çərşənbə günü, 07 oktyabr 2026
     

Aşıq Mirzəcan Mədətovu kim erməniləşdirib? Aşıq Pəri ilə belə deyişən erməni ola bilərmi?..

Image


Alban xristian kilsəsi Çar Nikolayın razılığı ilə erməni Qriqoryan kilsəsinə tabe edildikdən sonra bölgədəki xristian türklər - albanların, qıpçaqların böyük bir hissəsi məqsədli şəkildə erməniləşdirildi. Çox təəssüflər olsun ki, XIX əsrin 20-ci illərindən sonra başlayan bu prosesin qarşısının alınması üçün heç bir tədbir görülmədi, Qarabağın alban kəndləri, burada yaşayan xristian türklərin əksəriyyəti öz milli kökündən, soyundan qoparılıb süni sürətdə erməni kimi qələmə verildi.

Bu gün elə soylar var ki, yarısı erməniləşib, yarısı isə müsəlmanlığı qəbul edib və azərbaycanlı kimi qalıblar. Məsələn, Məlikyeqanovlar tayfası bu aqibətlə üzləşib, onların yarısı kilsənin təsiri ilə erməniləşib, yarısı isə milli kimliyini qoruyub. Qarabağda belə nəsillər çoxdur. Qarabağın Çanaqçı (Çanaxçı) kəndindən olan Mədətovlar soyu da bu aqibətlə üzləşənlərdən olub. Onların çox populyar nümayəndələrindən olan Mirzəcan Mədətov uzun illər ədəbiyyatda, almanaxlarda, mənbələrdə “erməni şairi”, “erməni aşığı” kimi təqdim olunub. Son tədqiqatlar göstərir ki, tarixdə daha çox maralyanlı aşıq Pəri ilə deyişən, hətta onun sevgilisi olduğu iddiası ilə tarixə düşən M.Mədətov Azərbaycan türkcəsində yazıb, özü də aşıq şeiri şəklində yaradıb əsərlərini. Kökü türk olmayan bir adam necə qoşma, gəraylı, bayatı yaza bilərdi, necə sazı-sözü duyardı? Əlbəttə duymazdı, əlbəttə yazmazdı. Təəssüflər olsun ki, Mirzəcan Mədətov bizim tədqiqatçıların əsərlərində də erməni əsilli Azərbaycan şairi kimi qələmə verilir. Sözsüz ki, erməni fitnəsi burada xüsusi rol oynayır. 1809-cu ildə (1797-ci il variantı da var) Qarabağ xanlığının Vərəndə mahalının Çanaqçı kəndində doğulan Mirzəcan Mədətov necə “erməni” idisə, yazdıqları bizim dildə idi.

Şairə həsr olunan vikipediya məqaləsində oxuyuruq: “Mirzəcan Mədətov Valerian Qriqoryeviç Madatovun (Arustam Quqo oğlu Mədətovun) qardaşı oğludur. Vərəndə mahalının Çanaqçı kəndində anadan olmuşdu. Tiflis canişinliyi dəftərxanasında çalışmışdı. Podpolkovnik rütbəsinədək yüksəlmişdi. Əvvəllər Tiflis dəftərxanasında işləyən sənətkar sonralar Azərbaycan aşıq şeiri formalarında bir çox qoşma və gəraylıların müəllifi oldu. Onun yaradıcılığı əsasən Aşıq Pəri ilə deyişmələrdən və məktublaşmalardan ibarətdir. Aşıq Pərinin şeirlərinə dərindən yanaşanda məlum olur ki, Mirzəcan Mədətovla çox yaxın olmuş, bir sənət yoldaşı kimi onun xatirini çox istəmişdir. İstər deyişmələrində, istərsə də ithaflarında biz bunların şahidi oluruq.

Şeirlərindən məlum olur ki, Mirzəcan Mədətovun ölümü Aşıq Pərini dərindən sarsıtmış, ona xüsusi qoşma həsr etmişdir. Həmin qoşmaların bəndlərindən birində Dağıstan adının ayrıca vurğu ilə çəkilməsi də maraq doğurur. Bu amilin iki yozumu ola bilər. Tiflisdə Sərdarın sağ əli olan, dəftərxanada onun mühüm işlərini görən Mirzəcan Mədətovun Dağıstanla əlaqədar adının çəkilməsi o dövrün ictimai-siyasi vəziyyətlərinə aid ola bilərdi. Əlbəttə, bunlar şəxsi qənaətdi və bir daha dərin axtarışa ehtiyacı var. Mirzəcan Mədətov mülkədar idi. Xırxan, Sus kəndlərində mülkü vardı.

Qeyd olunan maraqlı məqamlardan biri odur ki, Mirzəcan bəy Mədətov Mina adlı xanımla ailə qurub, onların  Səfiyə xanım adlı qızları olub. Bu məqam da onun erməni olmadığını təsdiqləyir. Mirzəcan bəy erməni olsaydı, gərək onun qızının adı Səfiyə yox, Haykanuş, Qayane və sair olaydı... 

Feysbukda açılan “Xəzər Albaniyası” səhifəsində M.Mədətovla bağlı çox maraqlı bir məlumat var. Məlumatda M.Mədətov alban şairi, yazarı olaraq təqdim olunub: “Mirzəcan bəy Mədətov 1797-ci ildə Qarabağın yerli albanlardan (türk) ibarət olan Çanaxçı (Çanaqçı) kəndində anadan olub, hansı ki, bu kənd vaxtı ilə 4 Alban məlikliyindən biri olan Vərəndə - alban bəylərinin baş mərkəziydi. M. Mədətov 1816-cı ildə Tiflisə köçür və orada yaşamağa başlayır. Burada onun əmisi Bedrus Mədətov öz əlaqələrindən istifadə edərək Mirzəcanı Qafqazdakı mülki bölmənin baş komandiri, piyada generalı N. F.Rtişşevin kabinetində Şərq dilləri üzrə tərcüməçinin köməkçisi vəzifəsinə təyin edə bilir . O vaxta qədər ərəb, fars, türkcə və bir az da rusca danışırdı. A. P. Yermolovun rəhbərliyi altında tərcüməçi kimi fəaliyyət göstərmişdir... Onu hərbi səfərlərdə müşayiət edir. 1821-ci ildə rus ordusunun kapitanı rütbəsi ilə salnamələrdə qeyd edilmişdir. Aprelin 23-ü 1841-ci ildə o podpolkovnik rütbəsinə qalxır.

Qarabağdakı Xırxan və Sus adlı mülklər Mədətovlar ailəsinə məxsus idi.

Qarabağ şairləri, xüsusən də şairə Aşıq Pəri ilə poetik deyişmələri olmuşdur.

1827-1828-ci illərdə Şuşada Qarabağın bir çox şairlərinin iştirak etdiyi ədəbi Məclislər keçirilir və bu deyişmələrdə Cəfər Quli Ağa Cavanşir və Mirzəcan Mədətov xüsusilə iştirak edirlər. Məclisin üzvləri xanəndələr, zabitlər, müəllimlər, dülgər, din xadimləri, xəttat, həkim, şəhər hökumətinin məmuru, saray xadimi, hüquqşünas, Şuşa şəhərinin meri, Qarabağın alban məlikləri iştirak edirdilər.

Mirzəcan Mədətovun yaradıcılığı orta əsrlər Azərbaycan aşıq poeziyası ilə sıx bağlı olmuşdur. O, Şəkili Mina xanım Məlik-Qarakeşişovayla (çox ehtimal ki, Mina xanım Şəkinin yerli xristian türklərindən idi) evlənmişdi. Mirzəcan bəy Mədətovun bu izdivacdan Vasak bəy adlı oğlu və Səfiyə adlı qızı olmuşdur”.

Mirzəcan bəy Mədətovun  1851-ci ildə Şuşada vəfat etdiyi qeyd olunur.

Mirzəcan ilə Aşıq Pərinin dillər əzbəri olan deyişməsindən bir parça: 

Mirzəcan:
Mən ki öldüm, həsrətindən ey Pəri
Canım alıb, o məstanə gözlərin.
Yanında qəmzəsi, işvəsi, nazı,
Hər dəm baxıb, afətanə gözlərin.

Aşıq Pəri:
Hər nə ki danışsan əfsanədəndir,
Batacaqdır məkri-qanə gözlərin.
Sən mənə rəqibsən, həmi naməhrəm,
Sataşmasın zənəxdanə gözlərin.

Mirzəcan:
İstəmənəm seyraqəbin ülfətin,
Çox çəkirəm sənin çünki möhnətin,
Çünkü bilmiş ağlamağın ləzzətin,
Qoy ağlasın, yana-yana gözlərin.

Aşıq Pəri
Təbib olan, yarə bağlamaq ilə,
Eşq oduna cigər dağlamaq ilə,
Kim vayə çatıbdır ağlamaq ilə,
Bica yerdə doydu cana gözlərin.

Mirzəcan:
Əqlimi itirib, zayil olmuşam,
Dərdindən başlayıb, sayil olmuşam,
Aləm bilir sənə mayil olmuşam,
Od salıbdır Maralyana gözlərin.

Aşıq Pəri:
Eşqin məstliyinden ayıl deyirəm,
Hər nə ki danışsan, qayıl deyiləm,
Leyli sifət, sənə mayil deyiləm,
Məcnun kimi, nə divanə gözlərin.

Erməni olan bir kəs türk dilində belə nəcib qoşma yarada bilərdimi? Əsla.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru İlhami Cəfərsoy da bildirir ki, M.Mədətovu erməni kimi təqdim etmək çox pis haldır, o erməni deyil.  Alim Çanaxçı (Çanaqçı) kəndi barədə yazısında qeyd edib: “Çanaxçı Qarabağın Qıpçaq kəndlərindən biridir. Oğuzlar saza qopuz, qıpçaqlar çanak deyirlər. Onlar rus işğalına qədər türk və müsəlman idilər. Ruslar kəndi işğal edəndə ən yaraşıqlı, boy-buxunlu oğlanları süngüyə keçirib divara dirədilər. Qanları süzülüb cəsədlərinin altında gölləndikcə sağ qalanlara dedilər ki, kim bunlar kimi inildəyə-inildəyə ölmək istəmirsə, xristian olsun. Əhali məcbur olub xristianlığı qəbul etdi və tədricən erməniləşdi. Çanaxçı kəndindən cəsur igidlərlə yanaşı adlı-sanlı saz və söz ustaları çıxmışdır. Onlardan biri Mirzəcan Mədətov idi. Bizim ədəbiyyat tarixçilərinə inansaq, Maralyanlı Aşıq Pəri erməni Mirzəcanla sevişirmiş. Əslində isə o, erməni deyildi. Maralyan kəndinin qonşuluğunda yaşayan xristian soydaşımız idi. Mirzəcan Mədətov öləndə Aşıq Pəri ürək dağlayan aşağıdakı misraları yazmışdı:

Dünya, sənin etibarın yox imiş,
Bir xəbər ver Mirzəcanı neynədin.  

Yaxud:

O fələkdir dügün yerin dağlayan,
Əzəl şad eləyib sonra ağlayan.

Gəlin, elmi işçi olaraq bu istiqamətdə tədqiqatlar aparaq. Çanaxçı, Ağbulaq, Ağoğlan, Ağqız kəndlərinin Oğuz və Qıpçaq mənşəyini sübuta yetirən əsərlər yazaq. Onların ermənilərdən ayrılıb yenidən türkləşməsi üçün sosial-psixoloji zəmin hazırlayaq. Bizimlə birgəyaşayışını təmin etmək üçün dövlət orqanlarımıza təkliflər verək”.

Çar Rusiyanın işğalından sonra Qarabağın erməniləşdirilən xristian türkləri sırasında M.Mədətovun da olması çox dərin mətləblərdən xəbər verir. Hələ o dövrdən ermənilərin alban xristian irsinə sahib çıxmaları üçün bizim torpaqlara gəlmə olan ermənilərə münbit şərait yaradılırdı.

Hesab edirik ki, müasir tədqiqatçılar erməniləşdirilən türk şairlərinin, yazarlarının fəaliyyətini, yaradıcıllğını yenidən tədəqiqata cəlb edib onların tapdanan haqqını bərpa edəcəklər... Bunu Mirzəcan Mədətov da haqq edir...Bizim ədəbiyyatşünaslar onu erməni kimi təqdim etməklə ermənilərə yeni mövzular verirlər, bu baxımdan hesab edirik ki, XIX əsr şairlərinin yaradıcılığı yenidən tədqiq və təhlil olunmalıdır, biz Sovet dövründə yazılanlardan xilas olmalıyıq...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ