şənbə günü, 15 avqust 2026
     

Şəxsi torpaqlara düşmüş tarix-mədəniyyət abidələrinin taleyi…

Image


Fariz Xəlilli: “Elə abidələr var ki, onları dövlət mülkiyyətinə keçirmək üçün vətəndaşı ərazidən köçürüb ona kompensasiya ödənilməlidir”
“Vətəndaş özündə məsuliyyət hiss etməli və həyətindən, bağından çıxan, yaxud ərazisində mövcud olan abidə haqqında aidiyyəti dövlət qurumlarına məlumat verməlidir”

 

Tarix və mədəniyyət abidələri maddi-mədəni irsin vacib bir sahəsidir. Bu gün Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınan maddi mədəniyyət abidələrinin qorunması, bərpası və mühafizəsi müvafiq qurum tərəfindən həyata keçirilir. Təəssüf ki, respublika ərazisində mövcud olan tarix-mədəniyyət, memarlıq abidələrinin heç də hamsısı dövlət qeydiyyatına alınmayıb.

Bu abidələr əsasən fərdi şəxslərə məxsus olan ərazilərdə, torpaq sahələrində, evlərin altında olduğu üçün,  qeydiyyatdan kənarda qalıb. Biz özümüz də dəfələrlə həm rayonlarda, həm Bakıətrafı kəndlərdə şəxsi mülklərin, torpaq sahələrinin içində tarix-mədəniyyət abidələrini görmüşük. Bu faktı ekspertlər də təsdiqləyirlər. Onu da vurğulayaq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda da, Azərbaycan Respublikası Konstitusiyasında da qeyd edilir ki, tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur və tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.

Qeyd etdiyimiz kimi, bəzi şəxslərə məxsus olan torpaq sahələrində olan abidələr var. Məlumdur ki, heç də bütün insanlar o abidələrin qorunmasında, bərpasında maraqlı deyil. Hətta bəzən o abidələrə müdaxilə edilməsi faktları ilə rastlaşırıq. Əlbəttə, şəxsi mülklərin, torpaq sahələrinin içində olan tarix-mədəniyyət, memarlıq abidələrinin hamısının dövlət tərəfindən qeydiyyata alınması vacibdir.

O abidələrin dövlət mülkiyyətinə qaytarılması üçün prosedur qaydaları mövcuddurmu? Ümumiyyətlə, vətəndaşlara aid olan sahələrdə yerləşən abidələrin qorunması və bərpası həyata keçirilə bilirmi?

“MİRAS” - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarixçi-etnoqraf, tarix üzrə fəlsəfə doktoru, mədəni irs üzrə mütəxəssis Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, gündəmə gətirdiyimiz problem hazırda bütün mütəxəssisləri düşündürür. F.Xəlillinin sözlərinə görə, tarixi mədəniyyət abidələrinin qorunması, bərpası və s. bağlı bütün məqamlar “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb: “Bu qanunvericilikdə arxeoloji, tarix, mədəniyyət, memarlıq abidələrinin hansı şəkildə qorunmalı olduğu və istifadə qaydaları tam olaraq əksini tapıb. Vətəndaşlara məxsus həyətyanı sahəsində, torpaqlarda olan arxeoloji və memarlıq abidələri çoxdur. Vətəndaşlar bu abidələrə hədsiz həssas münasibət göstərməlidirlər. Ümumiyyətlə, bu məsələdə birinci vətəndaş məsuliyyəti olmalıdır. Ola bilsin ki, bir vətəndaşın həyətyanı sahəsində, bağında elmə məlum olmayan hansısa bir abidə üzə çıxarılıb, yaxud əvvəldən vətəndaşa belə bir abidənin olması məlumdur, lakin dövlət qeydiyyatına alınmayıb. Belə hallar da olur. Vətəndaş özündə məsuliyyət hiss etməli və həyətindən, bağından çıxan, yaxud ərazisində mövcud olan abidə haqqında aidiyyəti dövlət qurumlarına məlumat verməlidir. Bilirsiniz ki, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti fəaliyyət göstərir. Adından da göründüyü kimi, sözügedən məsələ ilə bu qurum məşğul olur. Vətəndaşın həyətində olan abidə dövlət qeydiyyatındadırsa, Dövlət Xidmətinin əməkdaşları vətəndaşla söhbət edir ki, həmin abidənin qorunmasına yardım göstərsinlər, yaxud ərazidə hər hansı bir qazıntı işləri apardıqda abidəyə zərər vurmasınlar. Bağında, həyətində abidə olan hər bir vətəndaş ərazidə hər hansı bir iş görmək istədikdə mütləq bu barədə Dövlət Xidmətinə məlumat verməlidir. Həyətyanı sahələrdə, torpaq sahələrində olan abidələri dövlət özününküləşdirənməz, vətəndaşdan ala bilməz. Dünyanın hər yerində belədir, həmin abidə vətəndaşın həyətində qalır, ancaq vətəndaşa orada hər hansı bir iş görmək üçün icazə verilmir.  Vətəndaş ərazidə ağac əkmək istəsə, əkə bilər, ancaq ərazidə ev, yaxud əl damı tikə bilməz. Əgər bunu etmək istəyirsə, bu barədə dövlətə məlumat verməlidir ki, müvafiq dövlət qurumu əraziyə gəlib baxsın və onu qiymətləndirsin. Bu məsələdə hər şey yenə də vətəndaş məsuliyyəti üzərindədir. Dövlət o tikililərin hamısını ala bilməz. Dövlət o ərazilərdəki abidələri qeydiyyata almalıdır, onların mühafizə zolağını müəyyənləşdirməlidir. Vətəndaşa demək olmaz ki, sən bu ərazidən köç, əgər köçməsinə ehtiyac yaranarsa, o vətəndaşa dövlət tərəfindən kompensasiya ödənilməlidir”.  

Müsahibimizin qeyd etdiyinə görə, bir sıra bölgələrimiz var ki, orada vətəndaşın həyətyanı sahəsində, bağında müxtəlif arxeoloji, memarlıq abidələri var. Onun sözlərinə görə, bu abidələrin qeydiyyata alınması zəruridir: “Mən şəxsən bir neçə elə yer tanıyıram. Məsələn, Şamaxıda vətəndaşlardan birinin həyətindən su ovdanı çıxıb. Bir sakin ev tikmək üçün özül qazmaq istəyərkən orada su ovdanının olduğunu görüb. 1994-cü ildən bu yana hələ də o vətəndaş həyətində heç bir iş görə bilmir. Onlar gözləyirlər ki, müvafiq qurumlar nə zaman Şamaxıya gələcək və burada tarixi abidələri öyrənəcək, qeydiyyata alacaq. Elə abidələr var ki, onları dövlət mülkiyyətinə keçirmək üçün vətəndaşı ərazidən köçürüb ona kompensasiya ödənilməlidir. Biz son zamanlar qəribə bir məqamla rastlaşmışıq. İnsanlar həyətlərində yerləşən abidələrdə qazıntı işləri aparmağa meyl göstərirlər. Daha doğrusu, onlar burada qazıntı işləri aparırlar. Vətəndaşlar həyətində, bağında olan tarixi-arxeoloji abidələri, nekropolu qazıb tarixi 2000, 2500-3000 il yaşı olan tarixi əşyaları, maddi mədəniyyət nümunələrini tapır və onları çıxarıb “qara bazaar”da satırlar. Onlar “qara bazar”a çox asanlıqla yol tapırlar. Təəssüf ki, belə xoşagəlməz tendensiya var. Bu yaxınlarda biz belə halla qarşılaşdıq, onu ictimailəşdirmədik, lakin onunla bağlı müvafiq orqanlara məlumat verdik. Vətəndaş “bu mənim həyətimdir, sahəmdir, evimdir” deyib belə şeylərə yol verə, ürəyi istəyəni edə bilməz. Bununla bağlı qanun var, qanunvericiliyin tələbləri var və bütün işlər də qanun çərçivəsində həyata keçirilməlidir. Bu təkcə fərdi şəxslərə, sadə vətəndaşlara aid deyil, bütün qurumlara da aiddir. Bəzi dövlət qurumları da var ki, tarix-mədəniyyət abidələrinə çox məsuliyyətsiz yanaşırlar, tarixi abidələrin yerləşdiyi, mövcud olduğu ərazilərdə iş görərkən abidələrə ziyan vururlar. Məsələn, su-kanalizasiya, işıq xətti, qaz xətti çəkilərkən, park salarkən məsuliyyətsizlik edib həmin sahəni buldozerlə kürüyürlər, bunun da nəticəsində orada olan abidələr yararsız hala düşür. Bu məsələdə ancaq vətəndaşın deyil, aidiyyəti və aidiyyəti olmayan dövlət qurumlarının da məsuliyyətlə davranması vacibdir. Çox təəssüf ki, bu kimi məsələlərdə elmi yanaşma və maarifçilik yoxdur. Vətəndaşların əksəriyyəti maddi mədəniyyət abidələrinə, mədəni irsə münasibət məsələsində hələ maariflənməyiblər. Hər kəs bilməlidir ki, onun həyətində, ərazisində olan tarixi mədəniyyət abidəsi, maddi irs nümunəsi ona yox, Azərbaycan xalqına, dövlətinə məxsusdur, onun sərvətidir. Heç kəsin maddi irsi talamağa, məhv etməyə ixtiyarı yoxdur. Dünya bu günlə bitmir ki, sabah da var. Hər kəs öz məsuliyyətini dərk etməlidir. Bütün bu işlərin başında vətəndaş məsuliyyəti dayanır”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ