19/09/2019 00:36
728 x 90

Balakən sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb

img

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları iyunun 17-də daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tülü kənd sakini Rövşən Əliyev saxlanılıb.  Onun yaşadığı  evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 98  ədəd narkotik tərkibli çətənə bitkisi və 19 ədəd ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 11 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı  cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər