Cümə günü, 09 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Fikrət Əmirov

Image


Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabr ayının 22-də Gəncə şəhərində anadan olub. Atası tarzən-xanəndə Məşədi Cəmil bəy, anası Dürdanə xanımdır. Fikrətin atası müğənni və tarçalan olmaqla yanaşı həm də müəllim idi. Uşaqlıq illəri musiqi aləmi ilə əhatə olunan Fikrət Əmirovun musiqiyə olan həvəsi hələ kiçik yaşlarından özünü büruzə verib.

O, daima xanəndə və aşıqların, eləcə də instrumentalistlərin ifasını diqqətlə dinləyər, xalq musiqi yaradıcılığını izləyərdi. Bu da onun musiqi düşüncəsinin formalaşmasını təmin edib. Fikrət hələ uşaq yaşlarından tarın yaxşı ifaçısı kimi çıxış edərək öz məharətini nümayiş etdirirdi.

Fikrət Əmirov professional musiqiçi olmaq məqsədilə 1938-ci ildə tar ixtisası üzrə Gəncə musiqi texnikumunda oxuduğu zaman Bakıya gələrək musiqi texnikumunda təhsilini davam etdirir. 1939-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, Azərbaycan Dövlət Konservatoriyasına daxil olur, burada xarici ölkə musiqi tarixi və ədəbiyyatı ilə yaxından tanış olur, xarici ölkə bəstəkarlarının müxtəlif janrda əsərlərini dinləyərək öyrənir. Tələbəlik illərində o, “Variasiyalar”, “Romantik sonata”, “Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə” simfonik poemasını, eləcə də M.S.Ordubadinin librettosu əsasında 1946-cı ildə “Gözün aydın” musiqili komediyalarını yazıb. Həmin dövrdə o, skripka və fortepiano ilə simfonik orkestr üçün ikili konsert, görkəmli Azərbaycan şairi Nizamiyə həsr etdiyi “Nizaminin xatirəsinə” simfoniyasını yazıb. 1948-ci ildə bir pərdəli “Ulduz” operası ilə konservatoriyanın bəstəkarlıq fakültəsini bitirib.

Fikrət Əmirov öz yaradıcılığında milli folklorun öyrənilməsinə xüsusi diqqət yetirib, xalq muğamlarını dərindən öyrənib, onların məqam xüsusiyyətlərini təhlil edib. Bəstəkar Azərbaycan muğamlarının simfonikləşdirilməsi sahəsində yeni naliyyətlər qazanıb. O, muğam improvizasiya üsulundan, eləcə də muğamın ritmik xüsusiyyətlərindən, həmçinin xalq mahnılarından istifadə edərək “Şur” və “Kürd ovşarı” simfonik muğamlarını yaradıb. Bu simfonik muğamlarda bəstəkar xalq musiqisinin inkişaf prinsipindən istifadə edib. Həmin simfonik muğamlar 1949-cu ildə Dövlət mükafatına layiq görülüb. Fikrət Əmirov xalq mahnılarının toplanması, nota salınması sahəsində də fəaliyyət göstərərək çox sayda Azərbaycan xalq mahnılarını nota alaraq tərtib edib.

Bəstəkarın opera janrına müraciət etməsi onun ən böyük nailiyyətlərindən idi. Azərbaycanın görkəmli dramaturqu C.Cabbarlının eyni adlı əsəri əsasında yazılmış “Sevil” operasının ilk tamaşası 1953-cü ildə Bakıda çox böyük müvəffəqiyyətlə keçib. Milli xüsusiyyət daşıyan bu opera Azərbaycan qadınının azadlıq mübarizəsi mövzusuna həsr olunub. Operada bəstəkar Azərbaycan xalq milli məqam xüsusiyyətlərindən geniş istifadə edib.

Fikrət Əmirov bir sıra dram tamaşalarına da musiqi yazıb. O, Ü.Hacıbəyovun ənənələrini davam etdirərək, bir sıra kamera-instrumental əsərlər də yazıb. Fortepianonun müşayiətilə skripka və violonçellər unisonu üçün Ü.Hacıbəyova həsr olunan “Xatirə” elegiyası, A.Zeynallının xatirəsinə violonçel və fortepiano üçün romans, E.Nəzirova ilə birlikdə alban xalq mövzuları əsasında iki fortepiano üçün suita, eləcə də fortepiano üçün 12 miniatür bəstəkarın kamera musiqisinin parlaq nümunələrindəndir.

Fikrət Əmirov həmçinin vokal musiqisi sahəsində də geniş surətdə fəaliyyət göstərib. O, Nizami Gəncəvi, M.Lermontov, A.S.Puşkin eləcə də S.Rüstəm, M.Dilbazi poeziyalarının təsiri nəticəsində bir sıra mahnı və romanslar yazıb. 1961-ci ildə Fikrət Əmirov simfonik orkestr üçün “Azərbaycan kapriççiosu”nu, “Azərbaycan qravürlərini”, “Nəsimi” vokal-simfonik poemasını, 1973-cü ildə yeni tembr-koloritə əsaslanan “Gülüstani – Bayatı Şiraz” simfonik muğamını yazıb. Əsərdə vokal və simfonik-orkestr ifasının tembr ahəngdarlığının milli janr və formaları ilə vəhdət təşkil etməsi milli simfonizmin inkişafına imkan yaradır.

Tanınmış bəstəkarın balet janrındakı fəaliyyəti 70-ci illərin axırlarına təsadüf edir. O, xalq nağıllarına müraciət edərək, “Min bir gecə” nağılı əsasında M.İbrahimbəyovun librettosu əsasında eyniadlı balet yazıb. Azərbaycan milli musiqisi və muğam improvizasiya üsulu ilə klassik balet janrının formasına istinad edən bəstəkar milli kaloriti klassik balet qayda-qanunlarına əsaslanaraq dramaturji cəhətdən böyük inkişafa malik olan səhnə əsəri yaradıb.

Fikrət Əmirovun “Xalq üçün yazıb-yaratmaq, onunla birlikdə nəfəs alıb işləmək sənətkar üçün ən böyük səadətdir” sözləri onun sənət devizi olub. Azərbaycan professional bəstəkarlıq məktəbinin korifeylərindən olan Fikrət Əmirovun bu sözlərinin təsdiqini onun yaratdığı irili-xırdalı bütün əsərlərində, həyatının bütün anlarında, fəaliyyətinin bütün sahələrində müşahidə edirik. Fikrət Əmirovun ən böyük xidməti professional bəstəkarlıq prinsiplərini xalqına və professional musiqiyə tətbiq edərək, milli musiqinin imkanlarını genişləndirmək olub. Onun yaratdığı “Şur” və “Kürd ovşarı” simfonik muğamları musiqi ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Dahi bəstəkarımız Qara Qarayev Fikrət Əmirovun “Şur” və “Kürd ovşarı” simfonik muğamları ilə musiqi ədəbiyyatında yeni səhifə açıldığını qeyd edərək yazırdı ki, “Fikrət Əmirov böyük yaradıcılıq təşəbbüsü göstərərək, qədim muğama yeni məzmun verib, muğamı başqa xalqlar üçün anlaşılan edib”. Bu da bir həqiqətdir ki, XX əsrin əvvəllərində Azərbaycanda bəstəkar yaradıcılığının formalaşması üçün muğam sənəti bünövrə rolu oynayıb. Musiqimizin dahi klassiki Üzeyir Hacıbəyovun yaratdığı ilk Azərbaycan operası “Leyli və Məcnun” muğamlara əsaslanırdı. Bu, opera sənətində yeni bir janrın – “Muğam opera”nın əsasını qoydu və adından da göründüyü kimi bu, muğamın bəstəkar yaradıcılığı üçün əhəmiyyətini çox gözəl əks etdirir. Məhz Şərq və Qərb musiqi ənənələrinin qovuşmasından yaranan bu əsər Azərbaycanda professional bəstəkar yaradıcılığının inkişafına təkan verdi. Sonralar da muğama əsaslanan bir sıra yeni musiqi janrlarının meydana gəlməsi üçün zəmin yaratdı. Bunun ən bariz nümunəsi Fikrət Əmirovun simfonik muğamlarıdır. Onun simfonik muğamları ümumavropa simfonizminin bədii formalarından “ayrılaraq” tamamilə yeni üslub və yeni janr əmələ gətirib, bununla da milli simfonizmi dünya incəsənəti səviyyəsinə qaldırıb.

1971-ci ildə Moskvada Fikrət Əmirovun “Gülüstan – Bayatı Şiraz” simfonik muğamını dinləyən tanınmış rus musiqişünası Boris Yarustovski konsertdən sonrakı müsahibəsində belə deyib: “Biz hamımız Fikrət Əmirovun indicə dinlədiyimiz yeni muğamının təsiri altındayıq. Bu əsər onun ilk simfonik muğamlarındakı yaradıcılıq prinsiplərinin ardıcıl inkişafıdır. “Bayatı Şiraz”ın kompozisiyası görkəmli Azərbaycan bəstəkarının istedadının yeni yaradıcılıq hüdudlarını açır. Fikrət Əmirov xalq musiqisindən ilhamlı əsərləri üçün mənbə kimi istifadə etməyi bacarır və öz əsərlərində xalq müdrikliyini yüksək peşəkarlıqla uyğunlaşdırır. “Bayatı Şiraz”da  Şərq və Qərb musiqi mədəniyyətinin bir-birinə yaradıcı təsirini görən xarici musiqiçilər bəstəkarın yaradıcılığının məhz bu cəhətini yüksək qiymətləndiriblər.”

Fikrət Əmirovun yaradıcılıq diapazonunun çox geniş olmasına baxmayaraq, iki janr – simfonik və səhnə musiqisi bəstəkarın böyük müvəffəqiyyət qazandığı sahələrdir. Dahi Azərbaycan şairi Nizaminin yubileyi münasibətilə yazdığı simli alətlər üçün “Nizami” simfoniyası bəstəkarın böyük Nizami duhasına, şairin şəxsiyyətinə olan dərin məhəbbətinin ifadəsidir.

Orkestr yazısının görkəmli sənətkarlarından olan, öz dəst-xəttinə malik mahir kolorit ustası Fikrət Əmirov bu simfoniyada eynicinsli alətlərin tembr birləşmələrindən istifadə edərək rəhgarəng effektlər əldə edib, dahi şairin poetik obrazını böyük ustalıqla yaradıb. Simfoniya ahəngdarlığı, musiqi palitrası, dinamik və intensiv inkişafı, hormonik dilinin əlvanlığı ilə geniş dinləyici kütləsinin rəğbətini qazanıb, Azərbaycan musiqi mədəniyyətində görkəmli yer tutub. “Nizami” simfoniyasını 1965-ci ildə Londonun “Royal Festival Holl” salonunda dinləyən otuz bir min dinləyici ecazkar, özünəməxsus tembrli musiqidən, parlaq temperamentli melodizmdən heyran qalıb.

Fikrət Əmirovun “Sevil” operası müasir mövzuda lirik-psixoloji janrda yazılan ilk Azərbaycan operası olmaqla, respublikada opera sənətinin inkişafında mühüm mərhələ oldu və bəstəkarın novatorluğunu bir daha nümayiş etdirdi. “Sevil” operası Ü.Hacıbəyovun “Koroğlu” operasından sonra yaranan ən uğurlu və ilk tamaşalardan bu günə kimi gözəl sənət əsəri olaraq qalır. Operanın dirijoru, bəstəkar Əfrəsiyab Bədəlbəyli 1953-cü ildə yazırdı: “Opera teatrının kollektivi böyük həyəcan və yaradıcılıq hissi ilə “Sevil” operası üzərində işə başladı. Operanın dəyərli cəhəti ondadır ki, bəstəkar qəhrəmanların şəxsi taleyini deyil, məhz yüksək vətəndaşlıq pafosu ilə sosial dramını ön plana çəkib”.

Fikrət Əmirovun yaradıcılıq irsində fortepiano üçün əsərlər də xüsusi yer tutur. Onun “Uşaq lövhələri”, “On iki miniatür” silsilələri, prelüdləri, variasiyaları bir pianoçunun repertuarında, eləcə də tədris proqramlarında özünəməxsus yer tutmaqla, milli fortepiano musiqimizi daha da zənginləşdirib.

Fikrət Əmirov dahi bəstəkar olmaqla yanaşı, həm də görkəmli musiqi-ictimai xadim idi.  O, ayrı-ayrı illərdə müxtəlif musiqi-yaradıcı təşkilatlara rəhbərlik edib. Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrının direktoru, SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü olub, Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib.

Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi dövrdə Fikrət Əmirov İttifaqın keçirdiyi plenum və qurultaylarda musiqi mədəniyyəti, bəstəkar-yaradıcılığı, musiqimizin ən aktual problemləri ilə bağlı çıxışlarında maraqlı fikirlərini həmkarları ilə bölüşürdü. Onun dövri mətbuatda nəşr olunan məqalələri ustad sənətkarın estetik baxışları, dərin təfəkkürü, narahat qəlb döyüntüləri, vətəndaş mövqeyinin aydın təzahürüdür.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi  misilsiz xidmətlərinə görə Fikrət Əmirov SSRİ və Azərbaycan xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı kimi fəxri adlara layiq görülüb.

Ömrünün sonuna kimi daim yeni-yeni ideyalar, planlar, yeni əsərlər yaratmaq eşqi ilə yaşayan bəstəkar bu gün aramızda olmasa da, onun ölməz musiqisi, yaratdığı şah əsərləri Azərbaycan xalqının milli sərvəti olaraq həmişə yaşayacaq və öz müəllifini də əbədi yaşadacaq.

Fikrət Əmirov 1984-cü il fevral ayının 20-də vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ