şənbə günü, 21 noyabr 2026
     

Farslar Urmiya gölü yanındakı Həsənlitəpə türk abidəsini niyə məhv edir...

Image


Azərbaycanı Cənubu tarixi, arxeoloji abidələrlə zəngin olsa da, burada xalq olaraq mədəniyyətimizin ən qədim örnəkləri izlərimizi yaşatsa da, faşist fars molla rejimi daim abidələrimizə qarşı saxtalaşdırma kampaniyası aparıb.

Nəzərə alsaq ki, Urmiya gölü ətrafında bizim çox böyük tarixi dövlətlərimiz olub, bu baxımdan həmin ərazidə bizim mədəniyyətin unikal nümunələrinin olduğu şübhə doğurmur.

“Güney Azərbaycanın tarixi irsi” rubrikasında Urmiya gölünün 10 kilometr cənubunda yerləşən əfsanəvi Həsənlitəpədən (Həsənli Təpəsi) danışacağıq ki, bu abidə özündə xalqımızın unikal tarixi irsini ifadə edir, özü də çox zəngin şəkildə. Molla rejimi zaman-zaman Həsənlitəpəni türk varlığından qoparmaq istəyib. Ondan əvvəl Pəhləvilər də çox çalışıb ki, bu abidəni farslara bağlasın, amma alınmayıb, çünki o təpdən-dırnağa türk abidəsidir. Məlumatlara görə, dəmir dövründən miras qalan Həsənlitəpə İran adlanan ölkə tərəfindən prioritet olmadığı üçün BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə qurumu UNESCO-nun ümumdünya irsi siyahısında müvəqqəti olaraq qeydə alınıb və lakin rəsmi qeydiyyata alınmayıb. Bu birbaşa fars molla rejiminin abidəmizə ögeyliyindən qaynaqlanır. Düzdür, İran onu “İran abidəsi” sayır, amma dünyaya belə təqdim edə bilmir, çünki abidə türklərə aiddir. Arxreoloqların araşdırmasına görə, Həsənlitəpəsi  tarix boyu 10 fərqli dövrdə mədəniyyətlərə ev sahibliyi etmişdir ki, 10-cu dövrü 8 min il öncəyə dayanır. Ən yaxın mədəniyyət sayılan 1-ci dövr isə Elxanlı dövrəsinə aiddir. Arxeoloqlara görə, bu 10 dövrün, ən önəmlisi 3-cü və 4-cü dövr üç-dörd min öncəyə aiddir.

Həsənlitəpə, yaxud Həsənli Təpəsi indi İran adlanan ölkənin, Qərbi Azərbaycan ostanında, Urmiya gölünün cənub sahilində, Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığındakı Həsənli kəndi ərazisində yerləşir. Ekspertlərə görə, vadiyə giriş çətindir. Sanki hər tərəfdən əhatələnmişdir; o Qərbdən Zaqos dağları, Cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Oraya giriş ancaq Qərbdən, Kələyaşin və Rəvanduz aşırımı, Şərqdən isə Kadar çayı boyunca mümkündür. Ziviyə tapıntıları skif heyvan üslubunun Azərbaycanda yarandığını söyləməyə imkan vermişdir.

1956-cı ildən etibarən burada R.Daysonun rəhbərliyi altında Amerika arxeoloji cəmiyyəti İran arxeoloji idarəsi ilə birlikdə qazıntılar aparmışdır. Həsənli rayonu e.ə. IX əsrin ortalarından III Salmanasarın (e.ə. 859–824) kitabələrində adı çəkilən Manna dövləti yerləşən əraziyə daxil idi. Həsənlidə aşkar edilmiş qədim yaşayış məskəni mixi yazılı mənbələrdə adı çəkilən heç bir şəhərlə dəqiq şəkildə eyniləşdirilməmişdir. E.A.Qrantsovski güman edir ki, e.ə. IX əsrə aid assur mənbələrində də təsadüf edilən İdi adı Həsənlinin qədim adıdır. O, göstərir ki, Həsənliyə aid onomastik material e.ə.IX əsrin sonlarınadək Həsənli əhalisinin İrandilli olmadığını sübut edir.

M.Salvini Urartu hökmdarları İşpuini və onun oğlu Menuanın Meişta şəhəri və Manna ölkəsi əleyhinə yürüşlərindən bəhs edən Taştəpdəki (Həsənlidən 40 km Şərqdə) qayaüstü kitabələrini şərh edərkən belə nəticəyə gəlir ki, Meişta Həsənli təpəsindəki qədim qalanım Urartu diində adıdır və Həsənli IV təbəqə Urartu yürüşləri zamanı dağıdılmışdır.

Tikinti qurğularının qalıqları göstərir ki, Həsənli xeyli böyük və yaxşı möhkəmləndirilmiş yaşayış məntəqəsi olmuşdur. E.ə. VI minilliyə qədər mədəniyyətin ardıcıl startirafiyasını verən Həsənli təpəsi 27,5 metr dərinliyə qazılmışdır. Bu startiqrafiya tarixi məlum olan abidələrlə keramika qalıqlarının, həmçinin radio-karbon təhlilinin nəticələrindən istifadə vasitəsilə müəyyənləşdirilmişdir.

R.Dayson Həsənlidə qazılmış materialları on dövrə ayırır.X-VI dövr materialları Həsənli təpəsi yaxınlığında yerləşən təpələrdə də təmsil edilmişdir.

Daha çox zənginliyi və müxtəlifliyi ilə seçilən V–IV təbəqələrdir.

Keramika məmulatı dibinin formasına görə "Button Base Phase" adlanan V dövr e.ə. 1200–1000-ci illərə aid edilir. Bu dövrdən başlayaraq Həsənli təpəsi kiçik binalarla abadlaşdırılır. E.ə.1100–800-cü illərə aid IV dövr "Grey Ware Phase" əvvəlki dövrlərdə təsadüf edilməyən xarakterik cizgili-əsasən şüyrələnmiş boz-qara keramika ilə səciyyələnir. Təpənin mərkəzindəki iri tikintilər və kvadrat qülləli qala divarları həmin dövrə aid edilir. Bu dövr öz növbəsində tikinti qalıqları ilə izlənilən üç mərhələyə bölünür. Dağıntıdan və ya yanğından sonra binaların qalmış daş və ağac hissələrindən istifadə edərək yeni memarlıq detalları və əsas plana əlavə tikililər artırmaq yolu ilə bərpa olunmuşdur.

Bu dövrün binalarından bir neçə yazılı əşya da aşkar edilmişdir: daş farqment üzərində "Kadaşman-Enlil"in adı, zədələnmiş toppuz başı üzərində "Aşşurballitin sarayı" və daş qab üzərində "Uşişi Günəş tanrısına həsr edilmiş İdi ölkəsi hökmdarının Bauri sarayı" yazılmışdır.

R.Daysonun fikrincə IV dövrün mədəniyyətinə urartulular tərəfindən qalanın dağdılması və onun əhali tərəfindən tərk edilməsi ilə son qoyulmuşdur.

III dövr "Triangle Ware Phase" xarabalıqlarının toxunulmaz halda qaldığı vaxtdan bir müddət keçdikdən sonra meydana gəlmişdir. Bu dövr iki – erkən III B (e.ə. 750–600-cü illər) və son III A (e.ə.600–400-cü illər) kəsimə bölünür. Yeni məskunlar təpədəki tikililərdən qismən onları bərpa edərək istifadə etmişlər. Onlar asma üçbucaqlar formasında həndəsi şəkilli səciyyəvi keramika (III B dövrü) və açıq sarı rəngli keramika (III A dövrü) hazırlamışlar.

Sonra hələlik dəqiq müəyyənləşdirilməmiş II dövr "Post Triangle Ware Phase" və I İslam dövrü gəlir.

Həsənlidə qazılmış arxeoloji material Güney Azərbaycanın qədim tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Həsənli qazıntıları özündən əvvəlkilərdən burada təkcə yaşayış məskəninə aid nekropolun aşkar edilməsi ilə yox, həm də yaşayış məskəninin özünün demək olar ki, tamamilə qazılması ilə fərqlənir. Bu yüksək elmi səviyyədə sistematik olaraq aparılmış qazıntılardır vəə onlar bu rayonun ardıcıl mədəni inkişafının dolğun lövhəsini yaşadır. Müasir tədqiqat metodları sayəsində buradan ədə edilmiş materialın dəqiq və etibarlı xronoloji şkalasını vermək mümkün olmuşdur. Həsənli materialları qonşuluqdakı qədim yaşayış məskənləri və nekropollar yerləşən təpələrdən aşkar edilmiş materiallarla tamamlanır.

Həsənli təpəsi yaxınlığında bir neçə kiçik təpə də qazılmışdır. Onlar Həsənlidə qazılmış dövr etibarilə müvafiq erkən təbəqələrə nisbətən daha zəngin material vermişdir. Bu dövrlər qazıntı aparılmış təpələrin adları ilə adlandırılmışdır.

Həsənlidən 1,5 km Cənubda yerləşən Hacı Firuz təpəsindəki qazıntılar Həsənli X dövrə uyğun gələn daha qədim dövr (e.ə.VI-V minilliklər) əşyaları vermişdir. Keramika hörmə məmulatının izlərini saxlamışdır. Məhz bu hörmə sayəsində gil lazımi formada bərkiyirdi. Sonra hörmə kənar edilirdi. Qablar bərkidikdən sonra onların üzəri yenidən nazik gil qatı ilə örtülərək bişirilirdi. Qablar bəzən həndəsi şəkillərlə bəzədilirdi. IX və VIII dovrlər muvafiq olaraq Dəlmətəpə və Pişdəlitəpə qazıntıları ilə təmsil edilmişdir. Dəlmətəpə tapıntıları e.ə. V minilliyin sonlarına aid edilən və Yaxın Şərqdə həmin dövr mədəniyyətləri arasında nadir sayılan rəngli keramikanı nümayiş etdirir. Həndəsi rəsmli qablar çəhrayı və ya ətrəngi, habelə qəhvəyi və qara-qəhvəyi rəngdədir. Həndəsi rəsmlərdən olduqca effekli və çoxsaylı kombinasiyalarda yüksək sənətkarlıq zövqü ilə istifadə edilmişdir. Pişdəlitəpə VIII dovr e.ə. IV minilliyin ortalarına aid edilir. Pişdəlitəpə mədəniyyəti ilə Urmiya gölünün Şərq sahilindəki Yanıqtəpə mədəniyyəti arasında oxşarlıqlar aşkar edilmişdir. Buraya qəhvəyi-qara rəngli, həndəsi rəsmli sarımtıl keramika, dəvəgözü və çaxmaqdaşından silahlar, saxsı iy, heyvan heykəlcikləri və s. daxildir.

Bu materialların dövrü və əlaqələri radio-karbon analizinin məlumatlarına, həmçinin İran, İraq və Türkiyədə aşkar edilmiş materiallarla müqayisəyə əsaslanan R.Dayson tərəfindən müəyyənləşdirilmişdir. Həsənlidə tapılmış sümük qalıqlarının analizi T.A.Ratbunun tədqiqatinda aparılmışdır. Müəllif Həsənlidə yeddi dövrdə (I–V, VII, IX) aşkar edilmiş 120 kişi, uşaq və qadın skletlərini nəzərdən keçirmişdir. Onların böyük əksəriyyəti (83-ü) IV dövrə, 21 V dövrə aiddir. Qalan dövrlər isə iki-üç nümunə ilə təmsil edilmişdir. Bütün ölülər sağ böyrü üstə, bükülü vəziyyətdə basdırılmışdır. Müəllif qeyd edir ki, ölülərin 32 faizinin başı Şimala, 31 faizinin başı isə Qərbə doğru qoyulmuşdur. Həsənli təpəsinin Şimal ətəyindəki nekropol ərazisində 1947–1948-ci illərdə mustəqil qazıntılar aparmış və M.Rad və A.Hakimi oz tədqiqatlarında səliqəsiz istiqamətli dəfnləri şərh etmişlər. Onlara görə Həsənli sakinləri dəfn zamanı Günəşi əsas istiqamət götürürdülər. Ona görə də, ilin və günün vaxtından asılı olaraq dəfn zamanı istiqamətlər dəyişirdi.

Məlumatlara görə, bir neçə il əvvəl Qərbi Azərbaycan vilayətinin mədəni İrslər və Əl Sənətləri İdarəsinin direktoru 2019-cu ilində verdiyi müsahibədə Həsənli Təpəsindən 14 min tarixi obyektin kəşf olduğunu bəyan etmişdi, ancaq bu 14 min obyektdən 7 min obyektin İran muzeylərində saxlandığını da bildirmişdi, o, digər obyektlər barəsində məlumat verməmişdi. O, bu obyektlərdən 27-nin İranın milli əsəri olaraq qeyd olunduğunu da ifadə etmişdi. Bu tarixi təpədə kəşf olanan obyektlərin ən önəmlisi dünyaca ünlü Həsənli Qızıl Kasasıdır. 950 qram saf qızıldan düzəldilmiş bu əsərin tarixi 3200 və 3500 il öncəyə dayanır. 1957-ci ildə Robert Dyson tərəfindən tapılan bu obyektin məşhur olma səbəbi üzərindəki naxışlar və o naxışların daşıdığı anlamlardır. Arxeoloqlara görə, bu naxışlar dini və epik nağılları əks etdirir. Naxışların ən əhəmiyyətli və məşhuru 3 tanrı yəni su, yer və günəş tanrısı naxışlarıdır. Robert Dyson daha sonra xatirələrində qızıl kasanın kəşfi barəsində belə deyir: “Həsənli Qızıl Kasası elə bir əsərdir ki, onun kəşfi hər bir arxeoloqun həyatına yetər.”

Qədim türk abidəsi olan Həsənlitəpə fars şovinstləri tərəfindən laqeydliklə üzləşsə də, soydaşlarımız hər zaman bu abidəyə sahib çıxıb, çünki o, xalqımızın əzəmətini, qədimliyini yaddaşında saxlayan unikal bir abidədir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ