Cümə günü, 09 oktyabr 2026
     

“Ana”ları bir yerə toplayan almanax…

Image


Azərbaycanda elə bir şair tapmazsan ki, anaya, anasına, yaxud qadına şeir və yaxud başqa bir bədii əsər həsr etməsin. Bu da təbiidir, çünki hər kəsin hisslərinin formalaşması, ülviləşməsi, kutsallaşması anadan başlanır. Zaman keçir, gələcək şair böyüyür, məşhurlaşır, amma ana qucağını, ana məhəbbətini unuda bilmir. Şairlər həyatda, cəmiyyətdə mübarizə apardıqca, enişləri, yoxuşları çoxaldıqca o məsum və saf günlərə - analı, ya anasız zamana qayıtmağa can atır, uşaqlıq dünyasının ən böyük neməti olan o dövr üçün darıxırlar. Bu səbəbdən şairlər acılarını, ağrılarını unutmaq üçün keçmiş xəyallara qayıdırlar. Keçmiş xəyalların ən böyük obrazı, hamıdan seçilən surət isə ANAdır.

Hələ bundan sonra da şairlər onları doğacaq ANAlara şeirlər həsr edəcəklər.

Bu baxımdan gözəl ziyalımız, şair Vüqar Sərdarovun tərtib etdiyi “Anam yadıma düşdü” şeirlər toplusu diqqətçəkəndir.

Tərtibçi analara, qadınlara həsr edilən  şeirləri bir almanaxa sığışdırmağı bacarıb. O, iki yüzdən artıq şairin “ANA, QADIN” haqqında  şeirlərini bir kitabda toplayıb. Kimlər yoxdur bu almanaxda; tanınan və tanınmayanlar, məşhurlar və yenicə yazmağa başlayanlar, bir sözlə, demək olar ki, hamı var. Əgər kimsə yaddan çıxıbsa bu tərtibçinin, hesab edirəm ki, günahı deyil. Burada Əhməd Cavad, Əliağa Vahid, Mikayıl Müşfiq, Nəbi Xəzri, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Əli Kərim, Aşıq Şəmşir, Zöhrab Tahir, Nəriman Həsənzadə, Əjdər Ol, Telli Pənahqızı və başqa nəhəng, tanınmış imzalarla yanaşı, digər imzalar da çoxluq təşkil edir.

Bu almanaxda hansı hisslər yoxdur – fərdi hisslərdən tutmuş, ta bu hissi VƏTƏN səviyyəsinə qədər qaldıran, yaxud köçə, ululuğa, türkçülüyə bağlayan şeirlərə qədər.

Məsələn, öz yurdunda yurdsuz qalan Abdulla Qurbani yazır:

Duman alıb dağlarımı,
Xəzan vurub bağlarımı,
İtirib xoş çağlarımı,
Ana, Murovdan gəlirəm,
Qardan, qırovdan gəlirəm,

Yaxud;
Qərib quzutək mələrəm,
Leysan olub nur ələrəm,
Gələrəm, yenə gələrəm,
Ağlama, anam, ağlama.

Şair köç həsrətini, vətən həsrətini ana şeirinin içində elə ustalıqla verir ki, oxuyan dərhal yaxın keçmişdə başımıza nələr gəldiyini anlayır.

Adil Cəmil “Anasız evin uşaqları” adlı şeirində metaforla danışır. Bu həm oxucunu təsirləndirir, həm də şeirin bədiiliyini daha da gücləndirir:

Üç ana ölmüşdü bu evdə bəli,
Hər uşaq bir ana intizarında …
Yayın istisində, qışın qarında
“Ana!”, “Ana!” deyə öyrəşib onlar
Ağrılı, acılı anasızlığa…

Hətta, ustad Aşıq Şəmşir təbiətin gözəlliyini özünün oturuşmuş söz çələnginə bükəndə belə anasını yaddan çıxartmır. O, qocalığında da anasını xatırlayır:

Balasın çağırır meşədə əlik,
Şəmşir də dinləyir əlində çəlik,
Qartal qıy vuranda, qayada kəklik
Ötüşəndə, anam yadıma düşdü.

Ana həm də QADINDIR. Onun qadınlığı “Ana” sözü ilə üst-üstə düşəndə, hər iki varlıq bir-birini tamamlayanda, yəni vəhdəti-vücud olanda,  ülviləşir, müqəddəsləşir, zamanı və məkanı aşıb daim xatırlanır, həzinliklə və kövrəkliklə yad edilir. Bu yadetmə isə anlardan, saniyələrdən ibarətdir. Şairlər isə bu anları kağıza köçürməklə əbədiyaşar edirlər.

Anınca köhnələn doğum ilini,
Sən əzab çəkirsən, ah, gözəl qadın!
Süzüb şəkillərdə incə belini
Boynunu bükürsən, ah, gözəl qadın!

(Əjdər Ol, “Gözəl qadın”)

Bu kitabda təkcə “Ana”ya həsr edilmiş şeirlər yox, ananın dilindən gileylənən şeirlər də az deyil. Ana üçün oğlunu, övladını görməmək onu itirməyə bərabərdir. Bu giley sevməkdən, övladını ağrı-acılarla böyüdüb boya-başa çatdırmağı xatırlamaqdan irəli gəlir.

Bu baxımdan almanaxda Əli Kərimin məşhur “Qaytar ana borcunu” şeiri də yer alır.

... Ana bilsəydi əgər böyütməzdi oğlunu,
Yox, bunu yandım dedim, yenə atmazdı onu –
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.

Təbiidir, övlad valideynləri üçün nə etsə övladlıq borcunu heç zaman qaytara bilməyəcək. Bu borcu yalnız sən öz övladına verməklə ödəyə bilərsən.

Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar onun borcunu.
O borc sənin özünsən, özünü qaytar geri!

Şair bu yaşamı, bu dərdi, bu hissi keçməsə, yaşamasa, düşünürəm ki, belə güclü şeir alınmazdı. Bəlkə də belə gileylər şairin öz başına gəlib, amma o bunu ümumiləşdirəndə, artıq hamı tərəfindən qəbul olunur, sevilir, çünki ana gileyi bir deyil, iki deyil, üç deyil. Onlarla, yüzlərlədir. Amma, əbəs yerə deməyiblər ki, ana qarğışı müstəcəb olmaz.

Övlad nə qədər yaşlı olsa da, yenə ana üçün uşaqdır, cocuqdur. Övlad elin ağsaqqalıdır, amma ana ona yenə körpə kimi baxır, fikirləşir ki, görəsən gecə üstü açıq yatmadıki...

Başım üstdən yellər ötür.
Necə ağır illər ötür,
Daşqın gəlir, sellər ötür,
Ömrüm keçir ağır gündə,
Saçlarıma düşür dən də,
Qocalıram, ana, mən də.

(Eldar Həsənli, “Qocalıram, ana, mən də”)

Yaxud, Səməd Qaraçop anasının nəşini torpağa tapşıranda şeirin sonunu harayla deyil, muğayıtla bitirir:

... Suyunda gözlərimi suvardım,
Odunla ürəyimi bişirdim, torpaq!
Anam mənə tapşırdı səni,
Anamı sənə tapşırdım, torpaq!

Heç bilən varmı şəhid anası nələr yaşayır?  Bunu şəhid analarından soruşun! Övladı şəhid olan ana da şəhid olur. Övlad bir dəfə şəhid olur, ana isə gündə yüz dəfə. O, düşmənlə xəyallarında vuruşur, şəhid olur, dirilir, yenə vuruşur. Bunu mən yazdım. Xuraman isə belə yazır:

Şəhid anasının kədəri, qəmi,
Özü də şəhiddir dərdlər içində
Şəhid oğulların anaları da
Şəhid dərd yaşadır daim içində.

yaxud, Fikrət Qocanın “Şəhid ruhunun anasına pıçıldadıqları” kimi:

Pəncərənə düşən kölgə
mənəm, ana!
Ürəyində qalan “bəlkə”
mənəm, ana!
Bu el, elat, - bütün ölkə
mənəm, ana!
Mən həmişə yanındayam,
canındayam.

Hansı səviyyədə və vəziyyətdə olmağımıza baxmayaraq övlad həmişə valideyninin nəfəsinə, sözünə, nəsihətinə möhtacdır.

Mən öz nəslimizə zirvəyəm, tacam,
Biləydin mehrinə mən necə acam,
Hər şeydən tox canım, sənə möhtacam,
Düşsəm ayağına, izin nə deyir?

(Flora Xəlilzadə, “Sənə möhtacam”)

Anaya həsr edilən şeirlərdə bölünmüş Azərbaycan da incəliklə verilir, ayrılığın nisgili, sanki ana imiş günahkar, ona giley olunur. Zöhrab Tahir kimi:

O tayın, bu tayın qulağı səsdə
Qulağım tutulub bu son nəfəsdə
Qoyun tüfəngimi sinəmin üstə,
Ölsəm, tüfəngimi götürsün anam!

Analarda hissetmə çox güclüdür. Övladının başına bir iş – xoş, ya bədbəxt hadisə gələrsə bunu ilk olaraq analar hisslə, fəhmlə bilərlər. Bəlkə bu ona görədir ki, ana bətnindən övladlar cismani ayrılsalar da, heç zaman ruhən ayrılmayacaqlar. Bətndə övladına verdiyi fiziki və ruhi bağlılıq ölənə qədər davam edəcək, öləndən sonra isə ananın göylərdəki ruhu yerdəki balasını hifz edəcək. Bunu Zəlimxan belə yazır:

... Gözündən nə qədər uzaq olsa da,
Övladın gününü, güzəranını
Havadan oxuyur, buluddan bilir.
Yozur yuxuları, yaxşıya, pisə
Səsdən soraqlaşır, sükutdan bilir.
Göynəkli həsrətlə, üzücü qəmlər,
Puç olan arzular harda var bilir.
Harda yas qurulur, harda vay düşür,
Harda ocaq sönür, hay-haray düşür
Dünyada birinci analar bilir!
Dünyada birinci analar bilir!

Bəlkə də övladla Tanrı arasında ana durur, axı ilk növbədə valideyn balasına görə Tanrı qarşısında cavabdehdir. Ana da övladına hər işdə xoş şeylər arzular, onun cənnətdə olmasını istər. Bəlkə buna görədir ki, şair Vüqar Sərdarov yazır:

Məşhur bir kəlam var analar haqda
Cənnət anaların ayağı altda.

Analar haqqında kitabın özündən də çox yazmaq olar, çünki “Ana” mövzusu bitib tükənən deyil. Hətta gələcəkdə də doğulan şair hökmən ana barədə nəsə bir neçə söz deyəcək, misraları inci kimi bir-birinin ardınca düzəcək.

Ümumiyyətlə, almanaxdakı şeirlər mahiyyətinə, forma və məzmununa görə çox zəngindir. Hər bir şəxs bu kitabda öz anası haqqında şeirə rast gələ bilər. Bu da düşünürəm kitabı oxunaqlı edəcək.

Yunus Oğuz
yazıçı- publisist, dramaturq



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ