Cümə günü, 09 oktyabr 2026
     

Teatrlarımızda rollara aktyor seçimlərinin pərdəarxası əsl dəhşət imiş...

Image


Teatrşünas: “İnanın, bu, teatrda o qədər qısqanclıq və paxıllıqla qarşılanır ki, aktrisa məşqi yarımçıq saxlayıb o teatrdan qaçmağa məcbur olur”

 

Bir qisim aktyor, rejissor üçün teatr məbəd sayılsa da, onlar bu sənət ocağını öz istedadlarının nümayiş olunduğu bir məkan hesab etsələr də, bir qisim aktyor və rejissorlar teatr səhnəsindən öz şəxsi maraqlarını təmin etmək üçün istifadə edirlər. Artıq bu bir reallığa çevrilib.

Tarixdən də məlumdur ki, teatrlarda həm istedadlı, həm orta istedadlı, həm də istedadsız insanlar fəaliyyət göstərib, bu gün də fəaliyyət göstərirlər. Bu, başqa bir mövzunun söhbətidir. Əsas məqsədə keçək. Bilirik ki, teatrlar istedadlı sənətkarların istedadının ifadə edildiyi məkan olmaqla yanaşı, həm də bir intriqa yuvası olub. Təəssüf ki, bu gün də teatrlarımızda intriqalar, söz-söhbətlər, dedi-qodular, aravurmalar və s. mənfi hallar mövcuddur. Bu əsasən aktrisa və aktyorlar arasında baş verir ki, bunun da bir neçə səbəbi var. O səbəblərdən biri də teatrlarda rol bölgüsü ilə bağlıdır. Teatrlarda rol bölgüsü ən həssas proses olduğu üçün, hər zaman aktyor və aktrisalar arasında ciddi narazılıq və qarşıdurmalar yaradır.

Teatrları intriqa yuvasına, dedi-qodu məkanına çevirən amillərin əsasən rol bölgüsü ilə bağlı yaşandığını qeyd etdik. Azərbaycan teatrlarında rol bölgüsünün açıq və gizlin tərəfləri nədir?

Uzun illərdir teatrlarla və teatrda çalışan insanlarla sıx əməkdaşlıq nəticəsində bununla bağlı bir sıra xoşagəlməz halların şahidi olmuşam. Bir sıra hallarda rol bölgüsü zamanı aktyorlar və rejissorlar arasında yaşanan qalmaqalların münaqişələrə çevrilməsi də jurnalistlərin gözləri qarşısında baş verib. Jurnalistlər teatrların içində oynanılan gerçək tamaşaları az görməyiblər.

Tanınmış teatrşünaslar, teatra yaxın olan şəxslərdən biri bizimlə söhbətində bildirdi ki, Azərbaycan teatrlarında bütün zamanlarda ədalətsiz rol bölgüsü halları olub. Adının çəkilməsini istəməyən teatrşünas dedi ki, hələ keçən əsrin 30-cu, 40-cı, 50 və 60-cı illərində, eləcə də ondan sonrakı dövrlərdə teatrda qeyri-obyektiv rol bölgüsü nəticəsində aktyorlar, aktrisalar, rejissorlar arasında uzun illər boyu davam edən düşmənçiliklərin əsası qoyulub. Ekspert qeyd etdi ki, klassik sənətkarlardan qalan intriqa ənənələri bu gün də bizim teatrların böyük əksəriyyətində davam etdirilir. Ekspertin dediyinə görə, bu mənfi yüklü mirasın bu günə ötürülməsi teatrlarda zəhərli ab-havanın formalaşmasına səbəb olub. Teatrşünasın verdiyi məlumata görə, teatrlarda rol bölgüsü əsasən aktyorun, yaxud aktrisanın rola uyğun gəlməsi, onun parametrlərinə cavab verməsi ilə deyil, şəxsi münasibətlər müstəvisində aparılır. O bildirdi ki, hər rejissorun özünün “lyubimçik” aktyoru, yaxud aktrisası olur və rola uyğun gəlib-gəlməməsindən asılı olmayaraq, qoyduqları tamaşalarda baş rolları həmin şəxslər oynayır. Bu da aktyorlar arasında qalmaqal yaratmaqla yanaşı, rejissor-aktyor qarşıdurmasını dərinləşdirir. Müsahibimiz bildirdi ki, bu gün Akademik Milli Dram Teatrı başda olmaqla, bütün teatrlarda rol bölgüsü zamanı böyük qalmaqallar yaşanır. Onun sözlərinə görə, çox nadir hallarda baş rollar verilərkən ədalət prinsiplərinə riayət olunur, əksər vaxtlarda olunmur. Onun verdiyi məlumata görə, rollar şəxsi münasibətlər müqabilində verildiyindən, bu cür problemlər teatrlarda qalmaqdadır. Quruluşçu rejissorların münasibətdə olduqları aktrisalara, dostluq etdikləri aktyorlara, onlara hədiyyələr gətirənlərə, hətta rüşvət verənlərə baş rolları verdiklərini deyən teatrşünasın sözlərinə görə, bu neqativ halın qarşısını alan yoxdur: “Tarixən teatrlarımızda ən çox qalmaqal yaradan intriqaların bir sıra pərdəarxası məqamları var ki, onlardan sadə tamaşaçıların xəbəri yoxdur. Deyim ki, əsas problemlərdən biri teatrlarda qoyulan tamaşalarda baş rolların kimlər tərəfindən oynanılması məsələsidir. Hələ keçən əsrdən “miras” qalan bir sıra problemlər var ki, onlar bu gün də teatrlarda mövcuddur. Təəssüf ki, bu gün də bəzi rejissorlar əsasən tamaşalarda baş rolları öz yaxınlarına, tələbələrinə, şəxsi münasibətdə olduqları aktrisalara, onlarla həmrəy olan aktyorlara verirlər. Bu lap əvvəldən belədir. Siz teatrlarda qoyulan tamaşaların tarixinə nəzər salsanız görərsiniz ki, bir rejissorun bütün tamaşalarında baş rolu eyni aktrisa oynayıb, ikinci dərəcəli rollar da bəlli aktrisalara verilib, anturajda, epizodik rollarda isə tərəfsiz aktyor və aktrisalar rol alıb. O vaxt da hər rejissorun öz aktyoru və aktrisası var idi. Bu da klassik aktyorlar arasında, sözün əsl mənasında, dava-qırğın yaradırdı. Tarixə baxsaq görərik ki, klassik sənətkarlar arasında da umu-küsü halları çox olub, bəzən onlar ölənə qədər bir-birini danışdırmayıblar. Lakin onlarda sənət yanğısı güclü olduğu və teatr sənətinə bağlı olduqları üçün, tamaşalarda tərəf-müqabil olublar. Yəni onlar indikilər kimi rejissorun qarşısına “filankəs bu tamaşada rol alırsa, mən öz rolumdan imtina edirəm” şərtini qoymayıblar, ona görə də dahiyanə obrazlar yaradıblar. Məsələn, keçmişdə böyük aktrisalardan biri qocalana qədər “Antoni və Kleopatra” tamaşasında Kleopatra rolunu oynayıb, özü də çox məharətlə, möhtəşəm. O, məsələn, bu rola qısqanclıqla yanaşırdı və onu gənc aktrisaların oynamağını istəmirdi. Qətiyyən razı deyildi ki, bu rolu özündən başqa kim isə oynasın. Rejissorlar da onun zabitəsindən, nüfuzundan çəkindikləri üçün bu rolu başqa bir aktrisaya həvalə edə bilmirdilər. Bu faktlar da var. Bu gün də teatrlarda bəzi xalq artistləri var ki, sözün həqiqi mənasında, hegemonluq edirlər. Yəni onların hərəkətləri qarşısında teatrların baş rejissorları və direktorları da aciz qalıblar. Elə hallar olur ki, tamaşalarda kimlərin baş rolları oynayacağını həmin aktrisalar müəyyən edirlər. Bax, bu xoşagəlməz hallar da mövcuddur. Teatrlarda elə aktyor və aktrisalar var ki, illərlə nəinki baş rol, heç ikinci dərəcəli rollar oynaya bilmirlər. Hər rejissor 5-6 aktyor-aktrisanı nəzərə alıb tamaşalar hazırlayır. Bəs bu halda digər aktyor və aktrisalar nə etsinlər? Aktrisa var, 25 il idi eyni roldan yapışmışdı ki, bu rolu heç kəs oynamamalıdır. Ona qarşı çıxanlar tapıldığı üçün hikkəsindən teatrı tərk etdi, adını da qoydu ki, “filmlərə çəkilirəm, teatra gəlməyə vaxtım yoxdur”. Bir sıra hallarda yaşlı aktrisalar gənc və istedadlı aktrisaların qarşısına çəpər çəkir və təəssüf ki, rejissorlar da o çəpəri dağıda bilmirlər. Bu yolverilməzdir. Yaxud elə aktrisa var ki, teatra yeni gəlib və teatr direktorunun saxladığı olduğu üçün, ona baş rol verirlər. Halbuki, o ona həvalə edilən rola nə uyğundur, nə də o rolun öhdəsindən gəlməyə istedadı və peşəkarlığı yetərincədir. Kimin kiminlə şəxsi münasibəti varsa, onu teatr səhnəsindən kənarda davam etdirsin, onu teatr səhnəsinə gətirməsin. Başqa məqamlardan biri də teatr direktorlarının öz tələbələrinə rəhbərlik etdikləri teatrlarda geniş meydan verməsidir. Bu da əksər hallarda başqa gənc aktyorlarla problemlərin yaranmasına səbəb olur. Son illər “Azdrama”da  rol bölgüsü zamanı nə qədər qarşıdurmalar, problemlər yaşandı. Siz bilirsiniz ki, bəzi gənc aktyorlar buna görə teatra qarşı üsyan edərək bildirdilər ki, baş rol bölgüsündə şəxsi əlaqələr əsas rol oynayır. Burada rol almaq üçün gərək kiminsə tələbəsi olasan. Son zamanlar “Azdrama”da Cəfər Cabbarlının “Almaz” tamaşası səhnəyə qoyulub. Almaz rolunda teatrın direktoru Azər Paşa Nemətin tələbəsi Məsmə Aslanqızı oynayır. Məsmə Aslanqızı qətiyyən bu rola uyğun gəlmir. O, tamaşa boyu Almaz obrazını qətiyyən aça bilmir. Bizim əsərdə oxuduğumuz cəsarətli, qolçomaqlara qarşı mübarizə aparan, maarifçilik və qadın azadlığı uğrunda yaşadığı quruluşa savaş elan edən Almazı səhnədə görə bilmədim. Bu rolun ona həvalə edildiyinə bir teatrşünas kimi təəssüfləndim. Məsmə xanım istedadlı aktrisadır, yaddaqalan rolları var, ancaq bu rol onun boyuna biçilməyib. Ona rolu Azər Paşa müəllimin tələbəsi olduğu üçün veriblər. “Azdrama”da Almaz rolunun öhdəsindən gələn aktrisalar az deyil, obraz bu rola uyğun aktrisaya verilməli idi. Yenə də deyirəm, rol bölgüsü zamanı dostluq, qardaşlıq, şəxsi münasibətlər ikinci planda olmalıdır, yəni teatrın qapısının çöl hissəsində qalmalıdır o münasibətlər”.     

Teatrşünas qeyd etdi ki, mövcud teatrlarda ən böyük problemlərdən biri rejissorun dəvəti ilə kənardan teatra gələn aktyor və aktrisalara qarşı mənfi münasibətdir. Onun sözlərinə görə, son illər teatr mühitində formalaşan bu mənfi ənənə günü-gündən daha da şaxələnir: “Bəzən görürsən ki, hansısa bir rejissor teatrlardan birində tamaşa hazırlayır. O, baş rolda tamaşa hazırladığı teatrın aktrisalarını deyil, başqa bir teatrın aktrisasını görür və onu tamaşaya dəvət edir. İnanın, bu, teatrda o qədər qısqanclıq və paxıllıqla qarşılanır ki, aktrisa məşqi yarımçıq saxlayıb o teatrdan qaçmağa məcbur olur. Son illər analoji hal bir neçə teatrda yaşanıb. Bəzən teatrlarda yaradılan ab-hava, mühit rejissorun işinə yersiz müdaxilələrin olmasına şərait yaradır. Bunun da yenə arxasında şəxsi əlaqələr durur. Bir neçə akrtisa var ki, onların oynadığı rolları başqası oynasa, böyük davalar düşər. İndi özünüz fikir verin, görün, teatrların pərdəsi arxasında ictimaiyyətə məlum olmayan nə qədər sirr gizlənir. Bütün intriqaların da başında şəxsi münasibətlər müstəvisində həyata keçirilən rol bölgüsü dayanır. Bu da çox iyrənc mənzərə yaradır. Aktyor var ki, bütün göstəriciləri rola tam uyğun gəlir, ancaq rejissora ad günündə bahalı hədiyyə almayıb deyə, ona rol verilmir, yaxud hansısa xanım aktrisa baş rejissorun üzünə gülümsəməyibsə, o da baş rol oynamaqdan məhrum olunur. Teatrlarda aktrisalar var ki, onlar bir-birilə rəqabət aparır. Biri baş rol oynadısa, o biri də bütün əlaqələrindən, imkanlarından istifadə edib başqa tamaşada baş rol almağa nail olur, yaxud o rolu həmkarının əlindən alır. Belə hallar da çoxdur. Məsələn, bir neçə il əvvəl aktyorların birinə 20 ildən artıq idi ki, tamaşalarda rol verilmirdi, o yazıq ölənə qədər rol ala bilmədi. Təəssüf ki, bunlar hamısı bizlərin gözləri qarşısında baş verir.

Bu da yenə teatrların direktorlarına, baş rejissorlara bağlı məsələdir. Bir məqamı da deyim ki, bu hallarla yanaşı, layiq olduğu baş rolu oynayan sənətkarlar da var, ancaq onların sayı çox azdır”.    

Teatrlarda rol bölgüsünün açıq və gizlin tərəfləri ilə bağlı çoxsaylı fakt əldə etmişik və bu istiqamətdə araşdırmalarımızı davam etdiririk. Növbəti saylarımızda mövzuya qayıdaraq, rol bölgüsü zamanı ədalətsizliklə üzləşən sənətkarlarımızın fikirləri ilə sizi tanış edəcəyik.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ