18/09/2019 22:38
728 x 90

Saatlıda narkotik yetişdirən qohumlar saxlanıb - FOTO

img

Daxili işlər orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirləri davam edir.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qırağlı kənd ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə kollarını kultivasiya yolu ilə yetişdirməkdə şübhəli bilinən  rayon sakini, əvvəllər məhkum olunmuş Səyavuş Əzizov və onun qayını Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofik Nağıyev saxlanıb. Həmin əraziyə keçirilən baxış zamanı oradan xüsusi qaydada yetişdirilmiş 39 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanan şəxslər  istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya  təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis leytenantı

Son xəbərlər