16/07/2019 13:05
728 x 90

Kürdəmirdə silsilə oğurluqlar edən rayon sakini saxlanıb

img

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, mayın 15-də MMC-lərdən birinə məxsus 3 avtomobildən ümumi dəyəri 650 manat olan ehtiyyat hissələrinin oğurlanması ilə bağlı Kürdəmir RPŞ-yə ərizə ilə müraciət daxil olub.

Məlumatla əlaqədar Kürdəmir  Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qismət Süleymanov saxlanıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi  cinayət əməlini etiraf edib və oğurlanan ehtiyyat hissələri maddi sübut kimi götürülüb. 

Ətraflarında aparılan araşdırmalar nəticəsində Q.Süleymanovun digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanan şəxsin müxtəlif vaxtlarda  3 ədəd kanalizasiya borusunu və vətəndaşa məxsus yük avtombilindən ehtiyyat hissələrini oğurladığı məlum olub.

Faktlarla bağlı Kürdəmir  RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis leytenantı

Son xəbərlər