DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini A.İsmayılov yanvarın 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılaraq 43.000 ABŞ dollarının alındığını bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Əməliyyat-axtarış tədbirləri ilə L.Əliyeva polis əməkdaşları tərəfindən saxlanıb. Onun bu ilin mart ayında Bakı şəhər sakini olan daha bir qadını aldadıb 4.000 manatını alması da müəyyən edilib.