Cümə günü, 09 oktyabr 2026
     

Avropa Tolerantlıq Festivalı üçün də məkan kimi Bakı şəhəri seçildi...

Image


Elçin Mirzəbəyli: “Avropa İttifaqının xətti ilə Avropa Tolerantlıq Festivalının Azərbaycanda keçirilməsi çox önəmlidir və həm də özündə çox mühüm mesajları daşıyır”
Əkbər Qoşalı: “...bir neçə baxımdan qiymətlidir”
Aydın Xan Əbilov: “Bu festival həm də ona görə əhəmiyyətlidir ki, bu qurum Azərbaycandakı mövcud tolerantlıq ənənəsini, mühitini qəbul edir”

 

Tarixən tolerantlıq Azərbaycan xalqına xas olan xüsusiyyət olub və bu gün də o ənənə uğurla davam etdirilir. Dünya üçün tolerantlıq nümunəsi olan Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı bir ölkə imici qazanıb. Məlumdur ki, ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların minillərlə əminamanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu var.

Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir.

Bu gün birmənalı olaraq deyə bilərik ki, Azərbaycan həm region, həm də dünya dövlətləri üçün tolerantlıq nümunəsi rolunu oynayır.

Elə bunun nəticəsidir ki, mütəmadi olaraq Azərbaycanda tolerantlıqla bağlı tədbirlər, forumlar, görüşlər keçirilir.

Bu ilin oktyabr ayının 12-də Bakıda Avropa Tolerantlıq Festivalı keçiriləcək. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü ilə reallaşacaq festivalın oktyabrın 20-dək davam edəcəyi bildirilir. Bu barədə Azərbaycan mediasına Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Qeyd edilənə görə, festival çərçivəsində tanınmış mədəniyyət və incəsənət xadimlərinin çıxışı, debatlar, müzakirələr, həmçinin, Avropa tolerantlığı barədə 15 sənədli filmin nümayişi və bir sıra fotosərginin təşkili nəzərdə tutulur.

Festival Avropa İttifaqının əsasını qoyan Roma Sazişinin imzalanmasının 60 illiyi münasibətilə təşkil olunacaq.

Bakıda keçirləcək Avropa Tolerantlıq Festivalının əhəmiyyətini qeyd edən ekspertlər bildirirlər ki, bu festivala ev sahibi kimi paytaxtımızın seçilməsi təsadüfi deyil. Tolerantlığın Azərbaycan modeli dünyanın bütün dövlətləri üçün bir örnəkdir. Bu festivalın paytaxtımızda keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli hesab edir ki, bu gün Azərbaycan tolerantlığın gerçək ünvanıdır: “Azərbaycan beynəlxalq aləmdə tolerantlıq və mədəniyyətlərarası dialoqun mərkəzi kimi qəbul edilib, tanınıb. Məhz Avropa İttifaqının xətti ilə təşkil edilən Avropa Tolerantlıq Festivalının Azərbaycanda keçirilməsi çox önəmlidir və həm də özündə çox mühüm mesajları daşıyır. Ölkəmiz bir çox faktorlara görə bu gün dünyaya nümunə ola bilər. Bizdəki mövcud dini konfessiyaların birgəyaşayışının nümunələri islamafobiyadan, ksenofobiyadan əziyyət çəkən inkişaf etmiş bir çox ölkə üçün örnəkdir. Azərbaycan xalqının daşıdığı dəyərlər təqdirəlayiqdir. Xalqımız uzun illər boyu qonşularla münasibətdə liberal yanaşma tərzi ortaya qoyub. Azərbaycanda bütün dini konfessiyaların birgə yaşaması və həmrəylik nümayiş etdirməsi bugünkü dünya üçün çox önəmli modeldir. Bu aspektdən hesab edirəm ki, dünyanın Azərbaycandan öyrənməli olduğu çox şey var”.

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı da bu tədbirin mühüm əhəmiyyətini qeyd edir: “Respublikamız son illər ardıcıl olaraq festival, simpozium, konfrans, yarışma və başqa formatlı uluslararası tədbirlərə evsahibliyi edir. Deyə bilərik ki, bu sahədə qazanılmış təcrübə artıq Azərbaycan modelini, Azərbaycan örnəyini, xalqımızın qonaqpərvərliyindən, istiqanlılığından irəli gələn Azərbaycan fərqini bütün dünyaya göstərib.

Paytaxt Bakıda Avropa İttiqafının xətti ilə növbəti belə tədbirin – Tolerantlıq Festivalının keçiriləcəyi xəbəri də bir neçə baxımdan qiymətlidir. Deməli, təşkilatçılar tədbirlərin təşkilində Azərbaycan örnəyinin fərqindədirlər; ikincisi, bu festival prezident seçkilərindən sonra keçiriləcək ilk uluslararası tədbirlərdən biri olması etibarilə diqqətçəkicidir; üçüncüsü, festival, bildiyim qədəri ilə, ayrı-ayrı sənət, peşə sahələri və o sənət, peşənin sahibləri arasında işbirliyi ortamında keçirilməklə, maraqlı, zövqlü sənət şəkillənməsi, incəsənət yeniliyi yaradacaq; dördüncüsü, respublikamıza gələcək xarici qonaqlar, yaxud Bakıda akkreditasiya olunmuş bir sıra diplomatik korpus təmsilçiləri özünəməxsus formatda təşkil olunacaq festivalla yeni biliklər əldə edəcək, yeni tanışlıqlar qazanacaq, bununla da, necə deyərlər, üzərində Bakı yazılan yeni əlaqələr qurulacaq; beşincisi, tədbirin təşkilinə cəlb olunacaq, iştirak edəcək vətəndaşlarımız özləri də yeni təcrübələr əldə edəcəklər; altıncısı, iş dünyası ilə sənət dünyası ortaq hərəkət edəcəklər; debat, nümayiş, müsabiqə, sərgi və başqa formalarda müzakirə, yaxud tanışlıq imkanları yaranacaq; sosial və mədəni məsələlərə müəyyən yeni yanaşma gerçəkliyi yoxlanılmış olacaq; bir sıra incəsənət sahəsi üzrə istedadlar üzə çıxacaq, yeni təqdimatlar olacaq, incəsənət aləmimiz bu vəsilə ilə də canlanacaq; yeddincisi, mövzusundan, qayəsindən asılı olmayaraq, respublikamızda düzənlənən hər uluslararası tədbir kimi, bu festivalla da Azərbaycan həqiqətlərinin yeni ünvanlar qazanacağına ümid edirəm.

Təqdir edərsiz ki, bu siyahını uzatmaq mümkündür. Ancaq sadalananlar da belə bir festival üçün yetərlidir. Üstəlik, festivalın mövzusu tolerantlıqdır. Bu festival 20 faizə yaxın ərazisi qeyri-tolerant, dinc yanaşı yaşamaq vərdişlərinə yiyələnə bilməmiş düşmən tərəfindən işğal edilmiş bir ölkədə baş tutur. O ölkədə ki, ərazisində qərinələr, əsrlər boyu ayrı-ayrı xalqların, dinlərin nümayəndələri qardaşca yaşadğı halda, işğalçı Ermənistanda bu gün əhalinin yüzdə 99 faizə yaxını yalnız hayların özündən ibarətdir... Elə bilirəm bu faktın özü də çox şey deyir”.

Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, kulturoloq Aydın Xan Əbilov da Avropa Tolerantlıq Festivalının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd etdi. Onun sözlərinə görə, bu festivalın ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki imicini daha parlaq göstərəcək: “Bilirsiniz ki, son dövrlər Azərbaycan dünyanın beyin mərkəzlərindən birinə çevrilib. Dünyanı, beynəlxalq aləmi, beynəlxalq təşkilatları düşündürən bir çox müxtəlif tədbirlərin, festivalların keçirildiyi ölkə olan Azərbaycan gerçək bir tolerantlıq məkanıdır. Azərbaycan həm də müxtəlif konfessiyaların, mədəniyyətlərin qovuşduğu bir sərhəd olaraq tanınır. Ölkə başçısı İlham Əliyevin multikulturalizm və tolerantlıqla bağlı gördüyü işlərin nərticəsidir ki, ölkəmizdə bu səpkili festivallar, forumlar, tədbirlər keçirilir. Avropa İttifaqının xətti ilə Bakıda keçirilən bu festival həm də ona görə əhəmiyyətlidir ki, bu qurum Azərbaycandakı mövcud tolerantlıq ənənəsini, mühitini qəbul edir və Azərbaycanı tolerantlığın dünya boyu yayılmasında rolu olan əsas tərəfdaşlarından biri hesab edir. Bu olduqca müsbət qarşılanmalıdır. Azərbaycan həm Şərq, həm Qərb ölkəsidir, həm də Avropa və Asiyaya aid olan bir məkan sayılır. Burada müxtəlif dinlər, müxtəlif mədəni və etnik qruplar birləşir. Eyni zamanda, Azərbaycan Şərqdə və Qərbdə böyük nüfuza malikdir. Dövlətimiz həm də xristianlıq mühitində, daha dəqiq desək, katoliklərlə pravoslavlar arasında mövcud olan münaqişələrdə vasitəçi rolunu oynayıb. Yəni Azərbaycan özünün bir sıra uğurlu missiyaları ilə tanınır. Bu baxımdan da Avropa Tolerantlıq Festivalının Bakıda keçirilməsi çox əhəmiyyətli hadisədir”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ