Cümə günü, 09 oktyabr 2026
     

Milli geyimlərimizin təbliğat problemləri…

Image


Minaxanım Təkləli: “Bu olduqca yaxşı haldır”
Könül Vəlibəyli: “Azərbaycan Diplomatik Akademiyasının xaricdən gələn əməkdaşları, kafedra müdirləri, alimləri gəlib bizdən milli geyimlər alırlar”

 

Milli geyimlərimiz bizim ruhumuzu özündə ehtiva edir. Tarixin ağır sınaqıarından çıxan və günümüzə qədər gəlib çatan milli geyimlərimizin məişətdə istifadə edilməməsi bizi narahat etsə də, milli geyimlərimizin müxtəlif formalarda ölkə daxilində, eləcə də xaricdə təbliğ edilməsinə, tanıdılmasına sevinməyə bilmirik.  Məlumdur ki, Azərbaycan milli geyimləri Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranıb.

Azərbaycan milli geyimləri azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşması, bədii bəzək naxışları, toxuculuq elementləri geyimlərimizdə öz əksini tapıb.

Azərbaycan XVII əsrdə Yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa bölgələrində də ipəkçilik istehsalı çox inkişaf etmişdi. Bu bölgələrdə ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. Milli geyimlərimizin gözəlliyi, unikallığı və bənzərsizliyi dünya tamaşaçılarını heyran qoyur.

Azərbaycan milli geyimlərinin təbliği ilə bağlı Heydər Əliyev Fondu, eləcə də Mədəniyyət və Turizm Nazirliyi, yerli geyim evləri geniş təbliğat işi həyata keçirir. Qeyd edək ki, ölkəmizdə keçirilən beynəlxalq miqyaslı tədbirlərdə də milli geyimlərin təbliğatına yer verilir.

Qeyd edək ki, 2015-ci ildə ölkəmizin evsahibliyi ilə keçirilən Bakı-2015 Birinci Avropa Oyunları zamanı da milli geyimlərin təbliğatına üstünlük verilmişdi. 

Onu da deyək ki, “Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Milli geyimlərimizin dünəni və bu günü” layihəsini həyata keçirib.

Azərbaycan milli geyimləri bir sıra Avropa ölkələrində də müxtəlif tədbirlər çərçivəsində təbliğ edilir. Bu yaxınlarda Nigeriyanın Laqos şəhərində bu ölkənin Müstəqillik günu ilə əlaqədar Banana Mədəniyyət Festivalı keçirilib. Sözügedən festivalda Laqosda yaşayan 20 ölkənin (Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Nigeriya, İngiltərə, Almaniya, Ruanda, Keniya və s.) nümayəndələri öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdiriblər. Azərbaycanı bu tədbirdə Nigeriyada yaşayan yeganə azərbaycanlı Billurə Bayramova təmsil edib.

Azərbaycan milli geyimlərinin xarici ölkələrdə təbliğ edilməsini yüksək qiymətləndirən professor Minaxanım Təkləli bizimlə söhbətində bu işi təqdir etdiyini dedi: “Mən bu işi təqdir edirəm. Bu olduqca yaxşı haldır. Milli geyimlərin təbliği haqda danışarkən qeyd edim ki, hazırda milli geyimlərin istifadəsi artmış kimi görünür. Həm də sexlər açılmaqdadır, xüsusi peşəkar dərzilər, geyim evləri meydana çıxıb. Bu yaxşıdır. Amma milli geyimin yalnız bir qolunu - 19 əsr şəhər geyimini yaşadırlar. Bəs bölgələr üzrə olanlarımız? Daha qədim elat geyimi? Bunlar məlumdur, ixtisas adamına ehtiyac var. Sadəcə fikir vermirlər. Özlərini əziyyətə salmırlar. Bu qədər zəngin baş geyimi, aksessuar olub, hanı? Ayaqqabı növləri də bunun kimi. Kəmərin neçə növü var, onları niyə işləmirlər? Amma bütövlükdə təbliğ edilməsi müsbət addımdır”.

Qeyd edək ki, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli mətbuata açıqlamasında bildirib ki, uzun illər bütün milli geyimlər iki rəssamın - Bədurə Əfqanlı və Tahir Tahirovun eskizlərinə uyğun hazırlanırdı: “Keçən ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, geyim üzrə rəssam Nazim Yunusovla işləməyə başlamışıq. O, milli rəqslərimiz üçün geyimlərin hazırlanmasında bizimlə əməkdaşlıq edir. Rəqslərə zaman-zaman yeni quruluşlar verilir. Belə olduqda yeni geyim tikilməlidir. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Dövlət Rəqs Ansamblı üçün yeni geyimlər tikirik. Böyük rəqslərin ifası zamanı 24 kişi, 24 qadın, kiçik rəqslərdə 12 kişi, 12 qadın iştirak edir. Məsələn, “Qazaxı” rəqsini 48 rəqqas ifa edir, ona görə hər bir rəqqasın fərdi ölçüləri əsasında onlar üçün geyim tikilir”.

Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan milli geyimlərinin təbliği ilə ciddi məşğul olunur. Onun sözlərinə görə, milli geyimlərimizin təbliğatı iki formada həyata keçirilir. O qeyd etdi ki, geyimlərimizin xaricdə tanıdılması işi əsasən o ölkələrdə milli mədəniyyət günləri çərçivəsində həyata keçirilir: “Bu formada biz Avropa, Amerika, Çin, Orta Asiya, Türkiyə, Rusiya kimi ölkələrdə milli mədəniyyət günlərində sərgilər keçirmişik. Deyim ki, milli geyimlərimiz xarici ölkələrdə təbliğ edilir və maraqla da qarşılanır. Bu, təbliğatımızın birinci formasıdır. İkinci təbliğat formamız isə milli naxışlarla, ornamentlərlə hazırlanmış gündəlik geyim formalarımız olacaq ki, onunla bağlı layihələr hazırlanır. Bu geyimlər “Made in Azərbaijan” yarlığı ilə satışa çıxarılacaq.  Ola bilsin ki, ölkə daxilində və ölkə xaricində bu geyimlərimizin satışı təşkil olunsun. Bakı Milli Geyim Evi olaraq istər Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də səfirliklərin xətti ilə təbliğat həyata keçiririk. Milli geyimlərin tanıdılması məsələsinə istərdim ki, bölgələrimizin geyimlərini də daxil edək. Yəni İrəvan, Borçalı, Qarabağ, Şirvan, Lənkəran və digər bölgələrimizin də geyimlərini təbliğ edirik. Bu geyimlərə baxırlar, bəyənirlər, geyirlər. Bizim milli geyimlər bütün göstəricilərinə görə hər kəsdə maraq doğurur. Təbii ki, bu yetərli deyil, biz bununla kifayətlənmirik. Bizim elə gözəl arxalıqlarımız, naxışlı parçalarımız, kəlağayılarımız var ki, onlar artıq dünyada satış üçün təbliğ olunmalıdır. Yəni bunları “Made in Azerbaijan” adı altında satışa hazırlayıb çıxarmalıyıq. Artıq bu layihəni Bakı Milli Geyim Evi hazırlayır və yəqin ki, yeni ildə təqdim olunacaq”.

Hind, Çin, Orta Asiya və digər xalqlar öz geyimlərindən məişətdə istifadə etdiyi halda, Azərbaycan geyimlərinin məişətimizə hələ nüfuz etməməsinin də səbəblərinə aydınlıq gətirən K.Vəlibəyli bildirdi ki, bizdə buna maraq göstərənlər azdır. Bununla belə, o qeyd etdi ki, milli geyimlərdən məişətdə istifadə edilməsinə çalışırlar: “Tarixi böyük, mədəniyyəti daha qədim olan ölkələr öz mədəniyyətlərini qoruyub saxlayırlar. Çin, Hindistan, Yaponiya kimi dövlətlərin tarixi çox qədimdir. Yaxınlığımızda yerləşən Orta Asiya ölkələri balaca dövlətlər olsalar da, hazırda öz geyim mədəniyyətlərini məişətdə də qoruyub saxlayırlar. Hətta Avropada da elə dövlətlər var ki, onlar da öz geyimlərini məişətdə saxlayıblar. Ukrayna, Avstriya, digər ölkələr də milli geyimlərindən məişətdə istifadə edirlər. Ukraynada bir dəfə məişətdə milli geyim günü olur. Eşitdiyimə görə, Avstriyada həftədə bir dəfə bütün ailə üzvləri milli geyim geyir. Bəli, biz də milli geyimlərdən məişətdə istifadə edə bilərik. Bunu bir-iki nəfərlə, bir geyim evi və üç modelyerlə deyil, ellikcə həyata keçirməliyik. Biz on ildən çoxdur ki, ölkə daxilində “Ənənədən gələcəyə doğru” layihə işləyirik. Bu layihə çərçivəsində ali məktəblərdə seminarlar keçiririk, təbliğatlar aparır, tanıtımlar edirik. Bizdə elə təsəvvür var ki, milli geyimləri yalnız xınayaxdıda geyinmək olar. Hətta bu yaxınlarda bir tanınmış xanıma zəng vurdum ki, biz tanınmış qadınların milli geyimdə fotolayihəsini edirik. Mənə bu işgüzar xanım dedi ki, mən sizin üçün artist deyiləm, milli geyim geyib poz verəm, onu getsin artistlər geysin. Yəni bu günə qədər biz milli geyimlərimizi rəqassələrin, artistlərin əynində gördüyümüz üçün, bu bizim gözümüzdə o qədər dəyərdən düşüb ki, ona görə də bir işgüzar, tanınmış xanıma bu geyimi geydirmək mümkün deyil. Biz geyimləri tanışlarımıza, yaxınlarımıza geydiririk. Elə xanımlar var ki, biz onları dəvət edib üstlərində pulsuz milli geyim hazırlayırıq, onları geydiririk ki, şəhərdə gəzin və bəlkə sizə baxıb kimlərsə geyimlərə maraq göstərdi. Xalqda milli geyimə fərqli baxış var. Ziyalı kəsimi nümunə göstərməlidir. Ay yarım, iki ay olar ki, bir layihə üzərində işləyirəm. Biz bu layihədə iştirak etmələri üçün müraciət etdiyimiz ziyalı xanımlar, alimlər, millət vəkilləri, yazıçılarımız bu işdən qaçır. Deyirlər ki, bu bizə yaraşmaz, ayıb deyilmi. Biz ilk olaraq milli geyimlərdən istifadəyə ziyalı təbəqəni alışdırmalıyıq, bundan sonra xalqdan nə isə gözləmək olar. Xaricilərə gəlincə isə, onlar bizim geyimlərdən istifadə edirlər. Azərbaycan Diplomatik Akademiyasının xaricdən gələn əməkdaşları, kafedra müdirləri, alimləri gəlib bizdən milli geyimlər alırlar. Auditoriyalara Azərbaycan milli geyimlərində daxil olurlar, hətta akademiyada keçirilən bayram tədbirlərinə bizim geyimlərdə qatılırlar. Bəlkə də ADA yeganə ali təhsil müəssisəsidir ki, hər il milli geyimlərlə bağlı tələbələri üçün seminarlar keçirir ki, baxın, tanıyın, bizim belə milli geyimlərimiz var, bunları dəyərləndirmək, sevmək lazımdır. Milli geyimlərə sevgi məktəbdən, universitetdən qazandırılır. Milli geyimləri təbliğ etmək lazımdır ki, nəticə olsun”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ