Cümə axşamı günü, 08 oktyabr 2026
     

Mədəniyyət Nazirliyinin daha bir qəbahəti – deportasiya və soyqırım tarixi hələ ekranlaşdırılmayıb...

Image


XX əsrdə bir neçə dəfə ermənilər tərəfindən deportasiya və soyqırıma məruz qalan Azərbaycan türklərinin faciələri ilə bağlı kifayət qədər tarixi-elmi araşdırmalar aparılsa da, lakin indiyə qədər bu mövzuda nə bir sanballı əsər yazılıb, nə də film çəkilib.

Ortada yaranan boşluqdan və sükutdan isə bizə qarşı soyqırım və deportasiya törədən ermənilər sui-istifadə edərək, qondarma “erməni soyqırımı” haqqında bədii filmlər çəkir və bu filmlərdə özlərini “soyqırıma” məruz qalan xalq adlandırır, dünyanı yalançı göz yaşlarına inandırmaq istəyirlər. Gizlin deyil, bu işdə onlara maddi cəhətdən xaricdəki erməni diaspor təşkilatları, yaradıcılıq və texniki baxımdan isə Rusiyada və başqa ölkələrdəki erməni kino qurumları, şirkətləri dəstək verirlər.

Haqlı tərəf və soyqırımlara, deportasiyalara məruz qalmış xalq olduğumuz halda, hələ də kinomuz bu istiqamətdə ortaya fundamental bir bədii ekran işi qoymayıb. Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında Azərbaycanın milli kinosunun formalaşdırılması, Azərbaycan məfkurəsi, azərbaycançılıq ideologiyası əsasında filmlər çəkilməsini, eləcə də çəkilən filmlərdə deportasiya və soyqırımlar tariximizi işıqlandırmağı kinematoqraflara tövsiyə edib. Amma kinoya rəhbərlik edən məmurlar dövlətin bu sahəyə ayırdığı vəsaiti mənasız, çürük ideyalar üzərində köklənən layihələrin gerçəkləşdirilməsinə yönəldiblər. Halbuki, o vəsaitə heç olmasa, ən azı, soyqırımlar və deportasiyalar tariximizlə bağlı bir film çəkmək və onu bütün dünyaya yaymaq olardı. Əlbəttə, indiyə qədər bu istiqamətdə fundamental bir bədii filmin meydana gəlməməsinin məsuliyyətini birbaşa Mədəniyyət Nazirliyinin aidiyyəti sektoru daşıyır. Hətta mövzu ilə bağlı onlara ssenari təqdim edən şəxslərin də layihələrini geri çevirirlər. Nəticə isə bizim zərərimizə olur.

Qeyd edək ki, bir çox kino mütəxəssisi dəfələrlə açıq və örtülü şəkildə bu kimi mövzuların işıqlandırılmasına nazirliyin aidiyyəti qurumunun maneçilik törətdiyini deyib. Çünki belə bir layihə kifayət qədər vəsait tələb edir və o vəsaitin də hamısı filmə xərclənsə, onlar üçün yeyinti yeri qalmayacaq. Odur ki, başdan etmək, get-gələ salmaq prinsipini rəhbət tutan kino məmurları filmlərin çəkilməsinə əngəl olublar. Hər halda, bu barədə iddialar var və aparılan araşdırmalar bu məsələnin qaranlıq tərəfinə işıq salacaq.

  • “...bu mövzuda bədii filmlər çəkilməli və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır”

Prezident İlham Əliyevin sərəncamı ilə Əbülfəs Qarayevin mədəniyyət naziri vəzifəsindən azad edilməsindən sonra nazirlikdə tamamilə yeni proseslərin başlandığı hiss olunur.

Qayıdaq mövzuya. Azərbaycan xalqının erməni daşnakları tərəfindən soyqırımlara və deportasiyalara məruz qalması faktının bədii kinoda hansı səbəbdən işıqlandırılmadığını tanınmış kinorejissor-ssenarist Şamil Əliyevlə müzakirə etdik.

Ş.Əliyev qeyd etdi ki, bu mövzuda cəmi bir-iki bədii film çəkilib və həmin filmlər isə üzəridə deyil. “Aydındır ki, dövlət müstəqilliyimizə qədər bu mövzunun işıqlandırılması Sovet İttifaqı Kommunist Partiyası tərəfindən qadağan idi. Yəni bu məsələni yazıb, çəkmək olmazdı. Bilirsiniz ki, dövlət müstəqilliyimizdən sonra bu mövzuda bir neçə sənədli film çəkilib. Hətta bu mövzuda çəkilən bir-iki bədii filmimiz də var. 1993-cü ildə çəkilən “Haray” filmini qeyd edə bilərəm. Səhv etmirəmsə,  həmin film Eldəniz Quliyevin və Nüşabə Məmmədovanın ssenarisi əsasında teatr rejissoru olan Oruc Qurbanov tərəfindən  ekranlaşdırılmışdı. Oruc Qurbanov teatr rejissorudur və bu onun filmdə ilk cəhdləri idi. Böyük kino nümunəsi olmasa da, bu cəhdlər var idi”.

Ş.Əliyevin sözlərinə görə, Azərbaycandan dünya miqyasına çıxan filmlər çox az olub. O, “Əli və Nino” filmini, qismən də olsa, haqqında danışdığımız mövzuya toxunan bir film hesab edir. “O, dünya miqyasına çıxdı. Çünki o filmin Leyla Əliyeva kimi icraçı prodüsseri vardı. Bu filmdə Hollivudun ünlü sənətkarları işləmişdi. Kristofer Hempton həm prodüsser, həm də ssenari müəllifi idi. Burada Hollivudun bir çox aktyoru bu filmdə iştirak edib. Bu filmdə keçən əsrin əvvəllərində baş verən bir çox hadisəyə müəyyən qədər də olsa toxunulub. Bu film Avropa Parlamentində, Amerikada, “Sundance” Beynəlxalq Film Festivalında və digər yerlərdə çox uğurla nümayiş olundu. Film bütün kino qaydalarına uyğun çəkilib və mövcud olan şəraitdə kino estetikasına uyğun filmdir. Bundan başqa, Azərbaycanda çəkilən bu və ya digər filmlərdə, epizodik də olsa, bu məsələlərə toxunulmağa çalışılıb. Azərbaycanlıların ermənilər tərəfindən soyqırımlara və deportasiyalara məruz qalması ilə bağlı yeni filmlərin çəkilməsinə ehtiyac var. Bilirsiniz ki, son vaxtlar Mədəniyyət Nazirliyində bir sıra proseslər, dəyişikliklər baş verib, yəqin ki, bundan sonra mövzulara müraciət ediləcək, yeni mövzular seçiləcək. Amma indiki zamanda bu mövzu ilə bağlı istehsalatda film yoxdur. İndən sonra yəqin ki, nazirlikdə yeni filmlər, mövzular meydana çıxacaq. Onda bəlkə bu mövzuya da toxunula”.

Bu gün Azərbaycanın AVROMAŞ-ın üzvü olmasının vacib olduğunu deyən Ş.Əliyevin sözlərinə görə, bundan sonra Azərbaycan kinosunun dünyaya yolu açılacaq. “Doğru deyirsiniz, soyqırımlar və deportasiyalar mövzusunda bir deyil, bir neçə bədii filmin çəkilməsinə ehtiyac var. Biz bu işə peşəkarları cəlb edərək, bu mövzuda filmlər çəkməliyik. Gəlin açıq danışaq, kino sahəsində təkcə problem bununla bağlı deyil, çox problem üst-üstə yığılıb qalıb. Gedənin arxasınca danışmıram. Amma, faktiki olaraq, kino sahəsində son vaxtlara qədər elə məqamlar olub ki, heç vaxt peşəkarlara arxalanmamışıq. Biz peşəkarlara arxalanmalıyıq və bu prosesə beynəlxalq təşkilatları da, kino kompaniyalarını da cəlb etməliyik. Zaman-zaman bu mövzuda filmlər meydana gəlməlidir. Deportasiyalar və soyqırımlar tariximizlə bağlı mövzular qabardılmalı, bu mövzuda bədii filmlər çəkilməli və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır” - deyə Ş.Əliyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ