Cümə günü, 09 oktyabr 2026
     

Teatrlarda rol bölgüsü problemi ətrafında mübahisələr böyüyür...

Image


Cavid Zeynallı: “Rol bölgüsündə şəxsi maraqlar əsas götürülərsə, tamaşanın keyfiyyəti sual altında qalar”
Lalə Ələkbərova: “Günün reallığı budur, tamaşalarda rol bölgüsündə aktyor gəlib öz adını siyahıda görürsə, bir az əhvalı pozulur ki, mənim serial, digər film çəkilişim var”  

 

Teatrlarda rol bölgüsü zamanı baş verən neqativ hallarla bağlı qəzetimizin keçən sayında geniş yazı dərc etmişik. Ekspert fikri ilə cilalanan araşdırma səpkili yazı bir sıra aktyor və aktrisaların yarasına dərman olub desək yanılmarıq. Sənətkarlar bildirirlər ki, teatrlarda ədalətsiz rol bölgüsü məsələsi baş rolları oynamaqdan məhrum edilən sənətkarları ciddi narahat edir.

Qeyd edək ki, son 10-15 ildə teatrlada mövcud olan ədalətsiz rol bölgüsü saysız aktyor və aktisa ilə teatr rəhbərliyi, eləcə də quruluşçu rejissorlar arasında ciddi qarşıdurmalara səbəb olur. Bəzən teatr rəhbərləri deyirlər ki, aktyorlar seriallarda, filmlərdə, reklam çarxlarında çəkildikləri və şou proqramlarda, verilişlərdə aparıcılıq, toylarda tamadalıq etdikləri üçün vaxtlı-vaxtında məşqlərə gəlmirlər, bu da onların rollardan kənarda qalmasına səbəb olur. Yəni teatrlar bir sıra hallarda mövcud problemin aktyorlar və aktrisaların teatra məsuliyyətsiz yanaşması üzündən baş verdiyini vurğulayırlar. Ümumiyyətlə, bu məsələdə qarşılıqlı ittihamlar səhnəsi yaranıb və heç kəs “öz ayranına turş” demək istəmir. Diqqətçəkən əsas məsələ odur ki, bəzi aktyor və aktrisalar rol bölgüsündən narazıdırlar, onların narazılığı isə həll edilməmiş qalır.

Qeyd edək ki, xeyli müddət əvvəl Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Məhərrəm Musayev yerli mətbuata müsahibəsində çalışdığı teatrda ədalətsiz rol bölgüsünün mövcudluğunu önə çəkir, yaşlı sənətkarlara rol verilmədiyini vurğulayırdı: ”...Yaşlı aktyorların heç biri rol almır. Yalnız danışan, deyinən sənətkarlara başlarını qatmaq üçün xırda rol verirlər. Onlara görə teatr əsər götürmür. Həmin aktyorlarla işləmək istəyən yoxdur. Ya yaşlı nəslin nümayəndələri ilə işləmək bunlara sərf etmir, ya da bizimlə işləməkdən qorxurlar. Odur ki, mən onlardan soruşuram: əgər qurduğunuz tamaşalar əladırsa, niyə o tamaşalara bilet alan yoxdur?

Deməli, siz heç nə edə bilmirsiniz. Sadəcə, başınızı girləyirsiniz. 500 manat mükafatı da tanışlarına, dostlarına verirlər. Biz irad bildirdikdə isə "Sizin teatrda rolunuz azdır”,- deyib bəhanə gətirirlər. Sonra da deyirlər ki, fəxri ad almamısınız deyə sizə mükafat düşmür. Fəxri ad alanlar insandır, almayanlar yox? Fəxri adı siz verirsiniz də... Ad almamaq mənim günahım deyil ki...”.

O, həmçinin, vurğulayıb ki, haqqını tələb edən aktyora qarşı teatrlarda aqressiv münasibət sərgilənir.

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının baş rejissoru, tanımış teatr xadimi Bəhram Osmanov isə mətbuata açıqlamasında rol bölgüsü zamanı yaşanan hallarla bağlı deyilənləri təkzib edib. O vurğulayıb ki, rol bölgüsü zamanı heç bir şəxsi maraq, tanışlıq və digər məsələlər əsas götürülmür, burada əsas meyar sənətdir: “…Biz çox zaman deyirik ki, yaxşı sənət adamı guya yaxşı adam ola bilmir. Yaxşı adam və ya yaxşı sənət adamı olmaq da subyektivdir. Bu söz-söhbətlərdə həm də inam məsələsi var. Daim eyni adamla işləməklə məşğulluq itib gedir. Amma bir şey var ki, eksperimentə getməyi bacaran və bacarmayan, daim öz ştamplarında qalmaq istəyən və istəməyən aktyor var. Mən o aktyorları sevirəm ki, onlar eksperimentə getməyi sevsinlər. Hər bir tamaşa yeni oyun üslubu tələb edir. Onlara elə gəlir ki, bəzi rejissorlar daim eyni adamla işləyir. Buna baxmayaraq, hər bir rejissorun özünün daha çox inandığı, teatrı quran aktyorlar var, bir də var onların ətrafında fırlananlar. Bu, çox ağrılı məsələdir, heç kəs öz ayranına turş demir. Amma heç kimə ixtiyar verilməyib ki, dövlətin ayırdığı maddi vəsaiti kiminsə ambisiyasına qurban verib zəif tamaşa hazırlasın”.

Qeyd edək ki, bəzi yaşlı aktyorlar rejissorun fikrinin əksini deyirlər. Bu teatrın tanınmış aktyorlarından biri - Vahid Əliyev də dəfələrlə müsahibələrində teatrda rol bölgüsünün ədalətsiz aparıldığını deyib. Hətta sənətkar buna görə rejissorların qınağına da məruz qalıb.

Teatrlarda rol bölgüsü hansı şərtlər əsasında aparılır? Mövzu ilə əlaqədar teatrların özlərinə müraciət etdik. Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, təmsil etdiyi teatrda rol bölgüsü ədalətlə aparılır: “Teatrda rol bölgüsü aparmaq rejissorun səlahiyyətində olan məsələdir. Quruluşçu rejissor hazırlamaq istədiyi tamaşada düşündüyü konsepsiyaya, nəzərdə tutduğu üsluba uyğun olaraq heyəti müəyyənləşdirir. Tamaşanın müəllifi rejissordursa, təbii ki, rol bölgüsünə də o cavabdehdir. Heç bir rejissor rol bölgüsünü qeyri-məntiqi, səhv aparıb öz yaradıcı işinə kölgə salmaq istəməz. Ona görə də məhz layiq bildiyi aktyor və aktrisanı baş rola seçir ki, səhnə əsəri uğurlu qarşılansın. Mən Akademik Milli Dram Teatrında çalışdığım müddətdə baş rolla bağlı hər hansı mübahisəli məqamın olduğunu xatırlamıram. Ümumən yaradıcı mühitdə mübahisə və müzakirənin olması normaldır, amma bunun məhz baş rol bölgüsünə görə olması faktı ilə qarşılaşmamışam. Son iki ildə Akademik Milli Dram Teatrında “Ölülər”, Almaz”, “Qətibə İnanc”, “Cəhənnəm sakinləri”, “Şah Qacar”, “Qəribə, çox qəribə əhvalat”, “Bir, iki, bizimki” və başqa tamaşalar təqdim olunub. Bütün bu tamaşalarda tamaşa müəllifi hansı aktyoru hansı rola uyğun bilibsə, həmin aktyor da məmnuniyyətlə qəbul edib, səhnədə uğurla çıxış edib”.

C.Zeynallı, həmçinin, qeyd etdi ki, bu məsələdə şəxsi münasibətlər heç bir rol oynamır: “Rol bölgüsündə şəxsi maraqlar əsas götürülərsə, tamaşanın keyfiyyəti sual altında qalar. Bu da rejissorun səhnə taleyinə kölgə salar. Yəqin ki, heç bir yaradıcı insan bunu özü üçün arzu etməz”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Lalə Ələkbərova isə bizimlə söhbətində bildirdi ki, təmsil etdiyi teatrda çalışan aktyorların rol bölgüsü ilə bağlı narazılıq etməsi inandırıcı deyil: “Əslində, inanmıram ki, bizim teatrdan narazılıq edən olsun. Ümumiyyətlə, digər teatrlarda da bu halın olmasına inanmıram. Bilirsiniz niyə? Günün reallığı budur, tamaşaya rol bölgüsündə aktyor gəlib öz adını siyahıda görürsə, bir az əhvalı pozulur ki, mənim serial, digər film çəkilişim var”.  

Qeyd edək ki, yazıda ölkənin iki böyük teatrının mövqeyini işıqlandıra bildik, o biri teatrlardan mövzuya münasibət öyrənə bilmədik. Reallıq budur ki, qeyd edilən problemlər bütün teatrlarda mövcuddur.

Mövzunu diqqətdə saxlayacağıq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ