Cümə günü, 09 oktyabr 2026
     

Xaricdə “Azərbaycan kino günləri” layihəsinin yeni səhifələrini açmağa ehtiyac var

Image


Zülfiyyə Eldarqızı: “Son illər Azərbaycan kinematoqraflarının çəkdiyi filmlər xarici tamaşaçıları özünə cəlb edir”
Təranə Əlizadə: “Xaricdə “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində filmlərimizin təqdim edilməsi milli kinomuzun təbliğinə xidmət edir”

 

Azərbaycan kinosu artıq dünyaya çıxmaqdadır. Milli kinomuzun xarici ölkələrdə təbliğ edilməsi sahəsində dövlətin aidiyyəti qurumları tərəfindən məqsədyönlü işlər aparılır. Azərbaycan kinosunun dünyaya çıxışı yalnız müxtəlif festivallar vasitəsilə həyata keçirilmir, həm də xarici ölkələrdə “Azərbaycan kinosu günləri” keçirilir. Xarici ölkələrdə Azərbaycan kinosunun təqdim edilməsi sözsüz ki, kinomuzun təbliğinin həyata keçirilməsi istiqamətində atılan addımdır.

Xaricdə “Azərbaycan kinosu günləri”nin keçirilməsinin əhəmiyyətini qeyd edən ekspertlər vurğulayırlar ki, bu amil kinomuzun geniş səviyyədə tanınmasına xidmət edir.

Kinoşünaslar bildirirlər ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” milli kino sənətinin inkişafında yeni mərhələnin başlanması hesab edilir. Qeyd edilənə görə, Dövlət Proqramının əsas istiqamətlərindən biri Azərbaycan kinosunun beynəlxalq aləmdə təbliği ilə bağlıdır. Xarici ölkələrdə “Azərbaycan kinosu günləri”nin təşkil edilməsinin faydalı olduğunu deyən ekspertlər bildirirlər ki, müasir Azərbaycan kinosu əcnəbi tamaşaçılar tərəfindən maraqla qarşılanır.

Ekspertlər deyirlər ki, milli kino sənayesinin inkişafı istiqamətində son illər görülən işlər çoxlu nailiyyətlərin əldə edilməsinə səbəb olub.

Ekspertlərə görə, bu il kinomuzun 120 illiyi münasibətilə daha çox ölkədə “Azərbaycan kinosu günləri” keçirilməlidir. Azərbaycan kinosunun ötən müddətdə əlamətdar hadisələrlə zəngin inkişaf yolu keçdiyini vurğulayan ekspertlər deyirlər ki, bu filmlər xalqımızın mədəni-mənəvi həyatında müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan kinosunun xarici ölkələrdə təbliğatından danışan sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı bizimlə söhbətində vurğuladı ki, xarici ölkələrdə keçirilən “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində Azərbaycan kinosunun da əcnəbilərə təqdim edilməsi təqdirəlayiq haldır. “Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk illərdə məlum səbəblərdən kino sənayesi tənəzzül dövrü yaşayıb. Ancaq şükür ki, bu hal uzun sürmədi və kino sənayemiz də inkişaf etməyə başladı. O dövrdə Azərbaycan kinosunu “ölümdən” ümummilli lider Heydər Əliyev qurtardı.

Ölkə başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” milli kino sənətinin inkişafında yeni mərhələnin başlanması idi. Bu gün Azərbaycanda maraqlı filmlər yaranıb. Bu filmlər artıq xarici ölkə tamaşaçılarına da təqdim edilir. Kino inkişaf edirsə, onun tərəqqisi gözdən qaça bilməz. Son illər Azərbaycan kinematoqraflarının çəkdiyi filmlər xarici tamaşaçıları özünə cəlb edir. Yaxşı haldır ki, milli kinomuz həm ənənəvi simasını qoruyur, həm də müasirliyə can atır. Dünya isə bunu qəbul edir. Ümumiyyətlə, hər bir xalqın kinosunda özünəməxsus çalarların olması mütləq lazımdır. Bizim kino Avropa kinosunu təqlid etsə, maraqsız görünər. Deyim ki, klassik Azərbaycan filmləri də xarici ölkələrdə nümayiş etdirilməlidir. Çünki bu filmlər olduqca maraqlı, özünəməxsus milli filmlərdir. İnanıram ki, bu filmlərə əcnəbilər maraqla baxarlar” - deyə bildirən Z.Eldarqızı qeyd etdi ki, son illərdə kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 44 tammetrajlı bədii, 50 qısametrajlı bədii çəkilib. O hesab edir ki, xaricdə keçirilən “Azərbaycan kinosu günləri” çərçivəsində bu filmlər növbəli şəkildə təqdim edilə bilər: “İndiyə qədər bir sıra ölkələrdə “Azərbaycan kinosu günləri” çərçivəsində filmlərimiz nümayiş olunub. Rəsmi məlumata görə, Azərbaycanın mədəniyyətini, tarixini, adət-ənənələrini, turizm potensialını, ölkəmizin müasir inkişafını əks etdirən bədii və sənədli filmlərin nümayişi məqsədilə Rusiya, İtaliya, Fransa, Türkiyə, İran, Macarıstan, Gürcüstan, Braziliya, İngiltərə, Koreya, Özbəkistan və Tacikistanda Azərbaycan kinosu günləri keçirilib”.

Z.Eldarqızı hesab edir ki, milli kino sənayesinin inkişafı istiqamətində, filmlərimizin təbliği sahəsində görülən işlər nəticəsində müxtəlif ölkələrdə “Azərbaycan mədəniyyəti günləri” proqramı çərçivəsində keçiriləcək tədbirlər sırasında milli kinomuzun nümayişi də var.

Qeyd edək ki, bu il “Azərbaycan mədəniyyəti günləri” proqramı çərçivəsində Türkiyədə sərgilər, konsertlər, o cümlədən də Azərbaycan filmlərinin nümayişi keçiriləcək.

Sənətşünas Təranə Əlizadə də hesab edir ki, xarici ölkələrdə “Azərbaycan kinosu günləri”nin keçirilməsinin əhəmiyyəti böyükdür: “Son illər davamlı olaraq Azərbaycan filmləri dünyanın müxtəlif ölkələrində nümayiş olunur. Bu olduqca müsbət haldır. Xaricdə “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində filmlərimizin təqdim edilməsi milli kinomuzun təbliğinə xidmət edir. Azərbaycan kinosu artıq dünya kino ailəsinin hüquqi üzvüdür. Son illər çox maraqlı filmlər çəkilib. O filmlər xarici ölkə tamaşaçılarında Azərbaycanla bağlı təəssürat yaradır. Belə tədbirlərə Qarabağ müharibəsi ilə bağlı filmlər də salmaq olar. Çünki bu olduqca vacib məsələdir”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ