22/10/2019 08:17
728 x 90

Maştağada çəkisi 1 ton 104 kiloqram olan çətənə kollarının əkildiyi narkoplantasiya aşkar edildi...

img

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi növbəti uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Vüqar Əliyev saxlanıb.

Ona məxsus qəsəbə ərazisində yerləşən bağ evinin həyətindəki ümumi sahəsi 1800 kvadratmetr olan 3 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən, ümumi çəkisi  1  ton 104 kiloqram olan 7190 ədəd çətənə kolu aşkar edilib. V.Əliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Axtarış zamanı V.Əliyevə məxsus istixanalardan əlavə olaraq qurudulmuş formada satış üçün nəzərdə tutulan 5 kiloqram 100 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir. 

Son xəbərlər