DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin yanvar ayında şəhər ərazisindəki xətt avtobusunda bir qadının çantasından 32 manat nağd pulu və ümumi dəyəri 410 manat olan qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş, 59 yaşlı Samux rayon sakini Səlminaz Həsənova saxlanıb.
Faktla bağlı araşdırmalara başlanıb.