Cümə günü, 09 oktyabr 2026
     

Ermənilər Nizami Gəncəvinin Şirinini də erməniləşdirdilər...

Image


Nüşabə Araslı: “Nizamişünaslar tərəfindən birmənalı olaraq təsdiq edilib ki, Şirin erməni deyil, Azərbaycan qızıdır”
“Məhinbanu Şirinə nəsihət verərək deyir ki, sən türk qızısan...”

 

Ermənilərin Azərbaycan xalqının mədəni dəyərlərinə, mədəniyyət və incəsənət nümunələrinə sahiblənmək cəhdləri artıq bütün dünyaya məlumdur. Onlar bununla kifayətlənməyib ədəbiyyat-poeziya qəhrəmanlarımızı da erməniləşdirmək cəhdində bulunurlar.

Dahi Nizami Gəncəvinin 1180-ci ildə fars dilində yazdığı və Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə ithaf etdiyi “Xosrov və Şirin” poeması poeziyamızın nadir incilərindən olmaqla yanaşı, həm də bəşəriyyətin poeziya xəzinəsini bəzəyən qiymətli bir sərvətdir.

Ermənilər son zamanlar “Xosrov və Şirin” əsərinin qəhrəmanı Şirini erməniləşdirməyə cəhd edirlər. Onlar əsassız olaraq iddia edirlər ki, guya Şirin erməni qızıdır. Hətta bu barədə ermənilərin sonradan düzəltdikləri “mənbə”lərdə bildirilir.

Erməni mənbələrində yazılır ki, Şirinin adı ilk dəfə VII əsrdə yaşayan keşiş Sebeosun tarixi əsərində çəkilir. Bu əsərdə onun haqqında müxtəsər fikir söylənir. Müəllif onu Xosrovun çoxsaylı arvadlarından biri, ən sevimlisi və gözəli adlandırır, həmçinin, Sasani sarayının banbişi kimi təqdim edir. Sebeos Şirinin xuzistanlı olduğunu qeyd edib, hansı millətə mənsub olduğunu göstərməyib. Lakin xristian olduğunu təsdiq edib. O, yazır: “Xosrov çoxlu atəşpərəst qadınlar aldığına baxmayaraq, xristian qadınlardan da nikah etmişdir. O, Xuzistan məmləkətindən Şirin adlı, olduqca gözəl bir xristian qızla da evlənmişdi... O, Şirini xatunlar xatunu adlandırmışdı. Şirin şah sarayının yaxınlığında monastr və kilsə tikdirdi, oraya keşişlər, digər dini vəzifələrdə çalışan şəxslər də təyin etdi”.

Ermənilər əsassız şəkildə “VII əsrin 70-80-ci illərində yazılıb, müəllifi naməlum olan Suriya mənbəsində də Şirin haqqında müəyyən məlumatlar verilib. Bu xronikada ilk dəfə Şirinin erməni mənşəli olması göstərilib, həmçinin, Xosrovun digər xanımı Məryəmin adı çəkilib. Lakin bu vaxta kimi Bizans və erməni mənbələrində nə Məryəmin adı çəkilib, nə də Şirinin erməni mənşəli olması qeyd edilib. Yevqari Saxolastın "Din tarixi" əsərində isə onun adı Sira (Şirin) kimi qeyd edilib və arami mənşəli olduğu vurğulanıb. Bəzi tədqiqatçılar isə Şirinin Arran hökmdarının nəslindən olduğunu bildirirlər” - deyə iddia edirlər.

Tədqiqatçıların qeyd etdiyinə görə, bəzi müəlliflərin fikrincə, Şirin və Məryəm eyni şəxsiyyətdir. Avropa şərqşünaslarından fransız alimi Sen Marten və ingilis şərqşünası Q. Raulinson öz əsərlərində Şirin və Məryəmin eyni adam olduğunu qeyd ediblər. Lakin T.Noldeke Məryəmin tarixi şəxsiyyət olduğunu qəbul etsə də, onun Şirinlə eyni adam olduğunu qəbul etmir.

Şirinin etnik mənsubiyyətinə gəlincə, Azərbaycan alimləri qeyd edirlər ki, Şirin Azərbaycan gözəlidir. Mənşəcə Azərbaycan türkü olan Şirinə qarşı erməni iddiasının əsassız olduğunu deyən Nizamişünaslar bildirirlər ki, Şirinin etnik mənşəyi haqqında Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində məlumat verib.

Alimlər yazırlar ki, Şirinin mənşəyi, hansı xalqa və ölkəyə mənsub olması, millətinin əlavə sübuta ehtiyacı yoxdur. Nizami Şirini gah Qafqaz gözəli, gah da Bərdə şahzadəsi kimi təsvir edir. Onun öz poemasında Şirini türk kimi təqdim etməsinin artıq elm aləminə bəlli olduğunu deyən alimlər yazırlar ki, Nizaminin əsərində Şirinin mənşəyi məsələsinə ilk dəfə Məhinbanunun ona öyüd verdiyi zaman işarə olunub. Məhinbanu Şirini hər cür hadisədən, Xosrovun ona yetirə biləcəyi ehtimali sədəmədən qorusun deyə, bir sıra düzgün məsləhətlər verib, ona özünü qorumağı tapşırmaqla bərabər, həm də Şirinin mənliyini və şəxsiyyətini hərəkətə gətirmək üçün, gözələ mənşəyinin və kökünün kimlərdən ibarət olduğunu söyləyib. Xosrovun yüksək əsil-nəsəbi qarşısında özünü alçaq tutmasın deyə, onun kim olduğunu belə bəyan edir:

“Əgər o aydırsa, biz aftiyabıq,

O Keyxosrovdursa, biz Əfrasiyabıq”.

Alimlər qeyd edirlər ki, klassik ədəbiyyatda çox vaxt ay oğlan və günəş qız simvolu olduğu kimi, Əfrasiyab türklüyü, Keyxosrov isə iranlılığı təmsil edir. Bu simvolika “Şahnamə”də də əks olunub. Burada Nizami Məhinbanu və Şirinin mənşəcə türk olduqlarını göstərir. Nizami Şirini adətən bir türk kimi təqdim edir. O, Qəsri Şirin sarayında bir məhbus kimi həyat sürdüyü zaman Xosrov ora gəlib onunla danışıq aparanda üzünü Xosrova tutaraq söyləyir:

“Qəmzəylə can alan türkəmsə belə,

Könül də alaram öpüşlərimlə”.

Alimlər onu da vurğulayırlar ki, Nizami Dərbənd hökmdarı tərəfindən göndərilən qıpçaq qızı Afaqı (Appaq) da Şirinsayağı “türk”, “türküm” adlandırır. Şair Afaqı təriflədiyi sözlərlə, təşbihlərlə Şirini də tərifləyir, oxşayır. O, Afaqın ölümündən danışaraq, onun dünyadan vaxtsız köçməsinə işarə edəndə belə bir fikir söyləyir:

Türklər tək olmuşdur bir köçə möhtac,

Türklər tək eylədi yurdumu tarac.

O türküm getdisə bir gün çadırdan,

Saxla türkzadəmi, sən ey yaradan.

Ədəbiyyatşünas Günel Eyvazli yazır ki, dahi Nizami Xosrovun və Şirinin atəşpərəstlik etiqadına baş əydiklərini dəfələrlə oxucusuna xatırladır: “Məsələn, Şirinin qayıtma xəbərini eşidən Məhinbanu Atəşgaha hədiyyələr göndərir. Əslində, bu ritual sonralar islam etiqadında da nəzir-niyaz adına əbədi məskən qura bilir. Bütpərəstlik ehkamları, qurbankəsmə ayinləri, nəzir paylamalar, səcdəgahlara olan inam, pir anlayışı məişətdə insanların qavradıqları islam dini atributikasına çevrilməyi bacarır”.

Bu yazıdan da görünür ki, Şirin xristian yox, atəşpərəst olub. Atəşpərəstlik isə Azərbaycan xalqının islamiyyətdən əvvəl tapındığı etiqad olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizamişünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Nüşabə Araslı “Bakı-Xəbər”ə açıqlamasında ermənilərin Şirinə qarşı irəli sürdükləri iddianın əsassız olduğunu bildirdi. N.Araslı qeyd etdi ki, ermənilər, həmişəki kimi, bu dəfə də saxtakarlıq yolu tutaraq bizə qarşı təxribatla məşğul olurlar. Onun sözlərinə görə, Şirin nə fars, nə erməni, nə də ki rusdur, Şirin qanı təmiz, qeyrətli, ismətli türk qızıdır. O bildirdi ki, Şirin tarixi şəxsiyyətdir və Azərbaycan hökmdarı (Bərdə) Məhinbanunun qardaşı qızı və varisi olub. “Erməni saxtakarlığı haqqında günlərlə danışsaq, yenə də az olar. Şirinin ermənilər tərəfindən əsassız erməniləşdirilməsi cəhdləri çoxdan meydana çıxıb. Yəni ermənilər, həmişə olduğu kimi, bu dəfə də “köhnə bayatı çağırırlar”. Bir Nizamişünas kimi bildirirəm ki, ermənilərin Şirinə qarşı irəli sürdükləri iddianın nə tarixi, nə elmi əsası var. Ümumiyyətlə, onlar Şirinin erməni və xristian olduğunu deyirlər. Şirin isə azərbaycanlıdır. Uzağa getməyək, bibisi Məhinbanunun ona verdiyi nəsihəti xatırlasaq, Şirinin azərbaycanlı olduğunu bir daha təsdiqləyərik.

Xosrov Pərviz Azərbaycana gəlir və burada Şirinlə tanış olurlar, sevgi münasibətləri yaranır, birgə gəzib əylənirlər. Orada Məhinbanu Şirinə nəsihət verərək deyir ki, sən türk qızısan, Xosrov Pərviz hökmdar olsa belə, sən öz ləyaqətini, ismətini qorumalısan, heç vaxt Xosrovla tək qalmamalısan, həmişə qızlar yanında olmalıdırlar. Əsərdə Şirinin əxlaqının, davranışının təsviri verilir və o təsvir də onun azərbaycanlı olduğunu açıq göstərir. Bundan başqa, əsərdə Azərbaycan təbiətinin gözəlliyi, Azərbaycan qadınının yüksək əxlaqı da ifadə edilir. “Xosrov və Şirin” əsərində Şapur öz dili ilə Məhinbanunun türk olduğunu deyir. Məhinbanu da özünü Əfrasiyab soylu adlandırırdı. Bilirsiniz ki, iranlılarla turanlılar arasında böyük mübarizə gedib və bunu da Firdovsi “Şahnamə” əsərində təsvir edib” - deyə N.Araslı bildirdi.   

N.Araslı bildirdi ki, nəinki ermənilər, hətta ruslar da Şirin obrazını mənimsəməyə çalışıblar. Professor Araslının sözlərinə görə, Azərbaycan qadınının ləyaqət simvoluna çevrilən Şirin əsərdə çox yüksək əxlaqa malik bir obraz, sima kimi təsvir edilib. N.Araslının dediyinə görə, belə yüksək bir obrazı da ermənilər özününküləşdirməyə cəhd göstərirlər: “Şirin obrazı olduqca mükəmməl şəkildə yaradılan bir obrazdır. Bu obrazda milli-mənəvi, əxlaqi dəyərlərimiz, Azərbaycan qadınının xarakteri, əxlaqı, gözəlliyi yüksək səviyyədə tərənnüm edilib. Ermənilər isə hər zaman bizə həsəd aparıblar. Ermənilərin iddialarının kökündə tarixi, ədəbi obrazları saxtalaşdırmaqla yanaşı, həm də bir həsəd hissi durur. Onlar Azərbaycan qadınının əxlaqına, tərbiyəsinə, savadına, dünyagörüşünə həsəd aparmaqla yanaşı, iddia edirlər ki, Şərq və Azərbaycan  mühitində açıq düşüncəli, ağıllı qadın ola bilməz. Ermənilər bizim tarixi qadın şəxsiyyətlərimizin varlığını qəbul etmək istəmirlər. Bu səbəbdən də belə mənasız, əsassız iddialar irəli sürərək çaşqınlıq yaratmaq istəyirlər. Ermənilər “Şirin erməni qızıdır” deyirlər, ancaq bunu əsaslandıra bilmirlər, sadəcə, söz olaraq dilə gətirirlər. Deyim ki, ermənilərin bu iddiasına qarşı çoxlu cavab verilib, onların əsassız olduqlarını sübut edən onlarla fakt təqdim edilir. Bizim Nizamişünaslar bu sahədə ermənilərə qarşı barışmaz mövqe tuturlar. Erməni tarixində əsassız olaraq Şirin erməni şahzadəsi kimi təqdim edilir. Əslində isə bu yalandır. Nizamişünaslar tərəfindən birmənalı olaraq təsdiq edilib ki, Şirin erməni deyil, Azərbaycan qızıdır. Uzağa getməyək, Şirinin azərbaycanlı olduğunu sübut edən göstəricilərdən biri onun əxlaqı, tərbiyəsi, vətənpərvər olmasıdır. Nizami Gəncəvi Şirini Azərbaycan xalqına mənsub gözəl kimi təsvir edib. Şirin obrazı Azərbaycan gözəlinin bütün məziyyətlərini özündə ehtiva edir. Sonda bir xüsusi məqamı da deyim ki, Nizami bu əsərdə Şirini əhatə edən, onun ətrafında olan qızların, gözəllərin də hamısının azərbaycanlı olduğunu qeyd edir. Görün orada başqa bir xalqın qızının adı çəkilir?”

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ