17/07/2019 09:23
728 x 90

Xətai polisinin əməliyyatı ilə Cabbarzadə saxlandı

img

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini F.Cabbarzadə saxlanıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə F.Cabbarzadənin idarə etdiyi  “Ford”  markalı avtomobilə baxış zamanı polis əməkdaşları oradan çəkisi 8 kiloqramdan artıq marixuana da aşkar edərək götürüblər. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər