Cümə günü, 14 avqust 2026
     

Qarabağdan Tehrana şah sarayına gəlin köçürüldü - şairənin ağır qürbət həyatı və ölümü...

Image


Hekayət edirlər ki, Qarabağ hökmdarının qızı Ağabəyim Ağa Qacar şahı Fətəli Qacarın zövcəsi olmaq üçün Tehrana gəlin köçəndən sonra doğma yurdunun, Vətənin xiffətini çəkir, qəmlərə qərq olur.

Şah sevimli zövcəsini ovutmaq, həsrətini unutdurmaq üçün Tehranda Qarabağ xanının bağı kimi bir bağ saldırır və bu bağda Qarabağda bitən bütün gülləri, çiçəkləri, ağacları əkdirir, bu bağın bağbanı da Qarabağdan gətirilir. Deyilənlərə görə, hətta o bağda Xarı bülbül də əkilir, amma Xarı bülbül bu torpaqda gəlişmir, bitmir. Ağabəyim Ağanın istəyi ilə salınan bu bağa “Vətən bağı” adı verilir...Qəlbi qübarlı xan qızı, incə ruhlu şairə 

“Vətən bağı” al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
misralarını dilə gətirir...

Ağabacı təxəllüsü ilə gözəl şeirlər yazan xan qızının çox qəmli və hüzünlü həyat hekayəsi var.

  • Xankəndidə doğuldu, şeirlərini Ağabacı təxəllüsü ilə yazdı...

İnternet resurslarında Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı Ağabəyim Ağa (Ağabacı) ilə bağlı məlumatlara göz ataq, sonra isə ekspertin fikirləri ilə tanış olaq. 

Şeirlərini Ağabacı təxəllüsü ilə yazan Ağabəyim ağa Qacar şahı Fətəli şahın xanımı, məşhur şairə Xurşudbanu Natəvanın bibisi olub.

Yazırlar ki, Ağabəyim ağa 1780-ci ildə Xankəndi (bəzi mənbələrdə Şuşa-İ.S) şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı  hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nikaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir. Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür.

Tarixçilər yazırlar ki, Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir xanım idi.  Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu.

  • Fransızcanı öyrəndi, Napoleona məktub yazdı, rus çariçası isə...

Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrənərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşüb, onun vasitəsilə Napoleon Bonaparta məktub göndərib. Rusiya–Qacar münasibətlərinin barışıqla nəticələnməsi işində də Ağabəyim ağanın rolu az olmayıb. Rus çariçası Ağabəyim ağaya göndərdiyi məktubunda yazırdı: "Ey Bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci Zöhrəsi, tale ulduzu olmuşsunuz".

Tədqiqatçılar yazır ki, Ağabəyim ağaya Qarabağı çox sevən, öz torpağının həsrəti ilə yaşayan, ermənilərin xəyanətinə nifrət edən bir ictimaiyyətçi də demək olar. Digər bir mənbənin yazdığı kimi, İrəvan xanı "Sarı Aslan" ləqəbli Həsən xanı rus əsirliyindən qurtarmaqda da köməkçi olub, onu əsirlikdən qurtarıb.

1832-ci ildə Tehranda vəfat edib və Darül-İman adlanan Qum şəhərində dəfn olub.

  • Tehran cənnətə dönsə...

Mənbələrdə qeyd edilir ki, Fətəli şahın xanımlarının hərəmə daxil olduqdan sonra şahın zəngin salonundan istədikləri paltarı seçmə hüquqları var idi. Ağabəyim ağa Fətəli şahın anasının da paltarının orada olduğundan xəbərdar idi. Ona görə də onu salona gətirəndə addımlarını həmin paltara yönəldib əyninə geyindi. Ağabəyim ağanı öz anasının paltarında görən Fətəli şah xeyli təəccübləndi və heç vaxt ona toxunmadı.

Özünün intellektinə görə o, Fətəli şah tərəfindən sevilirdi və buna görə də, hərəmin əsas xanımı elan edilmişdi . Qacar Sarayında yaşadığı dövrdə Ağabəyim ağa öz vətənindən ötrü darıxırdı və həsrətini misralara düzürdü:

Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Bildirək ki, 2008-ci ildə çəkilən və Qarabağ xanlığının İbrahimxəlil xanın hakimiyyəti dövründəki tarixindən bəhs edən “Hökmdarın taleyi” adlı filmdə Ağabəyim ağa rolu aktrisa Günəş Əliyevə tərəfindən canlandırılıb.

  • “Heç bilmədim ömrüm necə gəldi, necə getdi...”

Bəzi tarixçilər və tədqiqatçılar iddia edirlər ki, İbrahimxəlil xan öz hakimiyyətini qorumaq üçün sevimli qızını Qacar sarayına göndərib. Bu xüsusda digər iddialar da var. Məsələ ilə əlaqədar tədqiqatçı Vasif Quliyevlə əlaqə saxladıq. V.Quliyev qeyd etdi ki, deyilənlərin əsası yoxdur. “Burada söhbət hakimiyyəti qorumaqdan getmirdi. Nikah siyasətindən söhbət gedir. O zamanlar Şərq ölkələrində, eləcə də Qərbdə nikah siyasətindən istifadə olunurdu. Nikah siyasəti nə idi? Hansısa bir hökmdarın bacısı, yaxud qızı, yaxını başqa bir hökmdara, xana ərə verilirdi. Yəni dostluğu, ittifaqı möhkəmlətmək, sülh yaratmaq üçün nikah siyasətindən istifadə olunurdu. Qacar Qarabağda öldürüldükdın sonra Qacarların Qarabağa hücumu gözlənilirdi. Ona görə də, İbrahimxəlil xan qırğına yol verməmək üçün bu addımı atdı. Daha doğrusu, Qacar sarayından Fətəli şahın adamları elçi gəldi və Ağabəyim Ağanın Fətəli şaha ərə verilməsi ilə bağlı razılığa gəlindi. Hətta Fətəli şah Cənubi Azərbaycanın Qaradağ mahalını İbrahimxəlil xana bağışladı. İbrahimxəlil xanın öz qızını Fətəli şaha ərə verməsində qanunsuz bir məsələ yox idi”.

Ağabəyim Ağanın Fətəli şahla nikahının uğursuzluğu və onların heç zaman bir yastığa baş qoymadıqları barədə məlumatlar da çoxdur, bunun rəvayət, yoxsa həqiqət olduğunu isə tədqiqatçılar bilər. V.Quliyev Ağabəyim Ağanın uğursuz olduğu deyilən nikahına da aydınlıq gətirdi: “Bəli, bu düzdür. Siyasət ayrı şeydir, siyasət hər şeyin üstündən xətt çəkir. Ağabəyim Ağanın şaha sevgi-məhəbbəti yox idi, o məcburiyyət qarşısında Qacar sarayına gedib. Ona görə də, onların birgə yaşayışı alınmayıb. Da onu geniş açıqlamıram, bilinən faktdır. Bu səbəbdən Ağabəyim Ağa şaha deyib ki, məni Tehrandan uzaqlaşdır, gedib kənarda yaşayım. Onu şah Quma göndərir, o Qumda yaşayır və orada vəfat edir”.

  • Şimali Azərbaycandan Cənubi Azərbaycana gedənlərin pasibanı...

Ağabəyim Ağanın şeir yaradıcılığından da danışan V.Quliyev təəssüflə qeyd etdi ki, şairənin şeirlərinin heç də hamısı əlimizdə deyil, bizə gəlib çatanların sayı çox azdır.

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi...

“Ağabəyim Ağa şeirlərini Ağabacı və Məluli təxəllüsü ilə yazıb.

Əzizinəm Qarabağ
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ!

Bayatısını şahın onun üçün saldırdığı “Vətən bağı”na ithafən yazıb. Tehran cənnətə dönsə misrasını o bağa xitabən deyib. Buna görə də şahla aralarında soyuqluq yaranıb, o ondan sonra Quma gedib...

  • Qacar sarayının birinci xanımı, Şahbanu...

Ağabəyim Ağanın yaradıcılığından bizə çox az sayda şeir gəlib çatıb. Şeirlərinin hamısı İranda qalıb. Şeirləri çoxdur, amma bizim əlimizdə yoxdur, gedib axtaran, tapıb gətirən yoxdur.   

Şimali Azərbaycandan ora gedənlərin hamısını qonaq çağırarmış, kimin nə müşkülü varmış həll edərmiş, çətin içini düzəldərmiş. Ağabəyim şahın yanında çox böyük hörməti vardı. Baxmayaraq ki, Fətəli şahla bir yerdə yaşamırdılar, amma onun yanında çox böyük hörmətə sahib olub. Ağabəyim Ağaya Şahbanu deyirdilər. Fətəli şahın 300 arvadı olub, şahbanu adını isə Ağabəyim ağa daşıyıb. Şahla bir yerdə olmamasına baxmayaraq, Qacar sarayının birinci xanımı idi. Çox ağıllı, müdrik qadın olub. Rusiya, Fransa və başqa ölkələrlə danışıqlarda iştirak edib. Bütün gücünü ona sərf edib ki, Fətəli xan Qarabağa, Şimali Azərbaycana hücum etməsin, qırğın olmasın, camaat qırılmasın. Onun missiyası Azərbaycanın Şimalını qorumaq olub. Bu bu yolda çox çalışıb” - deyə V.Quliyev əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ