Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Bədəlan kənd sakini C. Şahbazov Rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus yaşayış evindən 7000 manat dəyərində qızıl zinət əşyaları və 100 manat pulun oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxsin Yevlax şəhər sakini İntiqam Mahmudov olduğu müəyyən edilib və o saxlanıb. Oğurladığı qızılların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.