Cümə günü, 09 oktyabr 2026
     

Cavid sevdalı ömür... - FOTO

Image


Müsahibim - ölkəmizin ictimai-siyasi həyatında kifayət qədər tanınan Həmid Cəfərov uzun illər  dövlət qurumlarında, daxili işlər orqanlarında səmərəli fəaliyyəti ilə fərqlənib, dövlət təltifləri ilə mükafatlandırılıb. İctimaiyyət arasında hörmət qazanıb, nüfuz sahibi olub. Ömrünün 80-ci ilini başa vuran Həmid Cəfərovu daha çox sevdirən, onu yaddaşlarda silinməz edən bu ziyalı insanın Hüseyn Cavid sevgisi olub.

"Cavidi çiynində gətirən kişi" kimi hafizələrdə qalmış, tarixə düşmüş Həmid müəllimlə 80 illik yubileyi ərəfəsində söhbətimizi də elə onun ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran, mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni bir mərhələ açan böyük sənətkar Hüseyn Cavidə olan tükənməz sevgisi üzərində qurduq.

- Həmid müəllim, qüdrətli Azərbaycan şairi və dramaturqu,  "Ana", "Maral", "Şeyx Sənan", "Şeyda",  "İblis", "Azər", "Nil yavrusu", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi ölməz əsərlərin müəllifi, taleyinə ağrılı-acılı, məşəqqətli bir ömür yazılmış Hüseyn Cavidə qəlbinizdə sevgi nə vaxtdan baş qaldırdı?

- Tələbəlik illərindən. Ötən əsrin 60-cı illərində Azərbaycan Dövlət Universiteti adlanan indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində rus bölməsində təhsil alırdım. Cavidə sonsuz sevgisi olan müəlliməmiz vardı - Ziyafət xanım Əlizadə. O biz tələbələrə dönə-dönə tapşırırdı ki, Cavidi oxuyun, öyrənin. Onun tapşırığı ilə mən kitabxanalardan Cavidin kitablarını əldə etdim. Rusdilli, həmçinin, rus bölməsində təhsil alan tələbələr üçün Cavidi oxumaq çətin olsa da, mən qısa bir müddətdə zəngin Cavid dünyasına bələd oldum, ondan ayrı düşə bilmədim. Cavid məni özünə cəlb etdi. Onun yaradıcılığı ilə yanaşı, nakam taleyi düşüncələrimə hakim kəsildi. O vaxtlar universitetin filologiya fakültəsi Cavidin nakam bir ömür sürdüyü - yaşadığı evin qonşuluğunda yerləşirdi. Mənə elə gəlirdi ki, böyük söz ustadının ruhu elə bizim təhsil aldığımız auditoriyalarda dolaşır. Cavid mənə o qədər doğmalaşmışdı ki, sanki mən onun ruhu ilə hər gün, hər an söhbətləşirdim. Beləcə, mən Cavidə bağlandım, öz ömrümdə Cavid sevgili bir ömür də yaşadım və gecə-gündüz qəribə, bəlkə də gülünc görünə biləcək bir arzu məni rahat buraxmırdı – mən Cavid  üçün nə edə bilərəm?

- Yəqin ki, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi istəyi Cavid sevgisindən doğmuşdu?

- Tarixi gerçəklik naminə qeyd olunmalıdır ki, 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilmişdi. Bir cavidsevər, bir Azərbaycan vətəndaşı kimi, Cavidin cənazəsinin qalıqlarını Azərbaycana gətirmək mənim də  ürəyimdən keçirdi. Ancaq bu da bir həqiqətdir ki, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması çox müşkül idi. Soyuq Sibirdəki dəmir seyflərin açılması, “sovsekretno” qrifli sənədlərin öyrənilməsi, Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə axtarılıb-tapılması və nəhayət onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə asan iş deyildi.

- Görünür, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşan, onu bütün dünyada tanıdaraq milli mədəniyyətimizin hərtərəfli inkişafına, yüksəlişinə daim təkan verən, bunu özünün müqəddəs vəzifələrindən biri sanan Heydər Əliyev kimi bir dahi insana ehtiyacı var imiş.  

- Bəli, zamanın Heydər Əliyev dühasına ehtiyacı vardı. Ulu Cavidin nəşinin qalıqlarının Azərbaycana gətirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrin həllinə yalnız millətinə bağlı, qəlbində xalqının tarixi və mədəniyyətinə sonsuz sevgi hissləri olan şəxs rəvac verə bilərdi. Bu məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi. Xoşbəxtlikdən Ulu Tanrı belə bir şəxsiyyəti Azərbaycana bəxş etmiş və o, 1969-cu ildə Azərbaycana rəhbər təyin edilmişdi. Bu böyük şəxsiyyət - ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixi, mədəniyyəti və görkəmli dövlət xadimlərinin həyatı ilə bağlı bir çox qaranlıq mətləblərə aydınlıq gətirdi. Məhz onun təşəbbüsü ilə 1981-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdi. Bu qərardan sonra mənim də  bir çox axtarışlarım, uzaq Sibirlə yazışmalarım Cavidin gedər-gəlməz yollarına işıq saldı. 1982-ci il oktyabrın 3-də Heydər Əliyevin Naxçıvana səfəri zamanı respublika rəhbəri Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən tapılıb gətirilməsinə xeyir-dua verdi. Heydər Əliyevin bu şərəfli işə razılığından sonra – oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi  Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul etdi və belə bir şərəfli işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi  mənə həvalə olundu.

- Ümummilli liderimiz – ədəbiyyatımızın böyük qayğıkeşi Heydər Əliyev “Bakinskiy raboçiy” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin “birinci şəxsinə” - Sov.İKP MK-nın baş katibi L.İ.Brejnevə, həmçinin, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Y.V.Andropova müraciət edib. Bütün bunlar, təbii ki, Sizin qarşınızda çətin bir vəzifə durduğuna dəlalət edir…

- Bəli, qeyd etdiyiniz kimi, bu məsələni həll etmək üçün Heydər Əliyev SSRİ-nin ali rəhbərliyinə müraciət etmişdir. Cavidin Azərbaycana “qaytarılması” məsələsinin müsbət həlli millətinə bağlı, qəlbində xalqının tarixi və mədəniyyətinə sonsuz sevgi hissləri olan  şəxsiyyətin - Heydər Əliyevin SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olması sayəsində mümkün oldu.    Qərarın icrasının məsuliyyətli və çətin olmasına gəldikdə isə, bu haqda yalnız onu deyə bilərəm ki,  məhz onun arxasında Heydər Əliyevin adı durduğu üçün, heç bir müşküllükdən söhbət gedə bilməzdi. 

- Cavid soraqlı Sibir səfərinizdə nədən başladınız?

- Sibirə səfərimizin ilk günündən başlayaraq Cavidlə bağlı bir sıra arxiv sənədləri öyrənildi. Müəyyən edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda, 59 saylı qəbirdə torpağa tapşırılıb. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsində görüş zamanı Cavidin məzarının yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərəncam verildi.

Sibirdə olarkən Cavidin “sakini olduğu” əlillər evinin 1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrindəki Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni zamanda bildirirdilər ki, 30 dərəcə şaxtada həmin  yerlərə  getmək  həm  mümkünsüzdür, həm də təhlükəlidir. Lakin bu məlumatlar bizi yolumuzdan döndərə bilməzdi. Heydər Əliyevin tapşırığı yerinə yetirilməli idi. Bizim təkidli və təkrar-təkrar xahişlərimizdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də yerli əhalinin “gedər-gəlməz” saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. Bütün ümidlər isə 1941-ci ildə Cavidin “həbs evində” - islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola idi. O, qətiyyətlə bildirirdi ki, “Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb”.  Oktyabrın 21-də Şevçenko kəndini “ram etdik”. Kənd, əslində, 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldı. İki saat axtarışdan sonra isə Şevçenko rayon prokuroru Yelena Xaritinova 59 saylı qəbri tapdı və qəbrin açılması üçün sanksiya imzalandı və nəhayət, Cavidin qəbri qazıldı…

Heç nə hədər getməmişdi, Hüseyn Cavid “59”-da uyuyurdu. Hüseyn Cavid “tapılmışdı” - Azərbaycanın böyük oğlunun - Heydər Əliyevin  tarixi bir tapşırığı yerinə yetirilmişdi…

Əvvəlcədən planlaşdırdığımız kimi, Hüseyn Cavid Şevçenko-Tayşet-İrkutsk-Moskva-İrəvan-Naxçıvan marşrutu ilə doğma yurduna “qayıtmalı” idi. İrkutskdan Moskvaya uçarkən stüardessa mənə Bakıdan gələn tapşırığı çatdırdı: “Heydər Əliyevin göstərişi ilə siz oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız”.

Azərbaycan rəhbərinin - Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Bu, adi bir tapşırıq deyildi və bir tale yazısı idi. Cavidin “ayağı” İrəvana dəyməməliydi, Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmalıydı.

1982-ci il oktyabrın 26-da Cavid Moskvadan Bakıya, sonra isə Naxçıvana “uçdu”. Naxçıvanda - evinin qarşısında torpağa tapşırıldı. Böyük sənətkarın 100 illik yubileyi ilə əlaqədar 1982-ci ilin oktyabr ayında bir sıra tədbirlər keçirildi. Bu tədbirlərin hər biri, xüsusən də Hüseyn Cavidin onilliklərdən sonra doğma torpağa tapşırılması Naxçıvanın tarixinin qeyri-adi və bir-birindən dəyərli  səhifələri idi.

- Həmid müəllim, biz sənət adamlarına məlumdur ki, ədəbi mühitdə bir sıra Azərbaycan ziyalıları bu nadir hadisəyə yüksək qiymət vermişlər. Bu əlamətdar hadisə ilə əlaqədar vətənpərvər şairimiz Xəlil Rza Ulutürk haqlı olaraq yazırdı ki, “Mən dahi Hüseyn Cavidimizin cənazə qalıqlarının ən uzaq məsafədən Bakıya gətirilməsini və təntənəli biçimdə şairin öz vətənində - Naxçıvanda torpağa tapşırılmasını Heydər qəhrəmanlığı anlayışına daxil edirəm”.

Hüseyn Cavidin 100 illik yubileyi ərəfəsində şairə ithaf etdiyi şeirində xalq şairimiz Bəxtiyar Vahabzadə Sibir məşəqqətlərini yaşamış, repressiya qurbanı olmuş söz xiridarının cənazəsinin qalıqlarının vətəninə gətirilməsini ədalətin təntənəsi kimi qiymətləndirmişdir. Professor Abbas Zamanov Hüseyn Cavidin məzarının Naxçıvana gətirilməsini ədəbiyyat tarixində əlamətdar bir hadisə kimi dəyərləndirirdi. “Cavidlər” əsərinin müəllifi professor Rafael Hüseynovun bu əsərində böyük sənətkarın cənazəsinin qalıqlarının Sibirdən Azərbaycana gətirilməsi günü haqqında dəyərli fikirlər var. Həmin tarixi günü xalq şairi Fikrət Qoca öz yaradıcılığında tərənnüm etmiş, xalq şairi Nəriman Həsənzadə ədəbiyyatımızda nadir olan bu hadisəyə dərin məzmunlu poetik təsvir vermişdir. Şair  Hüseyn Razi bu əlamətdar hadisəni sənətin ölməzliyi, istedadın məğlubedilməzliyi, ağlın və idrakın qüdrətinin təntənəsi kimi dəyərləndirmişdir. Tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Hikmət Xudiyev (Cəmilzadə) "Bizi geri qaytaracaqlar" kitabında Cavidin cənazə qalıqlarının Azərbaycana gətirilməsini kifayət qədər geniş işıqlandırmışdır. Bəs bu hadisənin ictimai-siyasi mahiyyəti nədən ibarət idi?

- Hüseyn Cavid siyasi burulğanlarda yaşamağa məhkum olmuş böyük bir söz ustadı idi. Qəribə bir ömür yaşamışdı bu böyük sənətkar, şəxsiyyətinin bütövlüyünü nümayiş etdirərək, ibrətamiz həyat yolu keçmiş böyük söz xiridarı.

Ötən əsrin 30-cu illərində, Azərbaycanın siyasi lideri Mir Cəfər Bağırovun hakimiyyəti dövründə Cavid Sibirə sürgün olunmuş və məhv edilmişdi. Belə ki, ötən əsrin 30-cu illərində Stalinin təkidi ilə ÜİK(b)P MK katibi A.A.Jdanov Azərbaycan KP MK-ya, şəxsən Mir Cəfər Bağırova göndərdiyi məktubda M.C.Bağırovu əksinqilabçı düşmənlərin, sosializm əleyhdarlarının tapılıb ifşa edilməsində qətiyyətsizlik göstərdiyinə görə günahlandırdığı bir vaxtda, Kremlin “repressiya planları” uğrunda dəridən-qabıqdan çıxan Bakı rəsmilərinin qərarı ilə 1937-ci il iyunun 3-də, axşam saat 6-da M.F.Axundov adına Opera Teatrının binasında öz işinə başlayan Azərbaycan K(b)P-nin XIII qurultayından bir neçə saat sonra “gizli millətçi əksinqilabi təşkilatda iştirakına” görə ittiham olunan Seyid Hüseyn, Salman Mümtaz, Yusif Vəzir, Hüseyn Cavid və başqaları həbs olunmuş, Cavid uzaq Sibirə sürgün edilmişdi. Bir neçə onillikdən sonra isə digər bir siyasi lider - Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə Azərbaycan KP MK, Azərbaycanın Nazirlər Soveti Cavidin 100 illik yubileyi haqqında qərar qəbul etmişdi. Cavidin cənazəsinin qalıqları onilliklərdən sonra uzaq və buzlu Sibirin əlçatmaz yerlərindən doğma yurdu Naxçıvana gətirilərək böyük söz ustadına “ikinci ömür” verilmişdi. Beləliklə, bir rəhbər Cavidi Sibirə göndərmiş, digəri - ümummilli liderimiz Heydər Əliyev isə onu Sibirdən “qaytarmışdı” - mövcud bir rejimdə fərqli münasibətlər, fərqli qərarlar. Tarix gec olsa da, öz ədalətli qərarını vermişdi. Cavid kimi sənətkarları ictimai-siyasi mühit tarixdən silə bilməmişdi. Cavidin Azərbaycana "qayıtmasının" ictimai-siyasi mahiyyəti elə budur. 

Yeri gəlmişkən, qeyd edim ki, Cavidin cənazə qalıqlarının Azərbaycana gətirilməsi Azərbaycanın özünə böyük hörmət gətirmişdir. Bu prosesi Rusiya ictimaiyyətinin nümayəndələri izləyərək Azərbaycan xalqının qədirbilənliyinə heyranlıqla məftun olurdular.

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamda "Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin hələ 1982-ci ildə uzaq Sibirdən vətəninə gətirilməsi və Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçəlişi və azərbaycançılıq məfkurəsinin təntənəsi baxımından müstəsna əhəmiyyətə malik misilsiz bir hadisədir"  kimi fikirləri də məhz Cavidin cənazə qalıqlarının Azərbaycana gətirilməsinə verilən ictimai-siyasi dəyərin yüksək təzahürüdür.

- Həmid müəllim, qırx ilə yaxındır ki, Siz Hüseyn Cavid irsinin öyrənilməsinə dəyərli töhfələr verirsiniz. Bu gün də müxtəlif tədbirlərdə belə bir şərəfli missiyanı tükənməz həvəs və qəlbinizdəki sonsuz Cavid sevgisi ilə davam etdirirsiniz...

- Mən həyatımın mənasını belə bir şərəfli işdə - Hüseyn Cavid irsinin təbliğ olunmasında görürəm. Ömrümün son anınadək Cavid sevgisi məni tərk etməyəcək.

- Maraqlı müsahibə üçün təşəkkür edirəm. Fürsətdən istifadə edib 80 illik yubileyiniz münasibətilə Sizi  təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Söhbətləşdi:
Zülfiyyə Eldarqızı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ