Cümə günü, 09 oktyabr 2026
     

Cumhuriyyətin 100 illiyi ilə bağlı bədii-sənədli filmin çəkilişlərinə başlanıb…

Image


Şamil Əliyev: “Cumhuriyyətin 100 illiyi ilə bağlı filmin Bakı Media Mərkəzi tərəfindən çəkilməsi düzgün qərardır”
Zülfiyyə Eldarqızı: “Cumhuriyyət tarixi haqqında film çəkilməsi xalqımızın, dövlətimizin öz tarixinə sahib çıxmasının təzahürüdür”

 

Milli dövlətçilik tariximizin formalaşmasında müstəsna rolu olan Azərbaycan Xalq Cumhuriyyətinin 100 yaşı tamam olur. Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd edilməsi və 2018-ci ilin “Cumhuriyyət ili” élan olunması ilə bağlı Sərəncam imzalayıb. “Cumhuriyyət ili” çərçivəsində bir sıra layihələr həyata keçirilməyə başlayıb.

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə görülən işlər sırasına bədii-sənədli filmin çəkilməsi də daxildir. Məlumatlara görə, Bakı Media Mərkəzi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr edilən bədii-sənədli filmin çəkilişlərinə başlayıb.

Mərkəzdən mətbuata verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanan filmin baş prodüsseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.

Qeyd edək ki, filmin əsas məqsədi 23 aylıq şərəfli yol keçən Azərbaycan Xalq Cumhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini vurğulamaqdır.

Onu da nəzərə çatdıraq ki, ekran əsərində Cumhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qəti mübarizə əks olunur. Bu mübarizənin sonu faciəli olsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin, Azərbaycan Xalq Cumhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

Məlumatlara görə, filmin 28 May-Respublika Günü ərəfəsində geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

Yeri gəlmişkən, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?”, “Əbədi ezamiyyət”, “Multikulturalizm ili”nə həsr olunmuş “Bir günəş altında” və digər filmlər yer alır.

Bakı Media Mərkəzi tərəfindən Cumhuriyyətin 100 illiyinə həsr edilən filmin çəkilşlərinə başlanmasını təqdir edən tanınan kinorejissor Şamil Əliyev bizimlə söhbətində bildirdi ki, filmin çəkilməsi olduqca müsbət haldır. Ş.Əliyev qeyd etdi ki, Azərbaycan dövləti hər zaman tarixi keçmişimizə, tariximizin şərəfli, işıqlı səhifələrinə böyük qayğı və diqqətlə yanaşır: “Bu, dövlətimiz üçün siyasi, ictimai, mədəni əhəmiyyəti olan bir layihədir. Bilirsiniz ki, cənab Prezident Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd edilməsi və “Cumhuriyyət ili”nin elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Cumhuriyyətin 100 illiyinə həsr edilən filmin çəkilməsi də sərəncamın tərkib hissəsinə daxildir. Deyim ki, Cumhuriyyətin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərin ən vaciblərindən biri məhz filmin çəkilməsidir. Düşünürəm ki, bu mövzuda filmin çəkilməsi böyük əhəmiyyətə malikdir. Mədəniyyətin digər sahələrində də Cumhuriyyətin 100 illiyi ilə bağlı maraqlı layihələr həyata keçiriləcəyinə inanıram. Cumhuriyyətlə bağlı kinematoqraflar əhəmiyyətli, vacib işlər görürlər. Bu layihə olduqca ciddi və məsuliyyətli bir layihədir. Bakı Media Mərkəzinin bu layihəni həyata keçirərək Cumhuriyyət haqqında film çəkməsi çox yerinə düşdü. Onu da deyim ki, bu layihənin həyata keçirilməsi işinə zamanında başlanıb. Bildirim ki, Cumhuriyyətin 100 illiyi ilə bağlı filmin Bakı Media Mərkəzi  tərəfindən çəkilməsi düzgün qərardır. Çünki Bakı Media Mərkəzinin maddi-texniki bazası çox genişdir, orada professional Azərbaycan kinematoqrafları çalışırlar. Əminəm ki, bu filmin çəkilişləri olduqca yüksək səviyyədə həyata keçiriləcək və bu, Cumhuriyyət tarixinə böyük bir töhfə olacaq”.

Bu filmin Cumhuriyyət tarixinin, Cumhuriyyət qurucularının təbliğində əhəmiyyətli rol oynadığını deyən Ş.Əliyev hesab edir ki, hər bir tarixi filmin dövlətçilik ənənəsinin, siyasətinin təbliğində rolu böyükdür. “Bu film Azərbaycanın dövlətçilik tarixinin ən işıqlı, ən parlaq səhifələrindən bəhs edir. Biz film təqdim ediləndən sonra bütün bu işıqlı cəhətləri daha yaxından görə biləcəyik. Bilirsiniz ki, dövlətimiz bu itiqamətdə çəkilən filmlərin təbliğatına xüsusi önəm, əhəmiyyət verir. Biz sənət adamları, elm xadimləri dövlətçilik ənənələrinin təbliği ilə bağlı dəstəyimizi əsirgəməməliyik” - deyə bildirən Ş.Əliyevin fikrincə, indiyə qədər Bakı Media Mərkəzi tərəfindən çəkilən digər bədii filmlər kimi, Cumhuriyyət tarixindən bəhs edən filmin də beynəlxalq aləmdə təbliğatı həyata keçirilə bilər. O qeyd etdi ki, Mərkəz tərəfindən ekranlaşdırılan bir sıra filmlər dünya telekanallarında nümayiş olunur.

Ş.Əliyev hesab edir ki, Mərkəzin Cumhuriyyətlə bağlı çox səviyyəli bir film çəkəcəyinə inanır: “Sözsüz ki, bu film çəkildikdən sonra onun ölkəmizlə yanaşı, dünyada da təbliğatı həyata keçiriləcək. Onu da qeyd edim ki, Bakı Media Mərkəzinin istehsal etdiyi “Əli və Nino” filmində də Cumhuriyyət haqqında kadrlar var və o film Avropa Şurasında nümayiş olunub. Müşahidələr göstərir ki, Bakı Media Mərkəzi bu cür layihələri çox yüksək səviyyədə həyata keçirir”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızının fikrincə də Cumhuriyyətin 100 illiyi ilə bağlı filmin çəkilməsi olduqca müsbət haldır. Aktrisanın sözlərinə görə, dövlətin azərbaycançılıq ideologiyasına, Cumhuriyyətin 100 illiyinə verdiyi böyük dəyərin təzahürü olaraq belə bir filmin çəkilişlərinə start verilib: “Cumhuriyyət tarixinin geniş təbliğatı olduqca vacibdir. Dövlət tərəfindən bu istiqamətdə çox böyük işlər görülür, layihələr həyata keçirilir. Müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Dövlətimiz hər zaman bu varislik ənənəsinə sadiq qalıb. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı bədii-sənədli filmin çəkilməsini çox yüksək dəyərləndirirəm. Bu filmin çəkilişlərinə başlanması ictimaiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Şanlı tariximizin səhifələrinə, bu tarixi yaradan şəxsiyyətlərin işıqlı xatirəsinə ayna tutan bu filmin gənc nəslin Cumhuriyyət ənənələrinə bağlanmasında önəmli rolu olacaq. Düşünürəm ki, Cumhuriyyət tarixi haqqında film çəkilməsi xalqımızın, dövlətimizin öz tarixinə sahib çıxmasının təzahürüdür”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ