriş iplərinin sayı, həmçinin, istifadə olunan rənglər haqqında məlumat verilir”.

T.Səfərovun verdiyi məlumata görə, indiyədək 600-dən çox xalça çeşnisi hazırlanıb və onların əsasında ASC-nin Füzuli, Şəmkir, Quba, Ağdam, İsmayıllı, Qəbələ, Xaçmaz, Tovuz, Ağstafa və Qazax filiallarında xalçalar toxunub.

T.Səfərov qeyd etdi ki, elektron xalça çeşniləri bəzi bədii-texniki xüsusiyyətlərə də malikdirlər. “Məsələn, bir bölgəyə aid bir neçə klassik xalça əsasında yeni çeşnilərin hazırlanması daha mükəmməl və bədii-estetik keyfiyyətləri ilə seçilən sənət əsərləri yaradılmasına səbəb olur. Qədim çeşnilərdən istifadə olunaraq toxunan bəzi xalçalarda haşiyə zolaqları və fon rəngləri dəyişdirilir ki, bu da xalçanın daha gözəl görünüşə malik olmasına imkan verir” - deyə bildirən müsahibimizin sözlərinə görə, çeşni xalçanın layihəsi, kağız üzərində eskizidir. O qeyd etdi ki, tarixən Azərbaycan qadınları xalçaları eskizsiz, genetik yaddaş əsasında, bir-birindən öyrənərək və əlavələr edərək toxuyublar: “Azərbaycan xalçalarının bədii cəhətdən bu qədər zənginliyi də məhz onun fərdi və orijinal yaradıcılıq məhsulu olmasının nəticəsidir. XX əsrin əvvəllərindən etibarən elmi-texniki tərəqqi xalçaçılığa da öz təsirini göstərib, qədim xalça kompozisiyaları xalçaçı-rəssamlar tərəfindən damalı kağızlar üzərinə köçürülüb”.

Xalçaçılıqla bağlı Dövlət Proqramının qəbul edildiyini xatırladan T.Səfərovun sözlərinə görə, bu da bu sahənin daha geniş səviyyədə inkişafına stimul verir. O bildirdi ki, tarixi xalça çeşnilərinin yenidən bərpa edilməsi mühüm bir işdir və tarixə, ənənələrə qayıdışdır: “Bilirsiniz ki, əvvəllər xalça çeşnilərini rəssamlar əllə çəkirdilər və o çeşnini də ancaq bir nəfər toxuya bilirdi. Ancaq indi elektron variantda xalça çeşnilərinin hazırlanması bizə imkan verir ki, bu çeşnilərin surəti çıxarılaraq onlarla xalçaçıya paylansın və onun əsasında xalçalar toxunsun. Artıq Azərbaycanın on bölgəsində “Azərxalça”nın filialları fəaliyyətə başlayıb. On bölgədə isə xalça fabriklərinin tikintisinə start verilib. Artıq 5 yerdə yun və boyaq bitkilərinin qəbulu məntəqələri də tikilir. Elektron çeşnilərin hazırlanması xalçaçılıq sahəsinin genişləndirilməsi ilə bağlıdır. Qədim xalçalara qayıdış kökümüzə, tariximizə qayıdışdır. Bu gün Qarabağ, Quba, Naxçıvan və digər bölgələrimizə aid xalçalar bu çeşnilər əsasında toxunulur. Elektron xalça çeşniləri ilk dəfə Azərbaycanda hazırlanıb. Bu çeşnilər kompyuterdən çıxır və xüsusi avadanlıqda çıxır və sexlərə verilir”.

Bu təcrübədən digər xalça istehsalı ilə məşğul olan dövlətlərin də yararlanacağına şübhə etməyən T.Səfərov hesab edir ki, bu gün ən vacib məsələlərdən biri Azərbaycan xalçasının dünyada təbliği ilə bağlıdır. Yeni çeşni formatının hazırlanmasının ermənilərin bizim xalçalara qarşı həyata keçirdikləri plagiatlığın da qarşısının alınmasında rol oynayacağını gizlətməyən T.Səfərovun sözlərinə görə, buna da nail olmaq mümkün olacaq.

Xalça istehsalının genişləndirməyin ən böyük məqsəd olduğunu vurğulayan müsahibimizin dediyinə görə, Qarabağ xalçalarının çeşniləri əsasında xalçalar toxunaraq dünya bazarına ixrac olunur: “Artıq bunun özü də bir nəticədir. Bu xalçalar Azərbaycan brendidir. Qarabağ xalçalarının çeşniləri əsasında xalçaların istehsal edilərək dünyaya ixrac edilməsi həm də beynəlxalq aləmə bir mesajdır ki, xalça bizimdir, bizim mədəniyyətimizə aid dəyərdir. “Azərxalça” cənab Prezidentin sərəncamı ilə yaradılan bir qurumdur. Bizim məqsədimiz xalçaları dünya bazarına çıxarmaqla həm müəyyən qədər gəlir əldə etmək, həm də xalçalarımızı təbliğ etməkdir. Ancaq əsas işimiz isə xalçalarımızı təbliğ etmək və onu mədəniyyətimizin vacib tərkib hissəsi kimi beynəlxalq aləmə təqdim etməkdir”.

Tanınmış xalçaşünas-alim, professor Kübra Əliyeva da bizimlə söhbətində elektron xalça çeşnilərinin hazırlanmasının böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Onun sözlərinə görə, elektron xalça çeşnilərinin mövcud olması xalçaçıların işini yüngülləşdirəcək: “Mən bu işi təqdir edirəm. Elektron xalça çeşnilərinin hazırlanması olduqca əhəmiyyətli bir işdir. Ümumiyyətlə, əvvəllər maşın xalçaları üçün çeşnilər hazırlanırdı və o çeşnilər xalça fabriklərinə göndərilirdi. Bu gün isə bu işə daha mütərəqqi, müasir münasibət var. İlk dəfədir ki, elektron xalça çeşidləri hazırlanıb.

Bu gün xalça sexlərinin açılması, xalçaçılığın inkişaf etdirilməsi də çox müsbət haldır. Bu gün Azərbaycan qadınları üçün yeni iş yerləri açılır. Xalça sexləri, fabrik və zavodları nə qədər çox olsa, bir o qədər yaxşıdır və bu daha çox sayda qadının işlə təmin edilməsi deməkdir”.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ