Cümə günü, 09 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Süleyman Sani Axundov

Image


Maarifpərvər yazıçı  Süleyman Sani Axundov 1875-ci il oktyabr ayının 21-də Şuşa şəhərində bəy ailəsində anadan olub. Hələ körpə ikən atasız qalan Süleymanın tərbiyəsi ilə dayısı, görkəmli maarif xadimi Səfərəli bəy Vəlibəyov məşğul olub.

Süleyman Sani Axundov 1885-ci ildə Qori müəllimlər seminariyasına daxil olub. Burada milli, klassik rus və dünya ədəbiyyatı ilə dərindən tanışlıq onun dünyagörüşünə faydalı təsir edib. 1894-cü ildə seminariyanı bitirən Süleyman Bakıdakı III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. Həmin ildən o, tərəqqipərvər maarifçilərlə birlikdə xalqı cəhalətdən qurtarmaq, gənc nəsli mütərəqqi ideyalarla tərbiyələndirmək işində var gücü ilə çalışıb. Süleyman Sani ədəbi-ictimai, pedaqoji fəaliyyətinin bütün dövrlərində xalq mənafeyini müdafiə edib.

906-cı ildə Bakıda çağırılan müəllimlər qurultayında fəal iştirak edən Süleyman Sani ərəb əlifbasını islah etmək üçün faydalı təşəbbüs göstərib, ana dilində proqram tərtib etmək üçün təşkil edilən komissiyaya seçilib. 1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə birlikdə Azərbaycanın pedaqoji tarixində mütərəqqi bir hadisə olan məşhur “İkinci il” dərsliyini tərtib edib. Dərsliyin müəllifləri yenicə oxuyub-yazmağa başlayan azəri balalarına çatdırmaq istədikləri tərbiyəvi fikirləri sadə, aydın, uşaq təfəkkürünün dərk edə biləcəyi bir üslubda qələmə alıb. Bununla onlar həm də dilimizin alınmalarla doldurulmasına qarşı çıxaraq azəri dilinin saflığını qoruyub saxlayıblar.

Süleyman Sani olduqca həssas, şagirdlərin qəlbinə yol tapa bilən ustad bir müəllim idi.  Bu keyfiyyət onun geniş psixoloji, pedaqoji biliyə malik olmasından irəli gəlirdi. Bakıdakı yoxsul ailələrdən olan yüzlərlə uşaq onun dostu idi. O, özünün yüksək mənəvi keyfiyyətləri, qabaqcıl fikri, ensiklopedik biliyi, ciddiliyi, səmimiliyi, tələbkarlığı ilə ictimaiyyətin dərin hörmətini qazanmışdı. Təsadüfi deyil ki, Süleyman Saninin direktor olduğu məktəb onun adı ilə çağırılırdı.

Süleyman Sani 1918-ci ildə Bakıda sovet hakimiyyəti qurulanda ilk maarif komissarı kimi maarif sahəsində böyük həvəslə çalışıb. Xalq maarifi işində Süleyman Saninin xidməti onun ictimai-pedaqoji fəaliyyətində parlaq, şərəfli hadisədir. O, tərcümeyi-halında yazır: “1918-ci ildə mən cəlb olunmuş üzv sifəti ilə xalq maarifi işində işləmişəm… Buradakı əsas işim  məktəblər üçün proqram yaratmaq, məktəbləri avadanlıqla təchiz etmək, Bakı şəhəri və rayonlarındakı maarifçilərin bütün heyətini siyahıya alıb yoxlamaqdan ibarət idi...”

1920-ci il may ayının 25-də Gəncə qiyamı yatırıldıqdan sonra həmin il iyun ayının əvvəlində belə bir qiyam Qarabağda da baş verir. Qiyamı yatırtmaq üçün ciddi tədbirlər hazırlanır. XI ordu hissələri Qarabağa gəlir. AKP MK və Azərbaycan İnqilab Komitəsi Dadaş Bünyadzadə və Çingiz İldırımı Qarabağa göndərir. Azərbaycan İnqilab Komitəsi tərəfindən göndərilən nümayəndələr arasında Süleyman Sani də olur. Qarabağ İnqilab Komitəsinin qərarı ilə Süleyman Sani bir sıra partiya və dövlət tapşırıqlarını yerinə yetirir. Həmin il avqustun 9-da Qarabağ vilayəti maarif şöbəsinə müdir təyin edilir. O, maarif işində həvəslə işləyib, Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında fəal iştirak edib.

1922-ci ildə Süleyman Sani M.Məmmədbəyov, S.Əbdürrəhmanzadə, F.Ağazadə, A.Şaiq, Ə.Əfəndizadə ilə birlikdə “Yeni türk əlifbası” dərsliyini yazır. Həmin ildə o, Azərbaycan ədib və şairlər ittifaqının sədrliyinə seçilir və ədəbi gəncliyin tərbiyələnməsi üçün böyük əmək sərf edir. 1923-cü ildən nəşrə başlayan “Maarif və mədəniyyət” və “Şərq qadını” jurnallarında dövrün tələblərilə səsləşən bir sıra hekayələrini çap etdirir.

Süleyman Sani Axundov Azərbaycan teatrının əlli illiyi münasibətilə Ə.Haqverdiyev, N.Vəzirov, T.Şahbazi, S.Qənizadə, Ə.Cəfərzadə ilə birlikdə “Azərbaycan-türk teatrosunun müxtəsər tarixçəsi”ni yazır. 1923-cü ildə Bakıda “Azərnəşr”in nəzdində məktəbdənkənar oxu kitablarını tərtib edən komissiyanın işində fəal iştirak edir. Bütün bu və başqa dəlillər göstərir ki, 20-ci illərdə Süleyman Sani xalqın ictimai-mədəni inkişafı üçün böyük əmək sərf edib, ictimai xadim kimi xalqın etimadını qazanıb.

Maarifpərvər ədib Süleyman Sani Axundovun bədii əsərlərində, pedaqoji-elmi fəaliyyətində və vətəndaşlıq əməlləri ilə zəngin olan ictimai həyatında işıqlı fikirlərin təsdiqi, xeyirxah əməllərin təbliği onun başlıca yaradıcılıq idealları kimi meydana çıxır. Müəllimlərlə maarifçilər, xeyirxah ziyalılarla nəcib tələbələr, məsum uşaqlarla müdrik qocalar Süleyman Saninin məktəbə, elmə və təhsilə çağıran əsərlərinin əsas, nümunəvi qəhrəmanları olublar. Həyatdakı fənalıq və eybəcərliyə qarşı mübarizədə təmiz fikirlərin, saf və xeyirxah hisslərin ziyasını təsirli mənəvi vasitə hesab edən yazıçının nəsr əsərlərinin çoxunda, eləcə də müəyyən qisim səhnə əsərlərində bir-biri ilə daima mübarizə edən və rəmzi şəkildə mənalandıran iki qüvvə mövcuddur: qaranlıq və işıq.

Süleyman Sani Axundovun yaradıcılığı zəngin və çoxcəhətlidir. M.F.Axundovun realist ədəbi məktəbi zəminində yetişən Süleyman Sani ictimai-bədii fikir tariximizdə hekayə ustası, görkəmli dramaturq, komedioqraf, məşhur xalq müəllimi, mədəniyyət xadimi kimi də tanınıb.

Süleyman Sani dramaturgiyamıza M.F.Axundovun məşhur “Hacı Qara” əsərinin təsiri ilə yazdığı “Tamahkar” komediyası ilə gəlib. Bu pyesində o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış feodal adət və ənənələrinə nifrət edən İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq, yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışıb.

“Tamahkar” sadə və aydın dildə yazılan realist komediyadır. Bu əsərdə müəllif gülüşün müxtəlif təsvir vasitələrindən təbii şəkildə istifadə edir. Oxucu və tamaşaçı burada yazıçının real surətlər arxasında onun müsbət idealını aydın görür. Gənc dramaturq M.F.Axundovun realizmindən yaradıcı şəkildə faydalanaraq feodal cəmiyyətindəki “həyati hadisələrlə həyatın mahiyyəti və mənası arasında olan təzadı” duymuş, ictimai komizmin bir sıra orijinal nümunələrini yaratmışdı.

Əsərin mənfi komik qəhrəmanı Hacı Muraddır. Dramaturqun realizminin güclü cəhətlərindən biri Hacı Muradın yaddaqalan səciyyəvi xüsusiyyətlərini – xəsisliyini, tamahkarlığını, qorxaqlığını, ikiüzlülüyünü, hiyləgərliyini və sair çirkin sifətlərini onun sözləri ilə hərəkətlərinin vəhdətində əks etdirməsindədir. Yazıçı satirik obrazının mənfi, eybəcər sifətlərini nümayiş etdirib ona gülməklə kifayətlənmir, xəsisin mənfiliyini, mənəvi boşluğunu, gülünclüyünü, onun mənsub olduğu zümrəyə də şamil edir.

Süleyman Saninin yaradıcılığının yüksəliş mərhələsi 1920-ci illərdən başlayır. O, sovet dövrü Azərbaycan dramaturgiyasında ilk dram əsəri olan “Laçın yuvası” dramının müəllifi olduğu kimi, inqilabi mövzulu pyeslər “Çərxi-fələk”, “Qaranlıqdan işığa”, realist faciə “Eşq və intiqam” və komediya jurnalının ilk nümunələri “Molla Nəsrəddin Bakıda”, “Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi” və “Yeni həyat” da onun qələmindən çıxıb.

Süleyman Sani Axundovun Azərbaycan dramaturgiyası tarixində novatorluğu ondadır ki, o, zamanın yeni tələblərini, yeni inqilabi məsələlərini 1921-ci ilin aprelində yazıb qurtardığı “Laçın yuvası” dramında və bir sıra başqa pyeslərində göstərə bilib. Yuxarıda adlarını çəkdiyimiz səhnə əsərlərində Süleyman Saninin realizmi yeni keyfiyyət kəsb edir. Bu keyfiyyətin sovet dövrü Azərbaycan ədəbiyyatında ilk nümunəsini “Laçın yuvası”nda görürük. Yazıçı bu əsərində dramaturgiyamıza qəhrəmanlıq pafosu, xalq mənafeyini hər şeydən üstün tutan Cahangir kimi bir surət gətirib. Əmiraslan ağanın intiharı, Cahangirin ailəsinin başına gələn faciə Cahangir üçün bir növ nikbin faciə xarakteri daşıyır ki, bu da əsərin mövzusu ilə əlaqədar olaraq Süleyman Saninin dramaturgiyamıza gətirdiyi yeni keyfiyyət idi. Dramın finalında yeniliyin köhnəliyə qalib gəlməsi əsərə nikbinlik, qəhrəmanlıq ruhu aşılayır. Bununla da Cahangirin ailə tragizmi kölgədə qalır. Bu tragizm yeniliyə zidd olan qüvvələrin faciəsinə çevrilir. “Laçın yuvası” kamil ideya-bədii xüsusiyyətləri ilə seçilən sovet dövrünün ilk Azərbaycan dramıdır.

“Eşq və intiqam” isə yeddi şəkildə realist faciədir. Əsərin mövzusu bolşevik inqilabından əvvəlki Azərbaycanda insanları fəlakətə salan vəhşi adət-ənənələrdən, müstəbid mülkədar və bəylərin törətdikləri qanlı faciələrdən, gəncliyin bu müsibətlərdən xilas olmaq cəhdlərindən, onların azad məhəbbətindən, haqsızlığa qarşı mübarizə edənlərin həyatından bəhs edir.

Sovet dövründə Azərbaycan dramaturgiyasında bioqrafik formada yazan ilk sənətkar Süleyman Sanidir. Dramaturqun yeniliyi ondadır ki, o, feodal əxlaqının gülünclüyünü, ölümə məhkumluğunu komik vəziyyətlərdə göstərməklə yanaşı, yeni insanın qələbəsini də əks etdirir.

XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında Süleyman Saninin böyük xidmətləri olub. Ədib “Qaraca qız” əsəri ilə Azərbaycan uşaq ədəbiyyatına forma, üslub yenilikləri gətirib. “Qaraca qız” ədibin nəsr yaradıcılığında şah əsəridir. Yazıçı Qaraca qızın simasında ədəbiyyatımızda ilk dəfə olaraq zəhmətkeş ailəsindən olan uşağın bitkin, çox təsirli, parlaq, eyni zamanda tragik, unudulmaz sürətini yaradıb, onda nəcib arzular təcəssüm etdirib. Bu əsərin meydana çıxmasına qədərki Azərbaycan uşaq ədəbiyyatında belə bir keyfiyyət müşahidə etmirik. “Qaraca qız” klassik Avropa və rus uşaq ədəbiyyatı nümunələri arasında özünəməxsus bədii, ictimai-əxlaqi, estetik dəyəri ilə seçilən, fərqlənən bir sənət əsəridir.

Süleyman Sani nəsrindəki lirizm surətin hisslərini, fikirlərini, vəziyyətini, təsvir etdiyi həyatın konkret nöqtələrini, çox yığcamlıqla əks etdirməyə yönəldilib. Onun “Cəhalət qurbanı” və “Ümid çırağı” hekayələrində hadisələr lirik tərzdə hissiyyatla əks etdirilir. Bu əsərlərdəki lirizm eyni zamanda tərbiyəvi qayə daşıyır. Onun keçmiş həyatdan aldığı mövzular əsasında yazdığı hekayələrin bədii metodunun spesifikasının mühüm bir cəhəti var. Ədib “Qaraca qız”, “Cəhalət qurbanı” və “Ümid çırağı” hekayələrində ağıllı, nəcib, gözəl arzularla yaşayan Qaraca qız, Tamam, məktəbli surətlərinin faciələrində belə bir fikri də açır ki, adlarını çəkdiyimiz gözəl insanlar öz zəngin mənəviyyatı, insani keyfiyyətləri, xoş niyyət və arzuları ilə onları müsibətlərə düçar edən ədalətsiz quruluşdan, bu mühitin çirkin niyyətli adamlarından yüksəkdə dururlar.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 1932-ci ildə Süleyman Sani Axundovun pedaqoji-ədəbi, həmçinin ictimai-mədəni fəaliyyətini nəzərə alaraq ona Əmək qəhrəmanı adını verib.

İctimai rəyin klassik saydığı qüdrətli sənətkarlardan olan Süleyman Saninin ədəbiyyatımızın inkişafı tarixində böyük xidməti var. Onun əsərləri, bütün oxucular kimi, məktəblilər tərəfindən də sevilə-sevilə mütaliə edilir.

Ədəbi irsinin təravəti, ictimai-tərbiyəvi, bədii, estetik məzmunu solmayan bu sevimli yazıçının parlaq xatirəsi xalqın qəlbində yaşayır.

Süleyman Sani Axundov 1939-cu il mart ayının 29-da Bakıda vəfat edib. Onun qəbri Bakıda Fəxri xiyabandadır.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ