19/09/2019 00:41
728 x 90

Bakı sakini Qaxda külli miqdarda narkotiklə saxlandı

img

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən  Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Viləş  Əhədov rayonun Qorağan kəndi ərazisində saxlanaraq Polis Şöbəsinə gətirilib. 

Şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 1 kq narkotik vasitə olan heroin və 500 qram metamfetamin aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə V.Əhədova həmin narkotik vasitəni satan şəxs də müəyyən olunub. Qax RPŞ və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - 55 yaşlı Hüseyn Məmmədov da Bakı şəhəri ərazisində saxlanıb. Onun yaşadığı mənzilə baxış keçirilən zaman narkotik vasitə olan  heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Son xəbərlər