Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan teatrları hansı beynəlxalq teatr festivallarına qatılırlar?

Image


Xəyalə Rais: “Qeyd edim ki, teatrlarımız həm qonşu dövlətlərdə, həm MDB respublikalarında, həm də uzaq Avropa ölkələrində keçirilən festivallara qatılırlar”

 

Azərbaycan teatrlarının beynəlxalq məkana çıxarılması sahəsində xeyli iş görülüb. Son illər teatrlarımız xarici ölkələrdə keçirilən beynəlxalq teatr festivallarına qatılırlar.

Əvvəlki illərdə teatrlarımız əsasən Türkiyə, İran, Gürcüstan və Rusiyada keçirilən festivallara qatılırdılarsa, bu gün Avropa ölkələrində keçirilən festivallarda iştirak edirlər. Əlbəttə, Azərbaycan teatrlarının beynəlxalq aləmə çıxması, öz simasını tanıtması olduqca vacib məsələdir.

Qeyd edək ki, Azərbaycan teatrlarının xarici ölkələrdə keçirilən festivallara təqdim etdikləri tamaşaların da səviyyəsi zəif deyil.

Teatrşünas Xəyalə Rais bizimlə söhbətində qeyd etdi ki, teatrların beynəlxalq aləmə çıxması olduqca müsbət haldır. O hesab edir ki, hər bir teatrın inkişafında beynəlxalq festivalların böyük rolu var: “Son illər Azərbaycan teatrlarının beynəlxalq əlaqələri güclənir. Teatrlarımız dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edirlər. Qeyd edim ki, teatrlarımız həm qonşu, həm MDB, həm də uzaq Avropa ölkələrində keçirilən festivallara qatılırlar. Bu gün Azərbaycan teatrı dünya teatr məkanında özünü tanıtmağa çalışır. Dünya teatrı tamam başqa bir istiqamətdə inkişaf edir və bizim teatrlarımız da o istiqaməti tutmağa çalışır. Hesab edirəm ki, teatrlarımız buna nail olmaqdadır. 2015, 2016, 2017-ci illərdə teatrlarımızın iştirak etdiyi festivallara nəzər salsaq görərik ki, bu sırada daha çox uzaq ölkələr durur. Beynəlxalq teatr festivallarının keçirilməsi və belə festivallarda hər hansı bir teatrın iştirakı çox önəmli hadisədir. İlk olaraq onu qeyd etməliyik ki, ölkə başçımızın Azərbaycan teatrının inkişaf etdirilməsi barədə 2009-2019-cu illər üçün təsdiq etdiyi Dövlət Proqramında teatrlarımızın dünya teatr məkanına inteqrasiyası da öz əksini tapıb. Beynəlxalq teatr festivallarında Azərbaycandan bu və ya digər teatrın iştirakı ilk növbədə həmin teatrın festivala qatılan digər ölkə teatrları tərəfindən tanınması və ümumilikdə, Azərbaycan teatrının bugünkü vəziyyəti barədə tanışlıq imkanı yaradır. Daha sonra xarici ölkə teatr rəhbərləri ilə görüşlər, həmin teatrların yaradıcı və texniki bazası ilə tanışlıq, qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması, dünya teatr məkanında baş verən yeniliklərdən xəbərdar olmaq baxımından da çox əhəmiyyətlidir. Hazırda dünyanın, demək olar ki, bütün inkişaf etmiş ölkələrinin nüfuzlu teatr qurumları beynəlxalq teatr festivalları təşkil edir. Hesab edirəm ki, ən məşhur teatr festivallarından biri Böyük Britaniyanın Edinburq şəhərində keçirilən festivaldır ki, təxminən bir neçə ay davam edir. Tamaşalar həm qapalı salonlarda, həm də küçə və meydanlarda baş tutur. Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Kazan, Perm şəhərlərində, Polşa Respublikasında, Türkiyədə məşhur teatr festivalları, demək olar ki, ənənəvi olaraq keçirilməkdədir. Azərbaycan teatrları da bu festivallara qatılırlar”.

Onun sözlərinə görə, keçən ildə Azərbaycan teatrları bir sıra festivallarda iştirak ediblər. O qeyd etdi ki, ölkəmizin baş teatrı olan Akademik Milli Dram Teatrının son iki ildə iştirak etdiyi festivalların sırasında çox nüfuzlu festivallar var. “Bu teatr Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi Bolqarıstanın Varna şəhərində keçiriləcək beynəlxalq festivalda təmsil edib. Ölkəmizi bu teatr “İuda” monopyesi əsasında hazırlanan tamaşa ilə təmsil etdi. Bu teatr, həmçinin, Bursa 5-ci Beynəlxalq Teatr Festivalında çıxış edib. Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivalda kollektiv xalq yazıçısı Elçinin “Teleskop” pyesi əsasında hazırlanan eyniadlı, ikihissəli tragikomediya ilə səhnəyə çıxıb. Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçirilən Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib. Təbriz şəhərində keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında teatrın kollektivi dahi Üzeyir Hacıbəyovun məşhur “Ər və arvad” ikihissəli musiqili komediyasını təqdim edib” - deyə bildirən ekspert qeyd etdi ki, bu festival da teatr sənəti üçün böyük əhəmiyyət kəsb edir.

X.Rais bildirdi ki, Azərbaycan teatrları Avropa ölkələri ilə yanaşı, Şərq ölkələrində keçirilən festivallarda iştirak edirlər: “Sevindirici haldır ki, festivallara səviyyəli əsərlər aparılır. Son zamanlar teatrların repertuarında səviyyəli tamaşalar artmaq üzrədir. Bu müsbət haldır. Artıq teatrlarımız dərk edirlər ki, dünya tamaşaçıları, teatrsevərlər tamaşalara müasir yanaşma tələb edir”.  

X.Rais vurğuladı ki, 2018-ci ilin ilk ayları olmasına baxmayaraq, artıq bir neçə teatr beynəlxalq festival və olimpiyadalara qatılmağa hazırlaşır. O dedi ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bir neçə gündən sonra Hindistana yola düşəcək: “Bu teatrın kollektivi 2018-ci il 17 fevral tarixindən 8 aprel tarixinədək Hindistanda keçiriləcək VIII Beynəlxalq Teatr Olimpiadasında iştirak etmək üçün dəvət alıb. Bu məqsədlə teatrın yaradıcı kollektivi mart ayının 2-dən 8-dək Hindistana səfər edəcək. Maraqlıdır ki, bu olimpiadada ölkəmizi indiyə qədər bir neçə teatr da təmsil edib. Deyim ki, bundan əvvəl teatr olimpiadasında ölkəmizi Dövlət Kukla Teatrı, Sumqayıt Musiqili Dram Teatrı təmsil ediblər. Onu da xatırladım ki, həmçinin, Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 2013-cü ilin mart ayının 26-dan  4 aprel tarixinədək Şri-Lankada keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak etmişdi və teatr festivalda P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil olunmuşdu.  Dövlət Gənc Tamaşaçılar Teatrı son illər Sankt-Peterburqda keçirilən II Beynəlxalq “ArtOkraina” mono və kiçikhəcmli tamaşalar festivalında (2011-ci il 10-20 noyabr), Əl-Füceyra Əmirliyində (BƏƏ) keçirilən V Monodram Beynəlxalq Teatr Festivalında Avstriya dramaturqu və publisisti Peter Turrininin “Axır ki...” adlı mono tamaşası (2012-ci il yanvar ayı), İran İslam Respublikasında ənənəvi olaraq keçirilən 33-cü “Fəcr” Beynəlxalq Teatr Festivalında (2012-ci il yanvar ayının 28-dən fevral ayının 2-dək) və Belarus Respublikasının Brest şəhərində ənənəvi olaraq keçirilən XVII Beynəlxalq “Belaya Veja” adlı teatr festivalında (2012-ci il sentyabr ayının 6-dan 11-dək) görkəmli italyan aktyoru və dramaturqu Peppino De Filipponun “Don Rafael trombonçu” tamaşası, 2014-cü ilin may ayında kollektiv Türkiyənin Dənizli şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında M.Vahidzadənin “Bir səbət tənhalıq”, 2014-cü ilin oktyabr ayında Perm şəhərində keçirilmiş “I Martin MakDonax” Beynəlxalq Teatr Festivalında müəllifin trilogiyasına daxil olan “Yalqız Qərb” tamaşası ilə uğurla çıxış edib. Bundan başqa, teatr 4 beynəlxalq festivalda iştirak edib. Yaradıcı heyət həmin festivallarda “Qoca kloun” (Türkiyə Cumhuriyyətinin Trabzon şəhərində), “Dəlinin qeydləri” (Moskva vilayəti Lobnya şəhərində), “Mən gəldim, qızlar” (RF-nin Orenburq şəhərində) və “Hekayəti xırs quldurbasan” (London şəhərində) tamaşaları ilə çıxış edib. Demək istəyirəm ki, ən çox festivalda iştirak edən teatrlardan biri Gənc Tamaşaçılar Teatrıdır. Mən daha çox onun qatıldığı festivallardan danışdım”.

Teatrşünas qeyd etdi ki, Hindistan-Azərbaycan teatr əlaqələri çox möhkəmdir və Azərbaycanda keçirilən teatr konfransları çərçivəsində UNESCO-nun nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) Hindistan nümayəndəliyi ilə ASSİTEJ Azərbaycan Milli Mərkəzi arasında görüşlər keçirilib, bu görüşlər zamanı qarşılıqlı əlaqələr mövzusunda fikir mübadiləsi aparılıb: “Məlumatıma görə, gələcəkdə Azərbaycan və Hindistan aktyrolarının birgə iştirakı ilə ortaq tamaşanın hazırlanması nəzərdə tutulur. Ümumiyyətlə, beynəlxalq teatr festivalları, olimpiadaları zamanı teatrlar bir-birilə daha sıx əlaqə yarada bilirlər”. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ