Cümə günü, 09 oktyabr 2026
     

Xalq mahnılarımızın çox əcaib formalara salınması meyli bitmək bilmir…

Image


Gülüm Qiyasova: “Sarı gəlin”, “Gül açdı”, “Qəmərim”, “Qaragilə” və digər xalq mahnılarını əcaib şəkildə ifa edən müğənnilərə “dayan, dur” demək lazımdır”
Ənvər Çingizoğlu: “Rəsmi şəkildə bildirilsə ki, xalq mahnılarına toxunmaq, onları müxtəlif alətlərlə, musiqi janrları ilə sintez etmək qadağandır…”

 

Azərbaycan xalq mahnıları xalqımızın tükənməz sərvətidir. Ancaq son vaxtlar bəzi müğənnilər, şou-biznes aləmində olanlar xalq mahnılarımızı əcaib formada təqdim etməyə başlayıblar. Məlum olduğu kimi, şou müğənnilərinin xalq mahnılarına bu cür münasibətinin dəfələrlə şahidi olmuşuq. Əvvəlki mərhələlərdə xalq mahnılarının müxtəlif musiqi janrları ilə sintez edilməsi faktları diqqəti cəlb edirdisə, bu gün onların daha xoşagəlməz şəkildə ifa edilməsi müşahidə edilir.

Bu günlərdə efirlərdən birində özünü “ulduz” adlandıran müğənnilərdən biri “Sarı gəlin” xalq mahnısını o qədər əcaib formada ifa etdi ki, dinləyənlərin tükləri biz-biz durdu. Bəzi şou müğənnilərinin xalq mahnılarına bu cür barmaqarası münasibət göstərməsi təqdirəlayiq deyil. Bütün xalq mahnıları bizim üçün əziz və doğmadır. Ancaq bəzi xalq mahnıları var ki, onlara yanaşmamız, münasibətimiz fərqlidir. O xalq mahnılarına ki, onların xüsusi tarixi var, məşhur ifaçıları olub, xalqımızın tarixi ilə bağlıdır. “Sarı gəlin” Azərbaycan xalq mahnıları sırasında öz ahəngi, ritmi, daşıdığı ideya və məna yükü ilə fərqlənir. Bu mahnını gülə-gülə, üz-gözünə yalançı ehtiras qatı çəkib oxumaq olmaz. Bu mahnıda ayrılıq var, hicran var, bir xalqın min illər boyu formalaşan musiqi mədəniyyətinin rişələri var. Başqa xalq mahnılarımız da bəzi şou müğənnilərinin qeyri-peşəkar ifasında öz gözəlliyini az qala itirir. Ümumiyyətlə, xalq manılarına münasibətdə hər bir azərbaycanlı müğənni həssas olmalıdır.

Musiqişünas Gülüm Qiyasova bizimlə söhbətində bildirdi ki, efirdə hər müğənniyə xalq mahnıları oxumaq icazə verilməməlidir: “Təəssüflər olsun ki, uzun illərdir xalq mahnılarımıza qarşı bu cür münasibət var. Bəzi müğənnilər var ki, bəstəkarlardan pulla mahnı almaq istəmədiyi üçün, efirlərə xalq mahnıları ilə çıxırlar. Onlar bu mahnıları o şəkildə ifa edirlər ki, adamın ayağının altından yer qaçır. Əvvəlki illərdə xalq mahnıları oranjeman edilərkən böyük sənətkarlarımız buna etiraz edirdilər, bunun yolverilməz olduğunu deyirdilər. Müğənnilər də sənətkarların iradlarından çəkinirdilər. Ancaq son zamanlar hamı yeni çıxan müğənniyə “əla oxuyursan” deyib ona “xeyir-dua” verir. Bu belə olmalı deyil. Düşünürəm ki, Bəstəkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi, musiqi mədəniyyətimizi, xalq musiqimizi öyrədən alimlər buna etirazını bildirməlidirlər. Bu gün televiziya və radiolar çoxdur deyə, efiri doldurmağa çalışırlar. Ancaq efiri belə şeylərlə doldurmaq olmaz. “Sarı gəlin”, “Gül açdı”, “Qəmərim”, “Qaragilə” və digər xalq mahnılarını əcaib şəkildə ifa edən müğənnilərə “dayan, dur” demək lazımdır. Düşünürəm ki, bu əcaibliyin, xoşagəlməz halların qarşısının alınması üçün televiziya və radiolarda bədii şuralar, ekspert qrupları yaradılmalıdır. Efirə mahnı təqdim edən müğəninin repertuarının incələnməsi baxımından bu çox vacibdir. Müğənni xalq mahnılarını necə gəldi oxuya bilməz. Bu mahnılar əsrlərlə formalaşıb, cilalanıb, durulub bu günümüzə gəlib çatıb. İndiyə qədər xalq mahnılarını əcaib şəkildə ifa edən müğənnilərə qarşı hər hansı bir qadağa, cərimə halları mövcud deyil. Xalqın sərvətinə biganə, laqeyd münasibət bəsləyən hər bir müğənniyə qadağa tətbiq edilsə yaxşı olar”.     

Etnoqraf Ənvər Çingizoğlu isə hesab edir ki, “Sarı gəlin” xalq mahnısı daha yüksək səviyyədə ifa edilməlidir ki, bədnam qonşularımızı susdura bilək. Ekspertin sözlərinə görə, bir sıra xalq mahnıları kimi “Sarı gəlin” də ermənilərin uzun illərdir iddia etdikləri mahnılarımızdan biridir: “Ermənilər hər gün bizim müğənnilərin ifasını izləyirlər. Onların xalq mahnılarımıza əcaib münasibəti erməniləri sevindirir. Onlar bu mahnını çoxdan öz adlarına keçirmək istəyirlər. Halbuki, bu mahnı Azərbaycan xalq mahnısıdır. Onun üzərində gözəl, həzin rəqs də qurulub. Hesab edirəm ki, bəzi müğənnilər xalq mahnılarını oxumalı deyillər. Çünki o mahnıları lazımı qaydada oxuya bilmirlər. Xalq mahnılarına dövlətimizin, sənətkarlarımızın münasibəti çox yüksək səviyyədədir. Sadəcə, bəzi şou müğənnilərinin ifası xalq mahnılarına xələl gətirməyə hesablanıb. Düşünürəm ki, xalq mahnılarına toxunulmazlıq statusu tətbiq edilməlidir ki, hər adam onu oranjeman edib yayımlaya bilməsin. Bir qayda olaraq rəsmi şəkildə bildirilsə ki, xalq mahnılarına toxunmaq, onları müxtəlif alətlərlə, musiqi janrları ilə sintez etmək qadağandır, bunu hər kəs nəzərə alar. Xalq mahnılarını oranjeman edən insan isə onu o qədər yüksək peşəkarlıqla etməlidir ki, onun mahiyyətinə, məzmununa, ritminə zərər toxunmasın”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ