24/10/2019 09:31
728 x 90

Üzərində narkotik vasitə daşıyan Şəki sakini saxlanıb

img

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Şahin Rəsulov saxlanıb. Polis Şöbəsində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı ümumi çəkisi 232 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

Son xəbərlər