18/09/2019 22:31
728 x 90

Lənkəran sakini Astarada 5 kiloqram narkotiklə tutuldu

img

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqadər məhkum olunmuş Azad Həsənov Astara rayonu ərazisində narkotik vasitə olan tiryəki satdıqdan sonra cinayət başında saxlanıb. Polis əməkdaşları tərəfindən onun üzərinə və əlində daşıdığı sellofan torbaya keçirilən baxış zamanı 6 bükümdə ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər