Cümə günü, 09 oktyabr 2026
     

Yunus Oğuzun özü və sözü

Image


Mən yazar dostum Yunus Oğuzu uzun illərdir ki, tanıyıram. Bu yaxınlarda bir tədbirdə dediyim kimi, 30 ildir birlikdə yol gəlirik və bu yolun bitməyəcəyinə inanıram. Bəri başdan onu da deyim ki, Yunus Oğuzla müəyyən ictimai-siyasi məsələlərə, roman janrına, onun təhkiyə formasına münasibətdə fikir ayrılığımız olsa da, vətən sevgisində sabitik.

Onu da deyim ki, Yunus Oğuz bir türkçü və millətçi kimi sabit-qədəmdir. Mən Azərbaycan bayrağı haqqında danışarkən onun necə kövrəldiyinin şahidiyəm. Yunus Oğuz hansı tədbirdə olur-olsun, içdəmi, dışdamı, öz türkçü və milli kimliyini daim qabardan və bundan qətiyyən çəkinməyən insandır. Bu yazımda da təkcə onun yaradıcılığından yox, həm də şəxsi dəyərlərindən söz açacam...

***

Qarlı qış günlərinin birində, yaxın dostlarımızın birinin məclisində Yunus Oğuz qulağıma pıçıldadı:

- İstəyirəm Nadir Şah haqqında  dram yazam.

Mən ona qədər Yunus Oğuzun fəlsəfə, türkçülük, onun kökləri barədə məqalə və kitabları ilə tanış idim, həm də onu bir siyasətçi kimi taniyırdım. Ona görə də təəccübləndim və yarızarafat, yarıciddi dedim ki,  “Nadir Şah” dramını Nəriman Nərimanov yazıb, sən roman yaz.

Düzü, onun roman yazacağını gözləmirdim, ona görə də adi bir həvəs və kapriz kimi qəbul elədim. Amma deyir, sən saydığını say, gör fələk nə deyir.

Yunus Oğuz dediyinin üstündə durdu və “Nadir Şah” romanını yazdı. Yəni çoxlarının, elə mənim də gözləmədiyim kimi, maraqlı və oxunaqlı bir əsər ortaya qoydu. Həmin romanın kompyuter variantını da mənə göndərdi və mən 30 illik dostumun bu yazısına sevinməyə bilməzdim. Ona görə də yığcam bir girişlə əsərdən parçanı “Ulduz” jurnalının ilk səhifəsində dərc elədim və həmin yıcam girişi burda təkrar edirəm:

“Yunus Oğuz Azərbaycan ictimaiyyətində daha çox  siyasətçi və türkçü kimi tanınır. Onun son kitabı da elə türkçülüklə bağlıdır və “Türkün tarixinə yeni bir baxış” adlanır. Amma qələm dostumuz son illər tarixlə bağlı əsərlər yazmaqla bizləri sevindirməyə başlayıb. “Attila” dramını yenicə bitirmiş qələm dostum “Nadir Şah” tarixi romanına da son nöqtəni qoymaq üzrədir.

Yunus Oğuz tariximizdə boş qalan sahələrə müraciət etməklə böyük bir işin altına girib. Şübhəsiz, istənilən  tarixi əsər oxucular tərəfindən birmənalı qarşılanmır. Amma bu əsas deyil. Əsas odur ki, ümumilli dəyər daşıyan tarixi məqamlara baş vurasan, qalanı araşdırmaçıların işidir və zövq məsələsidir. Hər halda, tariximiz təzədən yazılmalı və öyrənilməlidir. İnanıram ki, Yunus Oğuzun bu romanı tariximizi yenidən öyrənmək baxımından öz qiymətini alacaq...”

Mən bu sətirləri təzədən çap eləməklə təkrarçılıq məqsədi güdmürəm, sadəcə bir daha demək istəyirəm ki, Yunus Oğuz haqqında fikirlərim səmimi və dəyişməzdir...

Həmin vaxt qədim-qayım dostum təklif elədi ki, kitaba ön sözü də mən yazım, amma fikirləşdim ki, Yunus nasir kimi ədəbiyyat aləminə ilk qədəm qoyduğundan, ön sözü də sanballı bir ədəbiyyatşünas yazsa, daha yaxşı olar. Belə də oldu. Və dövrümüzün bilim və fikir adamı, ədəbiyyatşünas - akademik Nizami Cəfərov kitaba genişürəkli və səxavətli ön söz yazdı. Sonra onun Atatürk Mərkəzindəki təqdimat mərasimində də iştirak və çıxış eləyib dostumuzu qutladıq.

***

İkinci bir haşiyə çıxım.

Yunus təpərli və diqqətcil adamdır. O, dost dediyi adamın xeyir-şərində  həmişə onun yanında olur, tək buraxmır.

Yunusla xeyli xarici səfərlərimiz də olub, məmləkətimizə də gen bol səfərlər etmişik və həmişə özünün dostluğunu sövq-təbii nümayiş etdirib. Onunla qarlı-şaxtalı, boranlı-yağışlı Xızı səfərimiz isə ayrı bir söhbətin mövzusudur və həmin səfər barədə bir zamanlar yazmışam...

Yuxarıda demişdim ki, Yunus Oğuz harda olur-olsun öz kimliyini qabardan və düşmənlə döş-döşə gələn adamdır. Londona səfərimiz zamanı Trafalqar meydanından keçirdik. Bizimlə birgə ermənilər, gürcülər və başqa millətin də nümayəndələri vardı. Bir nəfər asfaltın üstündə qraffiti ilə məşğul idi və müxtəlif ölkələrin bayraqlarını çəkirdi. Onların arasında Azərbaycan bayrağı da vardı, amma erməni bayrağı yox idi. Ermənilərdən biri cırnadı və qayıtdı ki, bəs  erməni bayrağı onların arasında niyə yoxdu? Yunusun hazırcavablığı hamımıza ləzzət elədi və gülməyimizə səbəb oldu:

- Erməni bayrağı var da, odey orda.

- Harda? –erməni karıxdı

- Rus bayrağının içində.

Təbii ki, həmin erməni deməyə söz tapmadı, eləcə pərt və məyus oldu...

Buradaca qeyd edim ki, tarixi romanlara bizim fərqli baxışımız var. Yunus romana epos təfəkkürü ilə yanaşır və bədii təhkiyəyə daha çox üstünlük verir. Bəndəniz isə tarixi romana akademik yanaşır, yəni tarixi faktları daha çox qabardır. Yunus “bir tarixi cümlədən də  roman yazmaq olar” deyir, mənsə “çox tarixi cümlədən” deyirəm. Amma özü demiş, heç zaman bir-birimizi qısqanmamışıq, çünki hər ikimiz Azərbaycana, onun tarixinə xidmət edirik. Necə xidmət edirik, burası bizim yox, ədəbiyyatşünasların işidir.

***

Bu yazını mən çoxdan başlamışam və onu davam etdirməyə Yunusun son iki romanının təsiri oldu. Çünki həmin əsərlərin bədii redaktoru oldum və onları təhlil etməyə geniş imkan yarandı. Onu da deyim ki, buna qədər Yunus Oğuzun “Əmir Teymur”, “Təhmasib Şah”, “Cadugər və Şah arvadı” romanları işıq üzü gördü və bir neçə xarici dilə tərcümə olunaraq böyük uğur qazandı. Sözüm bunda yox, gələk mətləb üstünə.

Öncə bədii redaktoru olduğum  birinci romandan - “Atabəy Eldəniz”dən başlayaq və öz təhlilimə keçməzdən əvvəl hörmətli akademik Nizami Cəfərovun romana giriş sözündən bir epizodla tanış olaq:

“...Romanın bir ideya-estetik məziyyəti tarixi faktlara sona qədər sədaqətliliyi, mənbələrin verdiyi kifayət qədər zəngin məlumatlara əsaslanmasıdırsa, digəri həqiqətləri zədələmədən, təhrif eləmədən Atabəylər dövrü tarixinin ideya (və iddia!) münaqişələrilə dolu fəlsəfəsini ortaya çıxarmaq, həmin münaqişələrin xalqların taleyinə, eləcə də ayrı- ayrı tarixi şəxsiyyətlərin formalaşmasına necə təsir etdiyini göstərmək cəhdidir...”

***

“Atabəy Eldəniz” romanında Yunus Oğuz çox sevdiyi və daim bəhrələndiyi təsəvvüf elminin daha dərinliyinə enir və Baş Dədənin dilindən maraqlı əhvalatlar nəql edir. Baş Dədənin fikrincə, insan öz tarixini daha yaxşı bilməlidir.

Roman maraqla oxunur. Çünki təhkiyə də, süjet də, intriqa da oxucunu öz arxasınca apara bilir.

Bəri başdan qeyd edim ki, romanı oxuya-oxuya müəllifin gözündən yayınmış məqamlara da, korrektə xətalarına da düzəliş elədim. Və bu mənada oxucular və vicdanım qarşısında təmizəm.

Yenidən romana qayıdaq.

Şəmsəddin Eldənizin qul həyatı, Bağdada gedən karvandakı arabadan yıxılması çox maraqlı təsvir olunub və vizual xarakterlidir. Həmin dövrün ab-havası, hökmdarlar arasında intriqa, xaşxaşilərin ruhu və yaşam qaydaları mənə inandırıcı təsir bağışladı. Düzdü, bir neçə məqamda polemikalarımız da oldu. Məsələn, mən o fikirdəyəm ki, XII əsrdə insanlar “siz”lə danışmayıb, hökmdarlara da “sən” deyə müraciət ediblər, amma Yunus Oğuz bununla razılaşmır və hesab edir ki, müasir oxucu ilə bəzən başa düşdüyü dildə təmas qurmaq vacibdir. Eldəniz, ya Eldəgiz məsələsi də xırda mübahisə doğurdu, Amma yenə də hərə öz fikrində qaldı.

Bir fikirlə yaradıcı adamların əksəriyyəti razılaşır ki, yazıçı bir əsəri bitirəndən sonra çox nadir hallarda kənar fikirləri nəzərə alır. Əsər yazıldı, qurtardı, çünki ona qədər özü bu barədə xeyli düşünüb-daşınır, hər şeyi saf-çürük edir.

Möminə Xatunun Eldəniz tərəfindən xilas olması əsl Şərq variantıdır. Həm orta əsrlər, həm də ondan əvvəlki dövrlər idarəçilikdə və qətllərdə adətən zəhərdən istifadə edirdilər. Bu məqam romanın vacib məqamlarından biridir və müəyyən mətləblərə, münasibətlərə açar rolu oynayır.

Əsərdə Atabəy Eldənizin hakimiyyət yolları ardıcıllıqla verilib.

Xaşxaşılər və onların həyat tərzi, fədailərin özünəməxsus döyüş tərzi və düşüncəsi, hakimlərinə sadiqliyi diqqəti çəkir. Onlar yapon ninzalarını, Fransa, İspaniya gizli polisini, sovet xəfiyyəsini xatırladır. Hamısının insanlara münasibətdə öz üsulu var.  Onlar bir yerə xüsusi məqsədlə gedir (romanın dili ilə desək “sızır”) və zamanı çatanda aldıqları tapşırığı yerinə yetirirlər: öz ölümləri bahasına olsa belə, bir növ xarici antikəşfiyyatçılar, cəsuslar kimi.

İlk baxışdan romanda obraz və surətlər çox görünür. Amma onların çoxu yardımçı personajdır, yəni romanın ideyasına, süjetinə xidmət edir. Əslində isə aparıcı obrazlar bir neçədir: Atabəy, Möminə Xatun, Qutluq bəy, əsəri nəql edən Baş Dədə, Baş imam, Xəlifə və s.

Romanda el dili, xalq dili, zərb-məsəllər çoxdur.

Məsələn:

“Bir kişinin qolunda bir el birləşər, bir alim ətrafındasa el-oba, dünya inkişaf edər”.

“Dəvəyə minən qoyunlar arasında gizlənə bilməz”.

“Qurd öz qonşusunu yeməz”.

“ Dəyirmanda doğulan siçan göy gurultusundan qorxmaz”.

“Qoca öküz baltadan çəkinməz”.

“Tələdən qorxan quş qırx il haça ağacın üstünə qonmaz”.

“Kəməndlə dağ əyilməz”. və s.

Romanda çox adamın nəinki bildiyi, heç eşitmədiyi “batin  və batil elmi” haqqında Baş Dədənin dilindən nəql edilir. Baş Dədəd deyir ki,  əsl batinlər elmi sevərlər, yalançı batinlər isə qətli və qan-qadanı. Batil elmi isə seçilmişlərə aiddir.

Romanda XII əsr adət-ənənələri, geyimi təsvir olunur. Bəzi epizodlarda oxucu, sanki kinoya baxır, çünki təsvirlərdə vizuallıq var.

Möminə Xatun, Atabəy Eldənizin xarakteri əsər boyu müxtəlif  istiqamətlərdə açılır. Yəni situasiya onların xarakterinin açarı rolu oynayır ki, bu da müasir romançılıqda vacib şərtlərdən biridir.

Ümumən, roman həm bədii düşüncə, həm də tarixə fərdi baxış mənasında maraq doğurur...

***

Yunus Oğuzun son əsəri “Ovçu” romanıdır. Bu əsər milli qəhrəman, mahir kəşfiyyatçı və komandir Murad Mirzəyevin və dostlarının fədakarlığından bəhs edir.

Məlum aprel savaşına ilk fundamental reaksiya baxımından bu roman qiymətlidir. Burada Muradın gənclik illəri, sevgisi, vətən eşqi, göstərdiyi qəhrəmanlıqlar fərqli təhkiyə üslubunda qələmə alınıb. Yəni müəllif qəhrəmanının həyatına xronoloji ardıcıllıqla yox, situasiyanın diqtə və tələb etdiyi hadisələr fonunda işıq sala bilib.

“Ovçu”nun vacib məqamlarından biri də müharibədəki epizodların hərb qanunlarına uyğun işlənməsidir. Əsərdə həm Ali baş komandanın, həm Müdafiə naziriin, həm dövlət məmurlarının, həm də döyüşlərə məsul generalitetin döyüş hazırlığı və müharibə səviyyəsi dəqiqiliklə təsvir olunur. Ən əsası isə, müharibəni doğuran səbəblər, Azərbaycan ordusunun qısamüaddətli hücum səbəbləri motivləşdirilir.

İnanıram ki, bu əsər  Azərbaycan hərb tarixində yaşayacaq və hərbi hissələrimizin kitabxanalarında öz layiqli yerini tutacaq.

Əsər haqqında bu yığcam qeydlərimi, sayğılı oxucular bu yaxınlarda nəşr ediləcək “Ovçu” romanı vasitəsilə genişləndirə biləcəklər.

Sizə bir  sirr də açım: Yunus Oğuz daha bir tarixi roman üzərində işləyir və bu əsərin də geniş oxucu kütləsi qazanacağına əminəm...

Hələlik bu qədər...Qalanlarını sonra yazaram...Təzə romanlardan sonra...

Elçin Hüseynbəyli
2009-2018
Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ