Cümə günü, 09 oktyabr 2026
     

“Ömür qatarı”ndan düşən Adəm və Həvva...

Image


İrəvan Teatrı tamaşaçıları yenə riqqətə gətirdi...

 

Ötən əsrin bir sıra spesifik xüsusiyyətləri ilə səciyyələnən 60-cı illəri cəmiyyətdə, mənəvi aləmdə, ictimai həyatda müəyyən dəyişikliklərin baş verdiyi mürəkkəb tarixi dövr olmuşdur. Bu illərdə sovet ədəbiyyatında “60-cı illər ədəbiyyatı” deyilən bir təmayül formalaşdı. Bu təmayülü İttifaq miqyasında Şukman, Abelov, Y.Trifonov, Ç.Aytmatov, İ.Əfəndiyev, Anar, İsa Hüseynov, Elçın, Əkrəm Əylisli, İbrahimbəyov qardaşları və başqaları təmsil edirdilər.

Ədəbiyyata gəlmiş yeni nəslin başlıca keyfiyyyətləri bunda idi ki, onlar ümumi şüarlardan, yalançı pafosdan, kolxoz-sovxoz münasibətlərindən uzaqlaşaraq konkret insan amilinə üz tutdular. İnsan, mənəviyyat, dəyərlər ön plana çəkildi. Bu müəlliflərin yaratdıqları dramaturgiya vasitəsilə ədəbiyyatdan teatr səhnələrinə yeni nəfəs, yeni baxış, yeni dəyərlər gəlməyə başladı.

Yaşadığımız informasiya cəmiyyətinə teatrın təsiri danılmazdır. Teatr artıq çağdaş dönəmin silahına, cəmiyyətə təsir alətinə çevrilib. Bu gün teatrın sosial-psixoloji təsiri insanların həyat tərzini, dünyagörüşlərini, ictimai fikrini və ən başlıcası, dünya duyumları sistemini biçimləndirir. Ədəbiyyatın sosial-ictimai əhəmiyyətini, onun bəşəri problemlərin həllinə yönəlmiş təbliğat vasitəsinə çevrilmək fəaliyyətini təlqin etmək isə teatrın başlıca vəzifəsidir. Böyük ədəbi təcrübəsi və qələmi ilə insanpərvərliyi təbliğ edən yazıçıların əsərlərinin tamaşaya qoyulması böyük humanist ideyaların təbliğinə yönələn bir addımdır. Belə yazıçılardan biri də qırğız yazıçısı Mar Bayciyevdir. Onun əsərləri, xüsusilə dramaturgiyası Azərbaycanda çox məşhurdur. “Ömür qatarı”na çevrilən “Sonuncu reys” pyesi isə ölkəmizdə ilk dəfə müraciət olunan əsərdir. Pyesi dilimizə Azərbaycanın görkəmli ziyalısı, şair-dramaturq Hidayət tərcümə edib. Bu əsəri C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı səhnəyə qoydu. Tamaşanın quruluşçu rejissoru əməkdar artist, Prezident mükafatçısı Sərvər Əliyev, rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçızı Çingiz Xəlilov, rejissor assistenti Tural Xəlilzadədir.

Əməkdar artist Sərvər Əliyev tamaşanın rejissor yozumunu qısa olaraq belə ifadə edir: “Tamaşa insan ömründən, insan həyatından bəhs edir. Əgər insan öz ölümü haqqında düşünürsə, o heç kimə pislik etməməlidir. Biz hamımız bu qatarın içindəyik və bu qatar çox sürətlə gedir. Haçansa bu qatar dayanacaq”. Bəli, insanın həyatı relslər üzərində şütüyən qatara bənzəyir. Ömrümüzü daşıyan bu qatarın sərnişinləri də bizik: mən, sən, o, biz, siz, onlar... Bu qatar çox sürətlə gedir, amma bizim istəyimizdən asılı olmayaraq mütləq dayanacaq. Biz bunu bilirik. Amma harada və necə dayanacağının fərqinə varmırıq.

Tamaşanın birinci hissəsində tamaşaçıya elə gəlir ki, tamaşada əsas qəhrəman vaqon bələdçisidir (Səmayə İsmayılova). O, bütün sərnişinləri bir kupeyə yığıb. Qonşu kupeyə bileti olanlar da burdadır. Vaqon bələdçisi özünü bundan xəbərsiz kimi aparır. Vaqondakı sərnişinlər: sevgilisi ilə anasından xeyir-dua almağa gedən cütlük (Şəbnəm Cəbrayılova, Elçin Hacıyev) hara getdiyini birinci hissənin sonunda kövrək notlarla etiraf edən, zahirən aktrisaya bənzəsə də, sadə ofisiant işləyən xanım (Esmiralda Şahbazova, əməkdar artist), ehtiyat hissələri mağazasında işləyən, ancaq tapılmayan malları əldə etmək üçün ona edilən xahişlərdən cana doymuş və ona görə də işini məxfi saxlayan kişi (Tural Xəlilzadə), qanunsuzluğa qarşı mübarizə aparmaq istəyən, öz dövründəki insanları indiki cavanlarla müqayisə edib, gəldiyi nəticədən heyfslənən istefada olan polkovnik, vaqon bələdçisinin həyat yoldaşı (Nicat Mirzəzadə), savadı çatmadığına görə başqasına diplom işi yazdırmaq üçün pul qazanmaq məcburiyyətində qalaraq vaqonda satıcılıq edən tələbə (Rövşən Cəfərov) və tamaşa boyu vaqonda öz yerini tapa bilməyən, ayıq olanda özünü asmaq üçün kəndir axtaran, içəndən sonra yaşamaq eşqi ilə alovlanan qoca sərxoş (Vaqif Kərimov, əməkdar artist) müxtəif taleli, müxtəlif dünyagörüşlü, baş verən hadisələrə müxtəlif yanaşma tərzinə malik insanlardır.

Tamaşanın ən maraqlı məqamı vaqon bələdçisinin bütün sərnişinlərdən imzatoplama “mərasimi”dir. Bu məqamda həm qatarda gedən sərnişinlərin iç üzü, həm də imza toplamaq üçün vaqon bələdçisinin hansı iyrənc yollara əl atması tamaşaçıda təəssüf hissi yaradır. Bu məqam səhnədən tamaşa zalına çox dərin fikirlər ötürür.

Bir-birilə əlaqəsi olmayan hadisələr bələdçinin, ərinin qadağan etməsinə baxmayaraq, qoca sərxoşa içki satdığına görə onun tərəfindən döyüləndən sonra kulminasiya nöqtəsinə çataraq bir istiqamətə yönəlir. Vaqon bələdçisi ərini polisə vermək məqsədilə şikayət ərizəsi yazıb, sərnişinləri ona şahid durmaları üçün dilə tutur. Əvvəlcə yalandan etiraz edənlər “Əl-əli yuyar, əl də üzü” psixologiyası ilə yaşadıqlarından, məqsədlərinə nail olan kimi bələdçi qadını da razı salaraq onun arzusunu yerinə yetirirlər. Qadın öz imzası əvəzində qonşu kupedə rahat yerləşir, qoca sərxoş isə iki qədəh şərab içəndən sonra nəyə və niyə imza atdığının fərqinə də varmır. Leytenantın isə bələdçi qadına sadəcə yazığı gəlir. Məlum olur ki, bələdçi heç də ərini tutdurmaq istəmir, sadəcə onu qorxudur. Çünki əri qadının yarıtmaz əməllərini onun övladlarına çatdıracağı və onu balalarının yanında biabır edəcəyi ilə hədələyir. Övladlarının onun əyri yollarla pul qazandığını biləcəklərindən utanan qadının keçirdiyi psixoloji sarsıntıları Səmayə xanım İsmayılova xüsusi məharətlə ifa edir, tamaşaçıya çatdırır və bizi düşünməyə vadar edir.

Məhz bu an rejissor S.Əliyev cəmiyyətə mesaj ötürür. Əyri yollarla haram pullar qazananlar! Bu əməlinizə görə övladlarınızın sizə edəcəkləri nifrətdən qorxun! Çəkinin bu yoldan! Təmiz olun, təmiz qalın...

Ümumiyyətlə, öz dəst-xətti ilə seçilən Sərvər Əliyevin fərdi rejissor üslubu tamaşada açıqca sezilir və tamaşanı milli ruha yaxınlaşdırır. Leytenantın Azərbaycanda çox məşhur olan “Cənab leytenant” mahnısını oxuması bu işə xidmət edirdi. Bu mahnını dinləyən qadın o dərəcədə kövrəlir ki, dərdini içində gizlətdiyinə baxmayaraq, indicə tanış olduğu, hələ doğmalaşmamış adama söyləmək məcburiyyətində qalır. Sən demə görkəmcə kübar, həmişə şən görünməyə çalışan bu xanımın leytenanta olan simpatiyası hərbi əməliyyatlar zamanı həlak olmuş hərbçi sevgilisi ilə bağlıymış.

Keçmiş günlərə qayıdan qadının sevgilisinin bacısından aldığı məktubun məzmununu tamaşaçıya danışarkən əməkdar aktrisa Esmiralda Şahbazova  çox kövrək, duyğusal hislər yaşayır. Hec də göründüyü kimi şən olmadığını, ürəyində onu rahat yaşamağa qoymayan bir nisgilin olduğunu sızıltı ilə tamaşaçıya çatdırır.

Elə bu an xanıma təsəlli verən leytenant onu qucaqlayır. Öz çirkin məqsədini həyata keçirmək üçün bu görüntüdən istifadə edən bələdçi leytenantın sevgilisinə üzünü tutaraq: “Sən yatanda onlar öz işlərini qaydasına qoydular. Kişilər belədi də”, - deyir. Bu sözlər bir gənc qızın bütün ümidlərini, sevgiyə olan inamını qırır və qız qatardan düşür. Qatar isə yoluna davam edir. Sərnişinlərini axırıncı dayanacağa aparır. İkinci hissə başlayır və məlum olur ki, təkcə qız yox, sərxoş qoca da qatardan düşüb. Onun monoloqundan məlum olur ki, bu qoca heç də içki düşgünü deyilmiş. O da həyatda hamının qarşılaşa biləcəyi problemlərlə qarşılaşıb, dost xəyanətinin qurbanı olub. Sonra da ailədaxili problemlər... Dözə bilməyən qoca baş götürüb ətrafındakı insanlardan qaçır, hara getdiyinin fərqinə varmadan ilk qatara minir... Qızın məsumluğu, əsən külək,yağan yağış sərxoş qocanı sanki yuyub təmizləyir, onu yaşamağa vadar edir. Həyat onun gözündə gözəlləşir, yaşamaq eşqi üst qata çıxır. Bu zaman başqa insanların mindiyi ömür qatarı gəlir. Onlar bu qatara da minə bilmirlər. Qatar dayanmır. O qatarın da qoca və qızın düşdüyü qatar kimi harada və nə vaxt dayanacağını heç kim bilmir.

Gənc aktrisa Şəbnəm Cəbrayılova və əməkdar artist Vaqif Kərimov cütlüyü yaratdıqları obrazların psixoloji sarsıntılarını, iztirablarını elə ustalıqla tamaşaçıya çatdırırlar ki, onların səhnədə aktyor olduqları unudulur və tamaşaçı onları yaratdıqları personajların özləri kimi qəbul edib sevir. Teatr ictimaiyyəti bu iki aktyoru bir neçə tamaşada tərəfmüqabil kimi görüb.  Aralarındakı yaş və səhnə təcrübəsindəki fərqə baxmayaraq, bir-birini tamamlayır, tandem yarada bilirlər. Biz onların oyun tərzini seyr etdikcə inanırıq ki, aktyor nəsli arasındakı bu cür əlaqələr qırılmasa, teatrımızın gələcəyi var və o yaşayacaq.

Bəli, ikinci hissəyə baxan tamaşaçı daha gərgin anlar yaşayır. Səhra, vaqon relsləri, qaranlıq gecə, təbiətin şıltaqlığı... Sonsuzluğa doğru şütüyən “Ömür qatarları”nın təkər səsləri... Təkərlər fırlanır, qatarlar gedir, özünü Allahın qadağan etdiyi hisslərdən qoruya bilməyən, qəlbini təmiz saxlaya bilməyən insanları aparır bu dünyadan...  Güman etmək olar ki, son dayanacağa... Orada hamımızın son mənzilimiz var... Təkərlər fırlanır, qatar gedir, həyat isə davam edəcək, cünki   kişi və qız bu dünyada qalırlar... Təbiət öz küləyi, yağışı, tufanı ilə intiqam almaq istəyir onlardan, bacarmır, onları saflaşdırıb, təmizləyib geri çəkilir təbiət... Sakitlik hökm sürür. Bir-birinə dayaq durmuş qadın və kişi işıqlandırılır... Onlar bir-birinə sığınıblar... Adəm və Həvva kimi... Cənnətdə yox, səhrada, cünki burada alma ağacı yoxdur... Həvva Adəmə alma yedizdirib günaha batıra bilməyəcək, istəsə belə, alma tapa bilməyəcək...  Bu Adəm və Həvvadan günaha batmamış insanlar gələcək bu dünyaya... Bəlkə onda dünyamızı Yaradan onun nizamını da qoruya biləcək...

Zülfiyyə Eldarqızı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ