Cümə günü, 09 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Səttar Bəhlulzadə

Image


Səttar Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakının Əmircan qəsəbəsində anadan olub. Atası Bəhlul bəy, anası Hökumə xanımdır. Səttar Bəhlulzadə ilk təhsilini məhəllə məktəbində alıb. Orta təhsil aldıqdan sonra 1927-1931-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxuyub. İstedadlı gənc rəssam yaradıcılığa o dövrdə yaxşı tanınan və sevilən rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində başlayıb. 1931-1933-cü illərdə qəzetdə onun müasir məzmunlu ilk karikaturaları çap olunub.

Fəqət ustadı ona qabiliyyətini boyakarlıqla sınamağı, bunun üçünsə təhsilini davam etdirməyi məsləhət görüb. Beləliklə, gənc Səttar Moskvaya yollanır və Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. Burada o, 1933-1940-cı illərdə məşhur rəssamlar V.A.Favorski və Q.M.Şaqalın rəhbərliyi altında ümumən rəssamlıq sənətini, o cümlədən də boyakarlığın sirlərini ciddi-ciddi öyrənir.

Səttar Bəhlulzadə Vətənə qayıdar-qayıtmaz faşist Almaniyası SSRİ-yə hücum edir. Azərbaycanın elm və mədəniyyət xadimləri ilə birlikdə rəssamları da bu dövrdə bütün qüvvələrini xalqımızı qələbəyə ruhlandıran sənət əsərləri yaratmağa sərf edirlər. Siyasi-təşviqat plakatları çəkir, səyyar rəsm sərgiləri yaratmaq sahəsində yorulmaq bilmədən çalışırlar. Vətən müharibəsi, yadelli qəsbkarlara nifrət rəssamlarımızın əsas mövzuları idi. 1941-1945-ci illərdə Səttar Bəhlulzadə “Babək üsyanı” və “Fətəli xan” əsərlərini çəkir. Bu əsərlərdə o, torpaqları uğrunda canını fəda etməyə hazır olan tarixi şəxsiyyətləri təsvir edir. “Bəzz qalasının müdafiəsi” lövhəsi boyaların ahəngi, koloritin dürüstlüyü ilə fərqlənir, eyni zamanda vətən torpağına məhəbbət hissi aşılayır.

Müharibədən sonrakı illərdə Səttar Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənir və o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayır. 1946-1947-ci illərdə respublika bədii sərgilərində rəssamın Abşeron etüdləri – “Buzovnada neft mədənləri”, “Əmircan”, “Bakıda atəşfəşanlıq” və s. əsərləri nümayiş etdirilir. Tənqidçilər yeni üslubda fəaliyyət göstərən istedadlı rəssamın getdikcə daha da püxtələşdiyini qeyd edirlər.

Tarixi şəxsiyyət Səttar Bəhlulzadə təəssürat rəssamıdır. O, təbiətin zəngin boyalarından, günün müxtəlif çağlarından, ilin fəsillərindən aldığı təəssüratları yalnız ona məxsus xüsusi məharətlə verə bilirdi. Onun “Qədim atəş” (1967), “Odlu torpaq”, “Əbədi məşəllər”, “Abşeron tağı” (1970) mənzərələrində fərdi təəssüratdan doğan lirik hisslər, həyəcanlar həlledici rol oynayır.

Azərbaycanın müxtəlif rayonlarını qarış-qarış gəzən rəssam bir çox təbiət mənzərələri yaradıb. Rəssamı ilhama gətirən təbiət mötivləri rəngarəngdir. O, səfalı dağ mənzərələrini, meyvə bağlarını, bərəkətli pambıq tarlalarını, baharın gözəlliyini, payızın qızılı rəhglərini dönə-dönə, hər dəfə də vurğunluqla tərənnüm edib. “Doğma düzənliklər” (1957), “Gölməçələrdə ördəklər” (1955) şairanə mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam “Yuxarı Daşaltı” (1955), “Cıdır düzü (1957), “Dumanlı dağlar” (1957), “Yaşıl xalça” (1957) lövhələrində Qarabağın səfalı yerlərini fırçasının möcüzəsi ilə kətan üzərində çanlandırıb.

Müşahidəçi rəssam hər dəfə yeni-yeni mənzərə motivləri tapır, təbiətin gözəlliklərini insan əməyi ilə əlaqələndirirdi. Bu mənada rəssamın Abşeron təbiətinə həsr etdiyi “Neft daşları” mənzərə silsiləsi onun yaradıcılığında xüsusi yer tutur. Həmin silsilə Xəzərdə salınan əfsanəvi neft şəhəri haqqında poetik təsəvvür yaradır. Səttar Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər gözəli” (1960), “Suraxanı atəşgahı” (1970)), “Əfsanəvi torpaq” (1971) əsərlərində rəssam tədricən rəng palitrasını zənginləşdirib, koloritin dekorativliyinə nail olub. Bəhlulzadənin “Xəzər üzərində axşam” (1958) mənzərəsi rəssamın geniş şöhrət qazanan əsərlərindəndir. Bu əsərdə mavi, gümüşü dumanlar arasından göy dənizin səthi üzərində yüksələn əfsanəvi estakada və neft buruqları sanki zühur edir. Bu qəribə mənzərə təbiətin sənaye ilə vəhdətini göstərən şairanə nəğmə kimi səslənir.

Səttar Bəhlulzadənin lirik, poetik mənzərələr ustası olmasını 1947-1953-cü illərdə yaratdığı “Qudyalçay sahili”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, həmçinin “Kəpəzin göz yaşları” (1965), “Vətənimin baharı” (1967), “Azərbaycan nağılı” (1970), “Şahnabat” (1973), “Naxçıvan. Axşamçağı Ordubad bağlarında” (1974) mənzərələri birmənalı şəkildə təsdiqləyib. O, real mənzərə motivlərini rəssam təxəyyülünün məhsulu olan şərti təsvir formaları ilə əlaqələndirməyi bacarıb. Mənzərələrin koloritində açıq rənglərin vəhdəti (ağ, mavi, çəhrayi, yaşıl və s.) əsas yer tutur. “Muğanda bahar” (1961), “Bağlar arasında” (1960), “Çiçəklənən torpaq” (1960), “Torpağın arzusu” ( 1964), “Nağıl” (1970) və s. əsərlərində doğma torpağa və onu dəyişdirən zəhmət adamlarına hədsiz məhəbbət elə ilk baxışda aşkar duyulur.

Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi həmişəlik həkk olunub. O, müxtəlif rənglərin yeni çalarlarını kəşf edərək onların ahəngindən gözəl lövhələr yaradıb. Onun rəng palitrasının zənginliyi, poetik əhval-ruhiyyə və kolorit gözəlliyi ilə seçilən orijinal üslublu əsərləri milli təsviri sənətin ən qiymətli inciləri sırasındadır.

Səttar Bəhlulzadə yaradıcılığının özünəməxsus xüsusiyyəti var. Həmin xüsusiyyət onun əsərlərində aydın görünür. Bu qeyri-adilik onun daxili fəlsəfi aləmi ilə, onun dünyagörüşü və fitri istedadı ilə bağlıdır. Şübhəsiz ki, belə əsərlər yarada bilən adam, o dövrdə klassik üslubdan kənara çıxıb öz yolu ilə gedən, öz rəssamlıq məktəbini yaradan bir insan həm öz şəxsiyyətinə, həm də sənətkarlığına və yaradıcılığına görə adi deyil. Ona görə də bizim rəngarəng mədəniyyətimizdə, o cümlədən rəssamlıq məktəbimizdə Səttar Bəhlulzadə yaradıcılığı ilə yeni bir səhifə, yeni üslub açılıb. Avropa Pikasso kimi böyük rəssamı ilə fəxr edirsə, biz də iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanın da Pikassoya bərabər Səttar Bəhlulzadə kimi rəssamı var və Azərbaycan da onunla fəxr edir.

Səttar Bəhlulzadə Azərbaycan rəssamlıq sənətində yeni bir məktəb yaradıb. Onun

əsərləri, sənətkarlıq və rəssamlıq üslubu çox orijinal və özünəməxsusdur. Məhz bu özünəməxsusluğun nəticəsidir ki, rəssamın əl işinə bələd olanlar onun əsərlərini görən kimi tanıyır, müəllifin Səttar Bəhlulzadə olduğunu qeyd edirlər. 

Bəli, Azərbaycan xalqı zəngin mədəniyyət və incəsənət tarixinə malikdir. Xalqımız əsrlər boyu dünya sivilizasiyasına mədəniyyətinə böyük töhfələr verib. Mədəniyyətimizin böyük bir sahəsi rəssamlıq sənətidir və bu sahədə Azərbaycan xalqının dünya mədəniyyətində öz yeri var. XX əsr Azərbaycan xalqının mədəni həyatında çox böyük hadisələr dövrü olub. XX əsrdə mədəniyyətimiz bütün sahələrdə sürətlə inkişaf edib, dünya mədəniyyətinə böyük simalar bəxş edib. Onların arasında rəssamlıq sahəsində Səttar Bəhlulzadənin xüsusi yeri var. O, nəinki Azərbaycan, həm də bütün dünya mədəniyyəti üçün, dünya rəssamlıq sənəti üçün görkəmli bir simadır və böyük mədəni irs qoyub. Azərbaycan xalqı belə bir şəxsiyyəti ilə fəxr edir. Çünki o öz əsərləri ilə Azərbaycan mədəniyyətini zənginləşdirdi. Eyni zamanda Azərbaycan mədəniyyətini, incəsənətini bütün dünyaya tanıtdı.    

Səttar Bəhlulzadənin özünəməxsus aləmi var idi. O, fəlsəfəyə bağlı bir insan idi. Ona görə də yaratdığı əsərlər onun daxili dünyasını açır. O, qeyri-adi bir insan idi və bu qeyri-adiliyini öz əsərləri ilə hamıya nümayiş etdirib. O, əzmkar və fədakar, sənətini çox sevən və bütün həyatını öz sənətinə həsr edən bir adam olub. Bu insan heç vaxt şan-şöhrət, ad, mükafat dalınca getməyib. Çoxlarını düşündürən belə şeylər onu heç vaxt maraqlandırmayıb. O, çox sadə və təvəzökar bir insan idi. Onun daxili aləmi, mənəviyyatı, yaratdığı əsərlər o qədər böyükdür ki, bunlar onu bizə böyük bir sima kimi tanıdıb. Səttar Bəhlulzadə insanların ruhunu və zövqünü oxşamaq, “Həyat gözəllikdir” həqiqətini sənətilə sübut etmək üçün öz taleyini, şəxsi həyatını ədəbi sənət yolunda qurban verən nadir sənətkarlardan idi. Onun kimi ustada ölüm yoxdur! O bütün dövrlərin oğludur. Bu ad dünya durduqca yaşayacaq, Azərbaycan xalqının mədəniyyət tarixindən heç vaxt silinməyəcək.

Səttar Bəhlulzadənin çox qəmli gözləri vardı. Amma bu qəmli gözlərlə o, dünyanı bol günəşli, işıqlı, bahar səsləri ilə dolu görürdü. Böyük rəssamlar insanlara sevinc və gözəlliyi duymanı bəxş edən gül-çiçəyə bənzəyirlər. Odur ki, onların nəyisə qazanmaq iddiası yox, acılı-şirinli taleləri olur. Bəziləri ən gözəl əsərini lap cavanlığında, bəziləri isə orta yaş dövründə, bir qismi də qocalığında yaradır. Səttar o sənətkarlardandır ki, yaradıcılığında həmişə cavan və təravətli, həm də müdrik olub.

Heç şübhəsiz, dünya şöhrətli rəssam Səttar Bəhlulzadənin yaradıcılığı daha yüksəklərə qalxacaq, dəyəri daha da artacaq. Onun yaradıcılığı bizim millət üçün bir mədəniyyət mənbəyidir, xalqımızı, onun mədəniyyətini daha yüksəklərə qaldırır. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir.

Səttar Bəhlulzadənin tabloları respublika, ümumittifaq, habelə rəssamın fərdi sərgilərində göstərilib, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Bolqarıstan, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və s. ölkələrdə keçirilən sovet təsviri sənəti sərgilərində nümayiş etdirilib.

1964-cü ildə Praqada Bəhlulzadənin qrafika əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub. Hazırda onun əsərləri R.Mustafayev və Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində və çox böyük hissəsi şəxsi kolleksiyalarda saxlanır. Məhsuldar fəaliyyətinə və yüksək sənətinə görə Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960), Azərbaycan SSR Xalq rəssamı (1963) fəxri adlarına layiq görülən rəssama 1972-ci ildə Azərbaycan SSR Dövlət mükafatı verilib. O, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib.

Görkəmli Azərbaycan rəssamı, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından və ən böyük ustadlarından biri Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib, Əmircana gətirilərək doğma kəndində dəfn olunub.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
Professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ